Artıq biz bir çox xassələr ilə tanış olduğumuz üçün, anladığınız qədər yeni bir mövzu - miras anlayışı haqqında danışmaq istəyirəm. Bəzi CSS xassələri toplu miras şəkildə olur, bu da onların altındakı bütün iç-içə etiketlərə ötürülməsi deməkdir. Məsələn, şrift ailəsi irsi xassədir. Sadəcə onu gövdə hissəsindəki etiketində təyin etməklə onun iç-içə daxil olan etiketləri tərəfindən avtomatik seçildiyini görə bilərik. Buna h1 bəndini misal göstərmək olar. Bu yalnız başlıqların şrift ailəsini kursiv olan bəndinə yəni h2-yə keçdikdə və həmin funksiyaya işə düşdükdən sonra təsirini dayandırır. Digər irsi xassələrdən biri rəngdir. Əgər onu gövdə hissəsinə burada h2 bəndindəki kimi yaşıl rəng göstərişi ilə yerləşdirsək, digər göstərişlər onu ləğv edənə qədər onun gövdə daxilindəki bütün etiketlərə aid olduğunu görə bilərik. Gördüyümüz digər irsi xassələr isə şriftin çəkisi, çəkisi, şriftin ölçüsü, şrift tərzi, sətir hündürlüyü, mətnin düzülüşüdür. Əslində gördüklərimizin çoxusu miras halındadır, çünki onlar mətn üslubu ilə əlaqəlidirlər və brauzerlər veb-dizaynerlərin mətn üslublarının aşağı düşməsini istədiklərini düşünürlər, buna görə də hər səviyyədə üslubları müəyyən etməyə davam etmək məcburiyyətində deyillər. İrəllədikcə görəcəyimiz yeni xassələrin əksəriyyəti miras sayılmayacaq. Xassələrin miras qalıb-qalmadığından əmin deyilsinizsə, ya onu gövdə etiketinə əlavə edib nə baş verdiyinə baxın, ya da internetdə həmin xüsusiyyətlərə baxın və bu barədə lazımı məlumatları oxuyun.