1 00:00:01,750 --> 00:00:05,020 Bu gün biz enantiomerləri bir-birindən necə ayıra biləcəyimizdən 2 00:00:05,020 --> 00:00:05,780 danışacağıq. 3 00:00:05,780 --> 00:00:08,920 Enantiomerlər sizin sol və sağ əlləriniz kimidir. 4 00:00:08,920 --> 00:00:10,610 Onlar bir-birinin güzgü əksidirlər, 5 00:00:10,610 --> 00:00:12,880 lakin demək olar ki, eyni görünürlər. 6 00:00:12,880 --> 00:00:16,630 Xatırlayın ki, biz sağ və solu əllərimiz üçün istifadə etdiyimiz kimi, 7 00:00:16,630 --> 00:00:20,760 alimlər də bir xiral mərkəzə sahib olan 8 00:00:20,760 --> 00:00:23,360 enantiomerləri təyin etmək üçün 9 00:00:23,360 --> 00:00:26,270 S və R hərflərindən istifadə edirlər. 10 00:00:26,270 --> 00:00:29,260 Lakin çoxsaylı xiral mərkəz olduqda, 11 00:00:29,260 --> 00:00:32,310 enantiomerləri təyin etməyin başqa yolları da var. 12 00:00:32,310 --> 00:00:34,320 Lakin bu gün bunun haqqında danışmayacağıq, 13 00:00:34,320 --> 00:00:36,920 çünki bu daha mürəkkəbdir. 14 00:00:36,920 --> 00:00:39,900 Burada bir neçə enantiomerimiz var. 15 00:00:39,900 --> 00:00:43,380 Bu talidomidin S quruluşudur, 16 00:00:43,380 --> 00:00:46,320 və sağdakı da R quruluşudur. 17 00:00:46,320 --> 00:00:50,120 İki fərqli quruluşun olmasının nə əhəmiyyəti var? 18 00:00:50,120 --> 00:00:53,170 Siz fərqin xiral mərkəzində olduğunu aydın görə bilərsiniz, 19 00:00:53,170 --> 00:00:55,930 qruplardan biri şəkilə doğru 20 00:00:55,930 --> 00:01:00,100 digəri isə şəkildən bizə doğru yönəlib. 21 00:01:00,100 --> 00:01:04,319 Və quruluşdakı bu sadə dəyişikliyə görə 22 00:01:04,319 --> 00:01:08,120 S növü analar tərəfindən istifadə olunduqda dəhşətli anadangəlmə qüsurlara 23 00:01:08,120 --> 00:01:09,730 gətirib çıxarır. 24 00:01:09,730 --> 00:01:12,660 Buna görə də dərman şirkətləri 25 00:01:12,660 --> 00:01:16,750 dərmanlarının tərkibinin yalnız bir xüsusi enantiomerdən 26 00:01:16,750 --> 00:01:19,900 ibarət olduğuna əmin olmalıdırlar. 27 00:01:19,900 --> 00:01:22,740 Bəs biz bu ikisini necə ayıra bilərik? 28 00:01:22,740 --> 00:01:25,430 İstifadə edə biləcəyiniz metodlardan biri xiral sütun 29 00:01:25,430 --> 00:01:26,770 xromatoqrafiyasıdır. 30 00:01:26,770 --> 00:01:30,190 Xiral olan stasionar fazaya ehtiyacınız var, bu o deməkdir ki, 31 00:01:30,190 --> 00:01:32,990 bu nəsnə arzu olunan enantiomerin 32 00:01:32,990 --> 00:01:37,660 yalnız R və ya S quruluşuna 33 00:01:37,660 --> 00:01:38,970 birləşə bilər. 34 00:01:38,970 --> 00:01:41,980 Xiral stasionar faza necə olur ki, enantiomerin 35 00:01:41,980 --> 00:01:44,820 yalnız birinə birləşir? 36 00:01:44,820 --> 00:01:48,450 İki enantiomeri sağ və sol əliniz kimi təsəvvür edin. 37 00:01:48,450 --> 00:01:51,090 Əgər sizin sağ əliniz başqa adamın sağ əlini sıxmağa 38 00:01:51,090 --> 00:01:55,230 çalışsa, bu normal görünür, ikisi bir-birinə uyğun gəlir. 39 00:01:55,230 --> 00:01:58,910 Lakin əgər sağ əliniz sol əlinizi sıxmağa çalışsa, 40 00:01:58,910 --> 00:02:01,660 onlar düzgün görünmürlər. 41 00:02:01,660 --> 00:02:03,900 Bu, xiral stasionar faza və 42 00:02:03,900 --> 00:02:08,280 səhv enantiomer ilə baş verən hala bənzəyir. 43 00:02:08,280 --> 00:02:11,410 Növbəti edəcəyiniz şey o enantiomerlərin qarışığını doldurmaqdır. 44 00:02:11,410 --> 00:02:15,430 Siz yuxarı hissədə qarışığınızdan ibarət bir növ təbəqə 45 00:02:15,430 --> 00:02:19,240 olduğunu görə bilərsiniz. 46 00:02:19,240 --> 00:02:21,460 Bu rasemikdir, yəni onun 47 00:02:21,460 --> 00:02:24,180 50/50 enantiomer qarışığı var. 48 00:02:24,180 --> 00:02:26,730 Yəni burada sarı rəngdə gördüyünüz odur. 49 00:02:26,730 --> 00:02:28,580 Əgər daha yaxından baxsaq, 50 00:02:28,580 --> 00:02:34,600 tərkibində bir az S və bir az da R quruluşunun 51 00:02:34,600 --> 00:02:36,995 olduğunu görərsiniz. 52 00:02:40,300 --> 00:02:44,080 Bu, stasionar faza boyunca hərəkət etdikcə, 53 00:02:44,080 --> 00:02:48,220 kranı açdıqda R enantiomerin 54 00:02:48,220 --> 00:02:52,570 stasionar fazaya 55 00:02:52,570 --> 00:02:55,390 möhkəm birləşdiyini görəcəksiniz, 56 00:02:55,390 --> 00:02:57,950 o, sürətlə hərəkət etməyəcək. 57 00:02:57,950 --> 00:03:02,050 Lakin S enantiomer stasionar faza ilə 58 00:03:02,050 --> 00:03:03,780 o qədərdə əlaqə qurmadığından, 59 00:03:03,780 --> 00:03:06,130 irəli keçir 60 00:03:06,130 --> 00:03:09,310 və mobil faza ilə əlaqədə olmağa üstünlük verir. 61 00:03:09,310 --> 00:03:14,110 Kolbada bütün S enantiomerləri topladıqdan sonra, 62 00:03:14,110 --> 00:03:16,250 sütunda qalanların hamısı 63 00:03:16,250 --> 00:03:19,430 R enantiomerlər olur, o da xiral stasionar fazaya 64 00:03:19,430 --> 00:03:21,690 olduqca sıx bağlıdır. 65 00:03:21,690 --> 00:03:24,410 Bu səbəbdən sütunumuza 66 00:03:24,410 --> 00:03:26,660 çoxlu həlledici töksək, 67 00:03:26,660 --> 00:03:29,540 R enantiomerlər də çıxar. 68 00:03:29,540 --> 00:03:32,570 Bu, sütunu aşağı itələdikcə 69 00:03:32,570 --> 00:03:35,480 R enantiomeri özü ilə aparacaq, 70 00:03:35,480 --> 00:03:40,300 və R enantiomerlər kolbada yığılacaq. 71 00:03:40,300 --> 00:03:44,270 Və budur xiralı uğurla həll etdiniz. 72 00:03:44,270 --> 00:03:48,650 Eyni prinsip, həmçinin qaz xromotoqrafiyasına da tətbiq oluna bilər. 73 00:03:48,650 --> 00:03:52,220 Gəlin qaz xromotoqrafiyasının necə işlədiyini sürətlə nəzərdən keçirək. 74 00:03:52,220 --> 00:03:57,710 Siz nümunənizi buraya daxil edirsiniz, qaz keçir və daha sonra 75 00:03:57,710 --> 00:04:01,070 o, tərkibində stasionar və mobil faza olan 76 00:04:01,070 --> 00:04:03,910 uzun hissəyə daxil olur 77 00:04:03,910 --> 00:04:06,240 və detektora gedir. 78 00:04:06,240 --> 00:04:09,430 Əgər bunu böyütsək -- 79 00:04:09,430 --> 00:04:12,510 bu uzun borunu çəksək-- 80 00:04:12,510 --> 00:04:17,740 bu dəfə stasionar fazanın 81 00:04:17,740 --> 00:04:21,970 S enantiomerə cəzb olunduğunu görərsiniz, 82 00:04:21,970 --> 00:04:25,700 S enantiomerin yan tərəflərə yapışdığını görəcəksiniz, 83 00:04:25,700 --> 00:04:27,690 yəni stasionar fazaya birləşir. 84 00:04:27,690 --> 00:04:32,600 R enantiomer isə mobil faza boyunca irəliləyir. 85 00:04:32,600 --> 00:04:34,830 Əslində enantiomerləri ayırmağın 86 00:04:34,830 --> 00:04:37,400 bir neçə yolu var, 87 00:04:37,400 --> 00:04:39,700 lakin onlar daha mürəkkəbdir. 88 00:04:39,700 --> 00:04:42,590 Bunlar edə biləcəyiniz ümumi yollardan sadəcə ikisidir. 89 00:04:42,590 --> 00:04:44,930 Bərk stasionar faza ilə sütun xromotoqrafiyasını 90 00:04:44,930 --> 00:04:49,050 və ya maye stasionar faza ilə 91 00:04:49,050 --> 00:04:52,290 qaz xromotoqrafiyasını etsəniz də, 92 00:04:52,290 --> 00:04:56,490 xatırlamalı olduğunuz vacib şey stasionar fazanızın 93 00:04:56,490 --> 00:05:01,020 xiral olmalı olduğu və istədiyiniz enantiomerə birləşməyidir.