Bu gün biz enantiomerləri bir-birindən
necə ayıra biləcəyimizdən
danışacağıq.
Enantiomerlər sizin sol və sağ
əlləriniz kimidir.
Onlar bir-birinin güzgü əksidirlər,
lakin demək olar ki, eyni görünürlər.
Xatırlayın ki, biz sağ və solu
əllərimiz üçün istifadə etdiyimiz kimi,
alimlər də bir xiral mərkəzə sahib olan
enantiomerləri təyin etmək üçün
S və R hərflərindən istifadə edirlər.
Lakin çoxsaylı xiral mərkəz olduqda,
enantiomerləri təyin etməyin
başqa yolları da var.
Lakin bu gün bunun haqqında
danışmayacağıq,
çünki bu daha mürəkkəbdir.
Burada bir neçə enantiomerimiz var.
Bu talidomidin S quruluşudur,
və sağdakı da R quruluşudur.
İki fərqli quruluşun olmasının
nə əhəmiyyəti var?
Siz fərqin xiral mərkəzində olduğunu
aydın görə bilərsiniz,
qruplardan biri şəkilə doğru
digəri isə şəkildən bizə doğru yönəlib.
Və quruluşdakı bu sadə
dəyişikliyə görə
S növü analar tərəfindən istifadə
olunduqda dəhşətli anadangəlmə qüsurlara
gətirib çıxarır.
Buna görə də dərman şirkətləri
dərmanlarının tərkibinin
yalnız bir xüsusi enantiomerdən
ibarət olduğuna əmin olmalıdırlar.
Bəs biz bu ikisini necə ayıra bilərik?
İstifadə edə biləcəyiniz metodlardan biri
xiral sütun
xromatoqrafiyasıdır.
Xiral olan stasionar fazaya
ehtiyacınız var, bu o deməkdir ki,
bu nəsnə arzu olunan enantiomerin
yalnız R və ya S quruluşuna
birləşə bilər.
Xiral stasionar faza necə olur ki,
enantiomerin
yalnız birinə birləşir?
İki enantiomeri sağ və sol əliniz kimi
təsəvvür edin.
Əgər sizin sağ əliniz başqa adamın
sağ əlini sıxmağa
çalışsa, bu normal görünür,
ikisi bir-birinə uyğun gəlir.
Lakin əgər sağ əliniz
sol əlinizi sıxmağa çalışsa,
onlar düzgün görünmürlər.
Bu, xiral stasionar faza və
səhv enantiomer ilə baş verən
hala bənzəyir.
Növbəti edəcəyiniz şey o
enantiomerlərin qarışığını doldurmaqdır.
Siz yuxarı hissədə qarışığınızdan ibarət
bir növ təbəqə
olduğunu görə bilərsiniz.
Bu rasemikdir, yəni onun
50/50 enantiomer qarışığı var.
Yəni burada sarı rəngdə
gördüyünüz odur.
Əgər daha yaxından baxsaq,
tərkibində bir az S və
bir az da R quruluşunun
olduğunu görərsiniz.
Bu, stasionar faza boyunca
hərəkət etdikcə,
kranı açdıqda R enantiomerin
stasionar fazaya
möhkəm birləşdiyini görəcəksiniz,
o, sürətlə hərəkət etməyəcək.
Lakin S enantiomer stasionar faza ilə
o qədərdə əlaqə qurmadığından,
irəli keçir
və mobil faza ilə əlaqədə olmağa
üstünlük verir.
Kolbada bütün S enantiomerləri
topladıqdan sonra,
sütunda qalanların hamısı
R enantiomerlər olur, o da
xiral stasionar fazaya
olduqca sıx bağlıdır.
Bu səbəbdən sütunumuza
çoxlu həlledici töksək,
R enantiomerlər də çıxar.
Bu, sütunu aşağı itələdikcə
R enantiomeri özü ilə aparacaq,
və R enantiomerlər kolbada yığılacaq.
Və budur xiralı uğurla həll etdiniz.
Eyni prinsip, həmçinin qaz
xromotoqrafiyasına da tətbiq oluna bilər.
Gəlin qaz xromotoqrafiyasının
necə işlədiyini sürətlə nəzərdən keçirək.
Siz nümunənizi buraya daxil edirsiniz,
qaz keçir və daha sonra
o, tərkibində stasionar və mobil faza
olan
uzun hissəyə daxil olur
və detektora gedir.
Əgər bunu böyütsək --
bu uzun borunu çəksək--
bu dəfə stasionar fazanın
S enantiomerə cəzb olunduğunu
görərsiniz,
S enantiomerin yan tərəflərə
yapışdığını görəcəksiniz,
yəni stasionar fazaya birləşir.
R enantiomer isə mobil faza boyunca
irəliləyir.
Əslində enantiomerləri ayırmağın
bir neçə yolu var,
lakin onlar daha mürəkkəbdir.
Bunlar edə biləcəyiniz
ümumi yollardan sadəcə ikisidir.
Bərk stasionar faza ilə sütun
xromotoqrafiyasını
və ya maye stasionar faza ilə
qaz xromotoqrafiyasını etsəniz də,
xatırlamalı olduğunuz vacib şey
stasionar fazanızın
xiral olmalı olduğu və
istədiyiniz enantiomerə birləşməyidir.