Laringitin diaqnozu adətən klinik olaraq
yaxşı bir anamnezin toplanması ilə qoyulur.
"İtis" şişlik və "larynx" yumşaq toxuma və səs telləri mənasını verir.
Ona qırtlaq səs qutusu
da deyilir.
Soyuqdəymə və ya qrip kimi virus
xəstəliyinə məruz qalan xəstədə laringit inkişaf edə bilər.
Lakin patogenlər və
virus infeksiyasına məruz qalma
laringitin yeganə səbəbi deyil.
Xəstənin keçmişi
araşdırılmalıdır.
Məsələn, xəstə müxtəlif kimyəvi maddələrə
və ya tüstülərə məruz qala bilər.
Müğənni olub səsindən tez-tez istifadə edə bilər
və ya səs tellərində düyün ola bilər.
Qırtlağın və ya səs tellərinin
qıcıqlanma səbəbi nə olursa olsun,
suallar vermək laringitin növünü təyin etmək üçün
ən yaxşı üsuldur.
Əlbəttə ki, laringit kəskin və ya xroniki ola bilər.
Kəskin adətən virus xəstəlikləri ilə əlaqələndirilir və
nadir hallarda bakteriya səbəbi ilə olur.
Xroniki isə siqaret çəkmək və danışma və ya oxumaq səbəbindən təkrarlanan
səs gərginliyi kimi qıcıqlandırıcılarla əlaqələndirilir.
Klinik təcrübə
laringitin diaqnozu üçün ən yaxşı üsuldur.
Çünki başqa heç bir laboratoriya testləri mümkün deyil.
Həkim və ya tibb işçisi
kəskin laringitin ən çox
yayılmış səbəbi kimi
virus infeksiyasından başqa bir şeydən şübhələnirsə,
qırtlağın birbaşa
görüntülənməsi yaxşı ola bilər.
Əslində, xəstədə turşu reflüksü əlamətləri varsa,
qırtlağın yumşaq toxumasında bir
düyün və ya zədələnmə ola bilər.
Bu da bakterial laringitin diaqnozuna kömək edə bilər.
Bu, bakteriyaların yaratdığı hər hansı irin və ya
ağ axıntının birbaşa görünüşünü verir
və bu, bakterial infeksiyanın
ola biləcəyinə işarə ola bilər.
Qırtlağın birbaşa görüntülənməsi
laringoskopiya kimi tanınır və qırtlağın vizuallaşdırılması
laringitin müxtəlif səbəbləri haqda informasiya verə bilər.
Larinqoskopiya aparmaq üçün
bir həkim və ya tibb işçisi sonunda kamerası olan .
uzun bir boru şəklində bir quruluş daxil edəcəkdir.
Bu kamera yuxarıdan qırtlaq
və əlaqəli strukturlara birbaşa baxmaq imkanı verir.
Lakin larinqoskopiya adətən xroniki
laringit zamanı aparılır.
Laringitə diaqnoz qoymaq üçün
boğuq, xırıltılı səsin
başqa səbəbləri olduğunu qeyd etmək lazımdır.
Ən təhlükəli səbəblərdən biri,
burada davam edim, epiqlottitdir.
Epiqlottit çox təhlükəli bir xəstəlikdir.
Epiqlottit qırtlaq qapağının şişməsidir və
qırtlaq qapağı qırtlağın
yuxarısında yerləşən bu toxuma örtüyüdür.
Tənəffüs yollarını qorumağa kömək edir.
Lakin, şişdikdə, potensial olaraq
tənəffüs yollarını bağlaya və
nəfəs almaqda çətinlik kimi ciddi
nəticələrə səbəb ola bilər.
Epiqlottit həm də laringit
kimi səsin səs-küyünə səbəb olur,
lakin tənəffüs yollarının tıxanması ilə nəfəs almaqda çətinlik
epiqlottitdə əsas narahatlığı doğurur.
Xəstələr həmçinin udqunmaqda çətinlik çəkə bilər,
bu da xəstənin istehsal etdiyi tüpürcəyi
uda bilməməsinə səbəb ola bilər.
Bu, epiqlottit və laringit arasında
fərq qoymağa kömək edə bilər.
İki vəziyyət arasındakı digər fərq
epiqlottitdə öskürək olmamasıdır.
Xəstələr adətən öskürmür və bu, səs tellərində
və qırtlaqda öskürəyə həssas reseptorların
olması ilə əlaqədardır, buna görə də
qırtlaq şişdikdə bu öskürək reseptorlarına
basaraq xəstənin öskürməsinə səbəb ola bilər.
Lakin epiqlottin bu reseptorları yoxdur,
ona görə də xəstələr adətən çox öskürmürlər.
Epiqlottit yüksək hərarətə də səbəb ola bilər.
Boğuq səsi olan bir xəstə ilə
işləyərkən bu simptomları axtarmaq lazımdır.
Bu simptomlardan hər hansı biri baş verərsə,
xəstə epiqlottit üçün dərhal müalicə edilməlidir.
Epiglottitin müalicəsi antibiotiklərlə olacaq.
Laringit üçün lazım olan dəstəkləyici müalicədir
Ümumi ev müalicəsi ilə edilir.
Xəstələrə səslərini dincəltmək, çoxlu maye içmək
və boğaz ağrısını aradan qaldırmağa kömək edəcək
hər şeyi sınamaq tövsiyə olunur.
Xəstələr öskürək siropu və ya pastil kimi şeylərdən istifadə edə bilərlər.
Duzlu su ilə qarqara da tövsiyə olunur,
çünki duzlu su həm patogenləri öldürə,
həm də şişkinliyi azalda bilər.
Bu, yalnız osmos vasitəsilə həyata keçirilir.
Çöldəki daha duzlu mühitdə
şişmiş yumşaq toxumadan su çəkilə bilər.
Xroniki laringitin müalicəsi kimyəvi qıcıqlandırıcılara və ya
xroniki laringitə səbəb olanlara məruz qalmanın
azaldılmasına yönəldilmişdir.
Məsələn, siqareti tərgitmək xroniki laringiti aradan qaldırmağa
kömək edə bilər
və ya xəstə müğənnidirsə,
səs terapiyası ilə səsini aşağı sala və
səs qutusunun travmasını
azalda bilər.
Müalicə ,yenidən evdə müalicə üsullarına
və qıcıqlandırıcılara məruz qalmanın azaldılmasına yönəlib.
Nəhayət, laringitin qarşısının alınması virus infeksiyalarının
qarşısını almaq və siqaret tüstüsü kimi
zərərli maddələrə məruz qalmanı azaltmaq üçün yaxşı gigiyena
tədbirlərinin görülməsini əhatə edir.