Bu videoda
kardiostimulyator
hüceyrələrindən danışacağıq. Onların
fəaliyyət potensialını
çəkəcəyəm.
Qrafikdə həm zamanı,
həm də millivoltları
göstərək.
Bura müsbət, bura isə
mənfidir.
Xüsusi olaraq,SA düyündəki
kardiostimulyator
hüceyrələrindən
danışacağıq.
Bu, SA düyündəki fəaliyyət
potensialıdır və
bildiyimiz kimi, mənfidə
başlayır və yavaş-yavaş artır.
Bunun səbəbi natriumun
hüceyrəyə
sızmasıdır.
Burda başqa ionlar
da var, amma əsas natriumdur.
Fəaliyyət potensialı
yavaş-yavaş artır.
Bu çəkdiyim qıcıq
qapısına qədər gedir.
Bəs bu qıcıq qapısı nə üçündür?
Bu?qırıq-qırıq xətt ilə
göstərdiyim sərhəd olub, kalsium
kanallarının açılmağa başladığı
nöqtəni
ifadə edir.
Kanallar açılır və
nəticədə hüceyrə
daha da müsbətləşir.
Onsuz da müsbət
yöndə
gedirdi,indi daha da
müsbətləşmiş oldu.
Təxminən bu nöqtəyə
gəlib çatır.
Bu nöqtəyə çatdıqda
potensialdan asılı kalsium
kanalları bağlanır və
kalium kanalları açılır.
Nəticədə membranda repolyarizasiya
baş verir.
Hələ ki 3 mərhələdən, yəni
fazadan danışdıq.
Bura faza 4,
bura faza 0, bura isə
faza 1-dir.
Bu üç fazanı
dedik.
İndi daha dərindən
düşünək.
Bu
çəkdiyim
bir ürək
döyüntüsünü
təmsil etsin.
Bunu davam etdirmək
istəsəm, gərək ardınca
buna bənzəyən şəkillər çəkim.
Hər biri bir
ürək döyüntüsünü
təmsil
edir.
Tutaq ki, 2-3 dəqiqə
döyünmüş
bir ürəyin
ritmini
analiz edirik.
Ard-arda düzülmüş çoxlu fəaliyyət
potensialı var, bu
cür görünür.
Bəs bu ürək
döyüntüsünü
qısaltmaq istəsəm,
qurtarması lazım olan
yerin əvəzinə burada bitirsəm,
nə olar?
Bu hal faza 4-dəki fəaliyyət
potensialına təsir edər.
Başqa sözlə,
ürək döyüntüsü sürətlənər.
Bəs bu, nəyə
təsir edər?
Ürək döyüntülərinin
ard-arda düzülməsi, hər
bir ürək döyüntüsünün daha
sürətli olması deməkdir.
Növbəti ürək döyüntüsü
daha tez başlayar
və daha tez qurtarar.
Nəticədə nə
olacaq?
Bir dəqiqənin
sonunda
daha çox ürək döyüntüsü
ilə qarşılaşacağıq.
Ürək döyüntüləri nə qədər
qısa olarsa, ürəyin ritmi də
o qədər
sürətli olar.
Qısacası,
nəbz sürətlənir.
Bu, əslində
çox vacibdir.
Çünki ürəyin ritmi barədə
tez-tez düşünürük,
amma hər bir
ürək döyüntüsünün
nə demək olduğunu
heç fikirləşmirik.
Belə bir halda, hər ürək
döyüntüsü daha sürətli olur.
Bəs bunun əksi olsa,
necə olar?
Tutaq ki, bu xətti
uzadırıq. Bu halda
ürək döyüntüsü
daha çox çəkir.
Ürək döyüntüsünün
daha uzunmüddətli
olması bir dəqiqədə
daha az
ürək döyüntüsünün
olmağı deməkdir.
Yəni,
nəbz yavaşlayır.
Belə çıxır ki, ürəyin
ritmini dəyişdirmək
elə ürək döyüntüsünün
müddətini
dəyişdirmək
deməkdir.
Bu da çox vacibdir.
İndi bir az da irəli
gedək və
xəyali təcrübə edək.
Təsəvvür edək ki,
bu nöqtə saniyənin
onda biridir.
Dəqiqliklə onda bir olmaya
bilər, amma biz
elə olduğunu düşünək.
Tam bu nöqtədə ikən, yəni
saniyənin
onda biri qədər vaxt keçdikdə
hüceyrəyə nə olacaq?
Gəlin bir az yer açaq və
hüceyrənin saniyənin
onda birində
necə görünəcəyini
çəkərək göstərək.
Ürək ritmini
tənzimləyən
kardiostimulyator hüceyrəmizdə
saniyənin onda birində nə
baş verdiyinə baxaq.
Hüceyrəni
belə
qaralama kimi
çəkirəm.
Hüceyrənin
içinə
sızan ionları
çəkək.
Dediyimiz kimi,
əsas
natrium
hüceyrəyə sızır.
Bunlardan hüceyrəmizin içinə sızan
bir neçəsini
çəkək.
Təbii ki, hüceyrəyə təkcə
natrium yox, başqa
ionlar da
sızır.
Natriumun əsas ion olduğunu,
yəni bu hüceyrənin daha çox
natriuma qarşı
keçirici olduğunu bilirik.
Amma kalsium da hüceyrəyə və kalium
da çölə sıza bilər.
Yəni, içəri və çölə doğru hərəkət
edən başqa ionlar da var.
Yenə də bu nümunədə
natriumun membran
potensialına ən çox töhfə
verən ion olduğunu deyə bilərik.
Onda membrana da yaxından
baxaq və nə
baş verdiyini
anlamağa çalışaq.
Bu reseptorlar
simpatik sinirlərdən
gələn neyromediator
üçündür.
Yəni, simpatik sinirlər aşağı
gəlir və
kardiostimulyator
hüceyrəmizin
üzərində
dayanır.
Bu simpatik
sinirlər
norepinefrin adlanan
neyromediatoru
sərbəst
buraxırlar.
Norepinefrinlər gəlib bu
reseptorların
üzərilərində yerləşirlər
və bu hüceyrəyə bu ionlara qarşı
keçirici olması və onların
membran boyunca
hərəkətinə icazə verməsi üçün
siqnal göndərir.
Hüceyrə də
bu siqnala
uyğun hərəkət edir.
İndi digər yöndən baxaq.
Burda başqa reseptor
qrupu da var.
Hüceyrənin iki
fərqli hissəsi kimi çəkirəm, amma
realda belə
olmur. Fərqləri izah etmək üçün
belə göstərirəm.
Bu reseptora
başqa növ
neyromediatorlar da
birləşir.
Burdakılar
asetilxolindir.
Asetilxolin də bura bir siqnal
göndərir və bu siqnal
parasimpatik
sinirlərdən gəlir.
Simpatik və parasimpatik sinirləri,
yəqin ki, haradasa
eşitmisiniz.
İkisi də avtonom sinir sisteminin
bir hissəsidir.
Parasimpatik sinirlər
simpatik
sinirlərdən gələn mesajın
əksini
göndərir. Hüceyrəyə
bu qədər keçirici olmamaq və
bu qədər çox ionun membranından
içəri və çölə
keçməsinə icazə verməmək
barəsində siqnal
göndərir.
Bu əks mesajlar
bir-birini balanslaşdırır.
Beləcə, bu
çəkdiyim şəkil
ortaya çıxır.
Hüceyrənin içinə natrium və bir qədər
kalsium daxil olur,
bir qədər kalium da
çölə çıxır.
Gəlin indi belə
bir hadisəni təsəvvür edək.
Əvvəla, bu hissəni kopyalayıb
bura yapışdırıram.
Bu dəfə fərqli
bir hadisəyə
baxaq.
Təsəvvür edək ki,
burda daha çox simpatik
sinir var.
Hüceyrəyə parasimpatik
sinirdən daha çox
simpatik sinirlər
daxil olur.
Bu halda burda
gördüyümüzdən
daha çox neyromediator olur.
Burdakı
neyromediatorların
hamısının
hüceyrəyə siqnal
göndərdiyini
düşünək.
Sol tərəfdə 3, sağ tərəfdə
isə bircə dənə
reseptorumuz var.
Bu da o deməkdir ki,
simpatik sinir siqnalı
parasimpatik siqnaldan
daha güclüdür.
Bu halda hüceyrəyə
daha çox natrium
daxil olur.
Çünki yenə
simpatik sinirlərin
göndərdiyi siqnal sayəsində hüceyrələrin
keçiriciliyi artır.
Beləcə, daha çox natrium
və kalsium
içəri daxil olar.
Eyni şəkildə, daha
çox kalium hüceyrədən çıxır.
Sadə dildə desək,
simpatik sinirlər ionların
hərəkətliliyini
artırır.
Nəticədə içəri daha çox
natrium və kalsium daxil olur
və daha çox kalium çıxır.
Bu, çox maraqlıdır,
yadımızda saxlayaq.
Eyni addımları
təkrar edəcəyəm ki,
sizə bunun tam əksi doğru
olduqda baş verənləri
göstərim. Bu halda da daha çox
parasimpatik sinir siqnalı olduğunu
düşünək.
Bu, üçüncü haldır.
İlk ssenari təməl idi.
Üçüncü halda bu reseptorlara
birləşən
daha çox asetilxolin
olduğunu düşünək.
Bu vəziyyətdə
parasimpatik sinir siqnalı
simpatik sinir siqnalından daha güclüdür.
Bu halda əvvəlki
ssenaridəki kimi bir ion
hərəkətliliyi olmayacaq.
Hüceyrəyə daha az
natrium daxil olacaq.
Bunların hamısı saniyənin
1/10-də baş
verir. Yəni, hüceyrəni
saniyənin onda birində tutsanız,
bu halda hüceyrəyə daha az natrium
və kalsium daxil olmuş və
daha az kalium çıxmış olacaq.
İki fərqli hal üçün
çəkdiyimiz bu iki şəkil
bir-birindən çox fərqlidir.
İki ssenaridə də eyni
ionlar var və
eyni istiqamətdə
hərəkət edirlər, amma
müəyyən bir zaman ərzində
axan yükün miqdarı
bir-birindən
fərqlidir.
Bəzi yerlərdə bu hala
cərəyan deyildiyini
eşidə bilərsiniz.
Simpatik
sinirlər cərəyanı artırır və
parasimpatik sinirlər də cərəyanı,
yəni müəyyən zaman ərzində hərəkət
edən
yükün miqdarını azaldır.
Bəs bütün bu məlumatları
videonun əvvəlində çəkdiyimiz
qrafikdə necə
göstərək?
Yenə qırmızı və yaşıl
rənglərdən istifadə edə bilərik,
çünki bayaq da onlarla
çəkmişdik.
Yaşıl simpatik sinir siqnalının
daha çox olduğu halı təmsil edir.
Bu ssenaridə nə
baş verir?
Hüceyrənin içinə dolan yük
miqdarı artır.
Yəni, saniyənin onda birinə
təsadüf edən bu nöqtədə hüceyrədə
daha çox ion var və
artıq aşağı sərhədə
çatmışıq.
Artıq hüceyrədə fəaliyyət
potensialı yarana biləcək.
Bu cür yüksəlir və
aşağı enir.
Nəbz də sürətlənir, çünki
ürək döyüntüləri
qısalıb.
Parasimpatik sinirlər
üçün isə bunun əksi
keçərlidir.
Parasimpatiklərdə
bu aşağı
sərhədə çatmaq daha
uzun çəkir.
Çünki bu ssenaridə saniyənin
onda birində
hüceyrənin içində az miqdarda
natrium və kalsium olur və
az miqdarda kalium hüceyrədən
kənara çıxır.
Burda da bayaqkına
çox oxşayan
fəaliyyət potensialı əmələ gəlir.
Ürək döyüntüləri
daha uzun olduğuna görə
nəbzin sürəti
aşağı olur.
Bu iki ssenariyə baxdıqda hüceyrəyə
axan cərəyan miqdarının dəyişdiyini
görə bilirik.
Yəni, ürəyin ritmini dəyişdirmək üçün
simpatik və parasimpatik sinirlər
vasitəsilə faza 4-ə toxunuşlar
edirik.