Bu gün biz enantiomerləri bir-birindən
necə ayıra biləcəyimizdən
danışacağıq.
Enantiomerlər sizin sol və sağ
əlləriniz kimidir.
Onlar bir-birinin güzgü əksidirlər,
lakin onlar demək olar ki, eynidirlər.
Xatırlayın ki, biz sağ və solu
daha çox əllər üçün istifadə edirik,
alimlər sizin bir kiral
mərkəziniz olduqda
enantiomerləri təyin etmək üçün
S və R hərflərindən istifadə edirlər.
Buna baxmayaraq sizin çoxsaylı
kiral mərkəziniz olduqda
enantiomerləri təyin etmək üçün
başqa yollar da var.
Lakin bu gün bununla
məşğul olmayacağıq,
çünki bu çox daha mürəkkəbdir.
Burada enantiomerlər dəstimiz var.
Bu talidomidin S konformasiyasıdır
və sağdakı da R konformasiyasıdır.
İki fərqli konformasiyanın olmasının
niyə əhəmiyyəti var?
Siz fərqin kiral mərkəzində olduğunu
aydın görə bilərsiniz,
qruplardan biri şəkilə doğru
digəri isə şəkildən bizə doğru yönəlib.
Və sadəcə konformasiyada
bu sadə dəyişikliyə görə
S növü analar tərəfindən istifadə
olunduqda dəhşətli anadangəlmə qüsurlara
gətirib çıxarır.
Buna görə də dərman şirkətləri
dərmanlarının tərkibinin
yalnız bir xüsusi enantiomerdən
ibarət olduğuna əmin olmaq üçün
çalışırlar.
Biz bu ikisinin necə ayıra bilərik?
İstifadə edə biləcəyiniz bir metod
kiral sütun
xromatoqrafiyasıdır.
Sizin kiral olan stasionar fazaya
ehtiyacınız var, bu o deməkdir ki,
arzu olunan enantiomerin
yalnız R və ya S konformasiyasına
birləşə bilər.
Kiral stasionar faza necə olur ki,
enantiomerin
yalnız birinə birləşir?
Sizin sağ və sol əliniz kimi
iki enantiomerin şəkli.
Əgər sizin sağ əliniz başqa adamın
sağ əlini sıxmağa
çalışırsa, bu normal görünür,
ikisi bir-birinə uyğun gəlir.
Lakin əgər sağ əliniz
sol əlinizi sıxmağa çalışırsa,
onlar düzgün görünmürlər.
Bu kiral stasionar faza və
səhv enantiomer ilə baş verən
eyni şeydir.
Növbəti edəcəyiniz şey
enantiomerlərin qarışığını doldurmaqdır.
Siz yuxarı hissədə qarışığınızın
bəzi növ bəndi
olduğunu görə bilərsiniz.
Bu rasemikdir, yəni onun
50/50 enantiomer qarışığı var.
Bunu burada sarı rənglə görürsünüz.
Əgər daha yaxından baxsaq,
buraya bir az S və
bir az R konformasiyanın
əlavə olunduğunu görərsiniz.
Və bu stasionar faza boyunca
hərəkət edir,
valvı açdıqda R enantiomerin
stasionar fazaya
möhkəm birləşdiyini görəcəksiniz,
o, sürətlə hərəkət etməyəcək.
Lakin S enantiomerlə
o, yarışa bilər,
çünki o, həqiqətən,
stasionar faza ilə
qarşılıqlı əlaqədə olmur
və mobil faza ilə əlaqədə olmağa
üstünlük verir.
Kolbada bütün S enantiomerləri topladıqda
sütunda qalanların hamısı
R enantiomerdir, bu da
kiral stasionar fazaya
olduqca sıx bağlıdır.
Bu sütununuza növbəti olaraq
çoxlu həlledici tökdükdə
R enantiomeri çıxara bilərsiniz.
Bu, sütunu aşağı itələdikcə
R enantiomeri özü ilə aparacaq,
bu da sizə kolbada R enantiomer verəcək.
Orada etdiyiniz uğurlu kiral ayrılmasıdır.
Eyni prinsip, həmçinin qaz
xromotoqrafiyasına da tətbiq oluna bilər.
Gəlin qaz xromotoqrafiyasının
necə işlədiyini sürətlə nəzərdən keçirək.
Siz nümunənizi buraya daxil edirsiniz,
qaz keçir və daha sonra
o, stasionar və mobil fazadan
ibarət olan
bunun içinə daxil olur
və detektora gedir.
Əgər bunu böyütsək və
uzun boru kimi çəksək,
bu dəfə stasionar faza
S enantiomerə cəzb olunsa,
siz S enantiomerin yan tərəflərə
birləşdiyini görəcəksiniz,
stasionar fazaya birləşir.
R enantiomer isə mobil faza boyunca
yarışır.
Əslində enantiomerləri ayırmağın
bir neçə yolu var,
lakin onlar çox daha mürəkkəbdir.
Bunlar edə biləcəyiniz
ümumi yollardan sadəcə ikisidir.