Artıq biz bir çox xassələr
ilə tanış olduğumuz üçün,
anladığınız qədər
yeni bir mövzu - miras anlayışı
haqqında danışmaq istəyirəm.
Bəzi CSS xassələri toplu
miras şəkildə olur,
bu da onların altındakı bütün
iç-içə etiketlərə ötürülməsi deməkdir.
Məsələn, şrift ailəsi irsi xassədir.
Sadəcə onu gövdə hissəsindəki
etiketində təyin etməklə
onun iç-içə daxil olan
etiketləri tərəfindən
avtomatik seçildiyini görə bilərik.
Buna h1 bəndini
misal göstərmək olar.
Bu yalnız başlıqların
şrift ailəsini kursiv olan
bəndinə yəni h2-yə keçdikdə və
həmin funksiyaya işə
düşdükdən sonra təsirini dayandırır.
Digər irsi xassələrdən biri rəngdir.
Əgər onu gövdə hissəsinə burada
h2 bəndindəki kimi yaşıl rəng
göstərişi ilə yerləşdirsək,
digər göstərişlər onu ləğv
edənə qədər onun gövdə daxilindəki
bütün etiketlərə aid olduğunu görə bilərik.
Gördüyümüz digər irsi
xassələr isə şriftin çəkisi,
çəkisi, şriftin ölçüsü, şrift tərzi,
sətir hündürlüyü, mətnin düzülüşüdür.
Əslində gördüklərimizin
çoxusu miras halındadır,
çünki onlar mətn üslubu
ilə əlaqəlidirlər və
brauzerlər veb-dizaynerlərin
mətn üslublarının
səhifə boyunca
dəyişilməzliyini istəyə bilər,
buna görə də isri xassələrdən
istifadə edərək hər səviyyədə
eyni üslubları müəyyən etməyə
davam etmək məcburiyyətində olmurlar.
İrəllədikcə görəcəyimiz
yeni xassələrin
əksəriyyəti miras sayılmayacaq.
Xassələrin miras
qalıb-qalmadığından əmin deyilsinizsə,
ya onu gövdə etiketinə
əlavə edib
nə baş verdiyinə baxın,
ya da internetdə
həmin xüsusiyyətlərə
baxın və bu barədə
lazımı məlumatları oxuyun.