Burada etdiyim şey tariximizdəki hadisələri ifadə edən bir dəstə şəkli kopyalayıb yapışdırmaqdır, tarix haqqında daha geniş miqyasda düşündüyümüz zaman, çoxumuzun onunla hər hansısa bir əlaqəsinin olduğu və ya kiminsə tarix haqqında danışdığını eşitmişik. Və buradakı bütün mahiyyət, 13,7 milyard ilin nə qədər uzun olduğunu anlamağa çalışmaq və ya bu müddətin uzunluğunu qavramağa başlamağa çalışmaqdır. Başlanğıc üçün, müəllif hüquqlarının olmadığı yerdə, bu, tapa bildiyim ən yaxşı təsvirdir. Bu, NASA-dan -- Böyük Partlayışdandır. Bu haqda bir neçə dəfə danışmışam. Böyük Partlayış, 13,7 milyard il əvvəl meydana gəlmişdir. Daha sonra əgər biz bir az irəli getsək və ya əslində daha çox irəli getsək o zaman faktiki olaraq günəş sistemimizin və Yer planetinin formalaşmasına çatmış olarıq. Bu, bir növ proto - planetar disk və ya gənc Günəşimizin ətrafında formalaşan proto - planetar diskin təsviridir. Və bu, 4,5 milyard il əvvələ aiddir. Bu hissədə bir daha qeyd edim ki, bunlar onların şəkilləri deyil. Bunlar sadəcə təsvirlərdir, çünki orada kamera ilə heç kim olmayıb. Dinozavrları öldürən asteroidin yerə çarpdığı zaman bu cür göründüyünü düşünürük. Və həmin asteroid 65 milyon il əvvəl dinozavrları öldürdü. Beləliklə, o vaxta qədər biz yer üzərində dinozavrlara sahib idik. Daha sonra bu mövcud nəzəriyyələrə əsasən Yer planeti onlardan xilas oldu. İndi biraz daha sürətlənəcəyik. Təxminən 3 milyon il əvvəl gəlin bunu görə biləcəyiniz rəngdə edim yəni üç milyon il əvvəl əcdadlarımız belə bir görnüşə sahib idi. Bu Avstrolopitek afarensisdir. Fikrimcə bu onun təsviridir, bu, Lüsidir. İnanıram ki, nəzəriyyə əsasən hamımızda ondan bəzi DNT - lərin olmasıdır. Ancaq bu, 3 milyon il əvvəl idi. Və siz daha da sürətlənsəniz, planetdə ilk müasir insana yəni sizin kimi və ya mənim kimi görünən və düşünən insanlara gəlib çatmış olarsınız. Bu, 200.000 il əvvələ aiddir. Baxın tam burada. Aydındır ki, bu rəsm çox daha sonra çəkilib. Ancaq bu, 200.000 il əvvəlki müasir insanın təsviridir. Və sonra siz daha da sürətlənəcəksiniz. Mən isə İsa da qalmağa davam etmək istəmirəm. Mən bunu, onun reaktiv bir gəmiyə minməsi ilə etdim. Həqiqətən də heç kəsi incitmək fikrində deyiləm. Mən sadəcə İsanı seçməyə davam edirəm, çünki səmimi olarsaq, bu bizim təqvimimizdir o, 2000 il əvvəl bir çox insanın tanıdığı yaxşı bir insandır. Və beləliklə, bir çox müasir tarixi əlaqələndirdiyimiz zaman bir çox hadisələr onun doğumundan sonra baş verir. Yəni, buradakı açıq bir şəkildə İsanın doğumunun rəsmidir. Və bu, 2000 il əvvələ aiddir. Və sonra bu bir az Amerika mərkəzli ola bilər. Ancaq İstiqlal Bəyannaməsi böyük bir hadisə idi. Əslində, dünya miqyasında belə, bu, planetdə ortaya çıxan və bir növ konstitusiya demokratiyasına əsaslanan ilk dünyəvi demokratiya idi. Dedilər ki, biz artıq İngiltərə kralını istəmirik. Və bu, təxminən 234 il əvvəl baş vermişdir. Mən bunu hər zaman xatırladım çünki demək olar ki, 200 illik yubileyində anadan olmuşam. Beləliklə, sadəcə siz mənim yaşımı 200-ə əlavə etməlisiniz. Bu, 234 il əvvəl idi. Bunların hamısı haqqında eşitdiyimiz və danışdığımız hadisələr və ya müəyyən zaman dövrləridir. Və insanlar bu cür illəri bir kənara atırlar. Amma bu videoda etmək istədiyim şey, bunu anlaya biləcəyimiz zaman miqyasları ilə əlaqələndirməkdir. Beləliklə, Böyük Partlayışın 13,7 milyard il əvvəl baş verməsinə əvəzinə, bu hadisənin 10 il əvvəl baş vermiş olduğunu düşünək. Çünki çoxumuz, xüsusən də əgər siz 10 yaşından yuxarısınızsa, 10 ilin nə olduğunu bir şəkildə anlaya bilərik. Bu, çox, çox uzun bir müddətdir. Amma həyatlarımızda yaxşı olan bir şey, təcrübələrimizin içərisindədir. Böyük Partlayışın 13,7 milyard il əvvəl baş verməsi əvəzinə bu hadisənin 10 il əvvəl baş verdiyini düşünək. Və bu hadisənin 10 il əvvəl baş verdiyini iddia etsək, gəlin bu hadisələrin hər birinin neçə il, dəqiqə və ya saat əvvəl baş verəcəyini düşünək. Beləliklə, əgər həqiqətən 13,7 milyard il əvvəl baş vermiş Böyük Partlayış, 10 il əvvəl baş vermiş olsaydı və biz hər şeyi kiçiltsəydik və ya hər şeyi azaltsaydıq, o zaman Yer təxminən 3,3 il əvvəl yaranmış olardı. Deməli, bu, 3,3 il əvvəl olardı. Yəni bunda heyrətamiz bir şey yoxdur. Bu, kainatın yaşının əhəmiyyətli bir hissəsidir. Yəni hələ ki bu , ağıla sığan bir fikir deyil. Ancaq biz dinozavrların nəsli kəsildiyi zamana qədər getsək, yer üzərində olan son dinozavrlar, indi 65 milyon il - və bu bizə milyonlarla milyard arasındakı fərqi başa düşməyə imkan verəcəkdir əgər kainat cəmi 10 yaşında olsaydı, o zaman dinozavrların nəsli 17 gün əvvəl yox olacaqdı. Bir ay əvvəl dinozavrların nəsli kəsilmiş olardı. Beləliklə, əgər kainat, mən yeni məzun olanda yaradılsaydı, hal hazırda 30 yaşındayam və yəni 24 yaşında olduğum zaman sadəcə keçən ay dinozavrların nəsli kəsilmiş olardı. Və bu daha da ağlasığmaz bir hala çevrilir. 17 gün əvvəl dinozavrların nəsli kəsiləcəkdi. Avstrolopitek afarensis 19 saat əvvəl yəni dünən Yer kürəsində gəzmiş olardı. 19 saat əvvəl o, planetdə gəzirdi. Müasir insanlar bir saatdan bir az daha uzun olan 80 dəqiqə əvvəl meydana çıxa bilməyəcklərdi. Müasir insan belə yox idi. Kainat 10 yaşında olduğu zaman bizim kimi görünən, bizim kimi düşünən kimlərisə görməyimiz son bir saat qədər daha yaxın bir zamanda baş verərdi. Bir az daha da irəliyə doğru sürətlənək, əgər kainat 13,7 milyard yaşında deyildə 10 yaşında olsaydı və biz də hər şeyi kiçiltsəydik o zaman İsanın doğumu 46 saniyə əvvəl baş vermiş olardı. Və daha sonra biz Müstəqillik Bəyannaməsinə qədər sürətli bir şəkildə irəliləsək bu hadisənin beş saniyə öncə baş vermiş olduğunu görərik. Ancaq bu kainatın miqyası qədər ağlasığmaz bir şey deyil. Ancaq mənim fikrimcə, bu hələ də olduqca heyrətamiz bir hadisədir. Demək istədiyim əgər kainat 10 yaşında olsaydı 1776 - cı ildən bu yana qlobal miqyasda baş verənlərin hamısı beş saniyəlik bir zaman müddəti ilə əhatə oluna bilərdi. Ümid edirəm ki, bu sizə az da olsa bir perspektiv verir. Növbəti videoda hər şeyi zaman içərisində sıxlaşdırmaq əvəzinə bu şkalanı bir növ məsafə şkalası ilə əvəz edəcəm. Beləliklə belə bir şey deyə bilərik əgər kainat ekranımdakı piksellərin sayı olsaydı, bunların hər biri nə qədər böyük olardı?