Bu gün biz enantiomerləri bir-birindən necə ayıra biləcəyimizdən danışacağıq. Enantiomerlər sizin sol və sağ əlləriniz kimidir. Onlar bir-birinin güzgü əksidirlər, lakin demək olar ki, eyni görünürlər. Xatırlayın ki, biz sağ və solu əllərimiz üçün istifadə etdiyimiz kimi, alimlər də bir xiral mərkəzə sahib olan enantiomerləri təyin etmək üçün S və R hərflərindən istifadə edirlər. Lakin çoxsaylı xiral mərkəz olduqda, enantiomerləri təyin etməyin başqa yolları da var. Lakin bu gün bunun haqqında danışmayacağıq, çünki bu daha mürəkkəbdir. Burada bir neçə enantiomerimiz var. Bu talidomidin S quruluşudur, və sağdakı da R quruluşudur. İki fərqli quruluşun olmasının nə əhəmiyyəti var? Siz fərqin xiral mərkəzində olduğunu aydın görə bilərsiniz, qruplardan biri şəkilə doğru digəri isə şəkildən bizə doğru yönəlib. Və quruluşdakı bu sadə dəyişikliyə görə S növü analar tərəfindən istifadə olunduqda dəhşətli anadangəlmə qüsurlara gətirib çıxarır. Buna görə də dərman şirkətləri dərmanlarının tərkibinin yalnız bir xüsusi enantiomerdən ibarət olduğuna əmin olmalıdırlar. Bəs biz bu ikisini necə ayıra bilərik? İstifadə edə biləcəyiniz metodlardan biri xiral sütun xromatoqrafiyasıdır. Xiral olan stasionar fazaya ehtiyacınız var, bu o deməkdir ki, bu nəsnə arzu olunan enantiomerin yalnız R və ya S quruluşuna birləşə bilər. Xiral stasionar faza necə olur ki, enantiomerin yalnız birinə birləşir? İki enantiomeri sağ və sol əliniz kimi təsəvvür edin. Əgər sizin sağ əliniz başqa adamın sağ əlini sıxmağa çalışsa, bu normal görünür, ikisi bir-birinə uyğun gəlir. Lakin əgər sağ əliniz sol əlinizi sıxmağa çalışsa, onlar düzgün görünmürlər. Bu, xiral stasionar faza və səhv enantiomer ilə baş verən hala bənzəyir. Növbəti edəcəyiniz şey o enantiomerlərin qarışığını doldurmaqdır. Siz yuxarı hissədə qarışığınızdan ibarət bir növ təbəqə olduğunu görə bilərsiniz. Bu rasemikdir, yəni onun 50/50 enantiomer qarışığı var. Yəni burada sarı rəngdə gördüyünüz odur. Əgər daha yaxından baxsaq, tərkibində bir az S və bir az da R quruluşunun olduğunu görərsiniz. Bu, stasionar faza boyunca hərəkət etdikcə, kranı açdıqda R enantiomerin stasionar fazaya möhkəm birləşdiyini görəcəksiniz, o, sürətlə hərəkət etməyəcək. Lakin S enantiomer stasionar faza ilə o qədərdə əlaqə qurmadığından, irəli keçir və mobil faza ilə əlaqədə olmağa üstünlük verir. Kolbada bütün S enantiomerləri topladıqdan sonra, sütunda qalanların hamısı R enantiomerlər olur, o da xiral stasionar fazaya olduqca sıx bağlıdır. Bu səbəbdən sütunumuza çoxlu həlledici töksək, R enantiomerlər də çıxar. Bu, sütunu aşağı itələdikcə R enantiomeri özü ilə aparacaq, və R enantiomerlər kolbada yığılacaq. Və budur xiralı uğurla həll etdiniz. Eyni prinsip, həmçinin qaz xromotoqrafiyasına da tətbiq oluna bilər. Gəlin qaz xromotoqrafiyasının necə işlədiyini sürətlə nəzərdən keçirək. Siz nümunənizi buraya daxil edirsiniz, qaz keçir və daha sonra o, tərkibində stasionar və mobil faza olan uzun hissəyə daxil olur və detektora gedir. Əgər bunu böyütsək -- bu uzun borunu çəksək-- bu dəfə stasionar fazanın S enantiomerə cəzb olunduğunu görərsiniz, S enantiomerin yan tərəflərə yapışdığını görəcəksiniz, yəni stasionar fazaya birləşir. R enantiomer isə mobil faza boyunca irəliləyir. Əslində enantiomerləri ayırmağın bir neçə yolu var, lakin onlar daha mürəkkəbdir. Bunlar edə biləcəyiniz ümumi yollardan sadəcə ikisidir. Bərk stasionar faza ilə sütun xromotoqrafiyasını və ya maye stasionar faza ilə qaz xromotoqrafiyasını etsəniz də, xatırlamalı olduğunuz vacib şey stasionar fazanızın xiral olmalı olduğu və istədiyiniz enantiomerə birləşməyidir.