Bu videoda hüceyrələr
haqqında danışacağıq.
Belə bir hüceyrənin
aksiyon potensialını
çəkəcəyəm.
Qrafikdə həm zamanı,
həm də millivoltları
göstərək.
Bura müsbət, bura isə
mənfidir.
SA düyünündəki nəbzi
tənzimləyən hüceyrələrdən
danışacağıq
Bu, SA düyünündəki aksiyon
potensialıdır və
bildiyimiz kimi, mənfidə
başlayır və yavaş-yavaş artır.
Bunun səbəbi natriumun
hüceyrəyə
sızmasıdır.
Burda başqa ionlar
da var, amma əsas natriumdur.
Aksiyon potensialı
yavaş-yavaş artır.
Bu çəkdiyim alt
sərhədə qədər gedir.
Bəs bu aşağı sərhəd nə üçündür?
Bu qırıq-qırıq xətt ilə
göstərdiyim sərhəd kalsium
kanallarının açılmağa başladığı
nöqtəni
ifadə edir.
Kanallar açılır və hüceyrə
nəticədə hüceyrə
daha da müsbətləşir.
Onsuz da müsbət yöndə
gedirdi, indi daha
müsbətləşmiş oldu.
Təxminən bu nöqtəyə
gəlib çatır.
Bu nöqtəyə çatdıqda
voltaj qapılı kalsium
kanalları bağlanır və
kalium kanalları açılır.
Nəticədə membranda repolyarizasiya
baş verir.
Hələ ki 3 mərhələdən, yəni
fazadan danışdıq.
Bura faza 4,
bura faza 0, bura isə
faza 1-dir.
Dediyim üç faza bunlardır.
İndi daha dərindən
düşünək.
Bu çəkdiyim
bir ürək döyüntüsünü
təmsil etsin.
Bunu davam etdirmək
istəsəm, gərək ardınca
buna bənzəyən şəkillər çəkim.
Hər biri bir ürək döyüntüsünü
təmsil
edir.
Tutaq ki, 2-3 dəqiqə
döyünmüş
bir ürəyin ritmini
analiz edirik.
Ard-arda düzülmüş çoxlu aksiyon
potensialı var, bu
cür görünür.
Bəs bu ürək döyüntüsünü
qısaltmaq istəsəm,
qurtarması lazım olan
yerin əvəzinə burada bitirsəm,
nə olar?
Bu hal faza 4-dəki aksiyon
potensialına təsir edər.
Başqa sözlə,
ürək döyüntüsü sürətlənər.
Bəs bu, nəyə
təsir edər?
Ürək döyüntülərinin
ard-arda düzülməsi, hər
bir ürək döyüntüsünün daha
sürətli olması deməkdir.
Növbəti ürək döyüntüsü
daha tez başlayar
və daha tez qurtarar.
Nəticədə nə
olacaq?
Bir dəqiqənin
sonunda
daha çox ürək döyüntüsü
ilə qarşılaşacağıq.
Ürək döyüntüləri nə qədər
qısa olarsa, ürəyin ritmi də
o qədər sürətli olar.
Qısacası, nəbz sürətlənir.
Bu, əslində çox vacibdir.
Çünki ürəyin ritmi barədə
tez-tez düşünürük,
amma hər bir
ürək döyüntüsünün
nə demək olduğunu
heç fikirləşmirik.
Belə bir halda, hər ürək
döyüntüsü daha sürətli olur.
Bəs bunun əksi olsa,
necə olar?
Tutaq ki, bu xətti
uzadırıq. Bu halda
ürək döyüntüsü
daha çox çəkir.
Ürək döyüntüsünün
daha uzunmüddətli
olması bir dəqiqədə
daha az
ürək döyüntüsünün
olmağı deməkdir.
Yəni,
nəbz yavaşlayır.
Belə çıxır ki, ürəyin
ritmini dəyişdirmək
elə ürək döyüntüsünün müddətini
dəyişdirmək deməkdir.
Bu da çox vacibdir.
İndi bir az da irəli
gedək və
xəyali təcrübə edək.
Təsəvvür edək ki,
bu nöqtə saniyənin
onda biridir.
Dəqiqliklə onda bir olmaya
bilər, amma biz
elə olduğunu düşünək.
Tam bu nöqtədə ikən, yəni
saniyənin
onda biri qədər vaxt keçdikdə
hüceyrəyə nə olacaq?
Gəlin bir az yer açaq və
hüceyrənin saniyənin onda birində
necə görünəcəyini çəkərək göstərək.
Ürək ritmini
tənzimləyən
pacemaker hüceyrəmizdə
saniyənin onda birində nə
baş verdiyinə baxaq.
Hüceyrəni belə
qaralama kimi çəkirəm.
Hüceyrənin içinə
sızan ionları çəkək.
Dediyimiz kimi, əsas
natrium
hüceyrəyə sızır.
Bunlardan hüceyrəmizin içinə szan
bir neçəsini
çəkək.
Təbii ki, hüceyrəyə təkcə
natrium yox, başqa
ionlar da
sızır.
Natriumun əsas ion olduğunu,
yəni bu hüceyrənin daha çox
natiruma qarşı
keçirici olduğunu bilirik.
Amma kalsium da hüceyrəyə və kalium
da çölə sıza bilər