Bu gün biz enantiomerləri bir-birindən necə ayıra biləcəyimizdən danışacağıq. Enantiomerlər sizin sol və sağ əlləriniz kimidir. Onlar bir-birinin güzgü əksidirlər, lakin onlar demək olar ki, eynidirlər. Xatırlayın ki, biz sağ və solu daha çox əllər üçün istifadə edirik, alimlər sizin bir kiral mərkəziniz olduqda enantiomerləri təyin etmək üçün S və R hərflərindən istifadə edirlər. Buna baxmayaraq sizin çoxsaylı kiral mərkəziniz olduqda enantiomerləri təyin etmək üçün başqa yollar da var. Lakin bu gün bununla məşğul olmayacağıq, çünki bu çox daha mürəkkəbdir. Burada enantiomerlər dəstimiz var. Bu talidomidin S konformasiyasıdır və sağdakı da R konformasiyasıdır. İki fərqli konformasiyanın olmasının niyə əhəmiyyəti var? Siz fərqin kiral mərkəzində olduğunu aydın görə bilərsiniz, qruplardan biri şəkilə doğru digəri isə şəkildən bizə doğru yönəlib. Və sadəcə konformasiyada bu sadə dəyişikliyə görə S növü analar tərəfindən istifadə olunduqda dəhşətli anadangəlmə qüsurlara gətirib çıxarır. Buna görə də dərman şirkətləri dərmanlarının tərkibinin yalnız bir xüsusi enantiomerdən ibarət olduğuna əmin olmaq üçün çalışırlar. Biz bu ikisinin necə ayıra bilərik? İstifadə edə biləcəyiniz bir metod kiral sütun xromatoqrafiyasıdır. Sizin kiral olan stasionar fazaya ehtiyacınız var, bu o deməkdir ki, arzu olunan enantiomerin yalnız R və ya S konformasiyasına birləşə bilər. Kiral stasionar faza necə olur ki, enantiomerin yalnız birinə birləşir? Sizin sağ və sol əliniz kimi iki enantiomerin şəkli. Əgər sizin sağ əliniz başqa adamın sağ əlini sıxmağa çalışırsa, bu normal görünür, ikisi bir-birinə uyğun gəlir. Lakin əgər sağ əliniz sol əlinizi sıxmağa çalışırsa, onlar düzgün görünmürlər. Bu kiral stasionar faza və səhv enantiomer ilə baş verən eyni şeydir. Növbəti edəcəyiniz şey enantiomerlərin qarışığını doldurmaqdır. Siz yuxarı hissədə qarışığınızın bəzi növ bəndi olduğunu görə bilərsiniz. Bu rasemikdir, yəni onun 50/50 enantiomer qarışığı var. Bunu burada sarı rənglə görürsünüz. Əgər daha yaxından baxsaq, buraya bir az S və bir az R konformasiyanın əlavə olunduğunu görərsiniz. Və bu stasionar faza boyunca hərəkət edir, valvı açdıqda R enantiomerin stasionar fazaya möhkəm birləşdiyini görəcəksiniz, o, sürətlə hərəkət etməyəcək. Lakin S enantiomerlə o, yarışa bilər, çünki o, həqiqətən, stasionar faza ilə qarşılıqlı əlaqədə olmur və mobil faza ilə əlaqədə olmağa üstünlük verir. Kolbada bütün S enantiomerləri topladıqda sütunda qalanların hamısı R enantiomerdir, bu da kiral stasionar fazaya olduqca sıx bağlıdır. Bu sütununuza növbəti olaraq çoxlu həlledici tökdükdə R enantiomeri çıxara bilərsiniz. Bu, sütunu aşağı itələdikcə R enantiomeri özü ilə aparacaq, bu da sizə kolbada R enantiomer verəcək. Orada etdiyiniz uğurlu kiral ayrılmasıdır. Eyni prinsip, həmçinin qaz xromotoqrafiyasına da tətbiq oluna bilər. Gəlin qaz xromotoqrafiyasının necə işlədiyini sürətlə nəzərdən keçirək. Siz nümunənizi buraya daxil edirsiniz, qaz keçir və daha sonra o, stasionar və mobil fazadan ibarət olan bunun içinə daxil olur və detektora gedir. Əgər bunu böyütsək və uzun boru kimi çəksək, bu dəfə stasionar faza S enantiomerə cəzb olunsa, siz S enantiomerin yan tərəflərə birləşdiyini görəcəksiniz, stasionar fazaya birləşir. R enantiomer isə mobil faza boyunca yarışır. Əslində enantiomerləri ayırmağın bir neçə yolu var, lakin onlar çox daha mürəkkəbdir. Bunlar edə biləcəyiniz ümumi yollardan sadəcə ikisidir.