Burada etdiyim şey tariximizdəki
hadisələri ifadə edən bir dəstə
şəkli kopyalayıb yapışdırmaqdır,
tarix haqqında daha
geniş miqyasda düşündüyümüz zaman,
çoxumuzun onunla hər
hansısa bir əlaqəsinin olduğu
və ya kiminsə tarix haqqında danışdığını
eşitmişik.
Və buradakı bütün mahiyyət,
13,7 milyard ilin
nə qədər uzun olduğunu anlamağa çalışmaq
və ya bu müddətin uzunluğunu qavramağa
başlamağa çalışmaqdır.
Başlanğıc üçün,
müəllif hüquqlarının olmadığı yerdə,
bu, tapa bildiyim ən yaxşı təsvirdir.
Bu, NASA-dan -- Böyük Partlayışdandır.
Bu haqda bir neçə dəfə danışmışam.
Böyük Partlayış,
13,7 milyard il əvvəl meydana gəlmişdir.
Daha sonra əgər biz bir az irəli getsək
və ya əslində daha çox irəli getsək
o zaman faktiki olaraq günəş sistemimizin
və Yer planetinin formalaşmasına çatmış olarıq.
Bu, bir növ proto - planetar disk
və ya
gənc Günəşimizin ətrafında formalaşan
proto - planetar diskin təsviridir.
Və bu, 4,5 milyard il əvvələ aiddir.
Bu hissədə bir daha qeyd edim ki, bunlar onların
şəkilləri deyil.
Bunlar sadəcə təsvirlərdir,
çünki orada kamera ilə heç kim olmayıb.
Dinozavrları öldürən asteroidin
yerə çarpdığı zaman
bu cür göründüyünü düşünürük.
Və həmin asteroid
65 milyon il əvvəl dinozavrları öldürdü.
Beləliklə, o vaxta qədər biz yer üzərində
dinozavrlara sahib idik.
Daha sonra bu mövcud nəzəriyyələrə əsasən
Yer planeti onlardan xilas oldu.
İndi biraz daha sürətlənəcəyik.
Təxminən 3 milyon il əvvəl
gəlin bunu görə biləcəyiniz rəngdə edim
yəni üç milyon il əvvəl
əcdadlarımız belə bir görnüşə sahib idi.
Bu Avstrolopitek afarensisdir.
Fikrimcə bu onun təsviridir,
bu, Lüsidir.
İnanıram ki, nəzəriyyə əsasən
hamımızda ondan bəzi DNT - lərin olmasıdır.
Ancaq bu, 3 milyon il əvvəl idi.
Və siz daha da sürətlənsəniz,
planetdə ilk müasir insana yəni sizin
kimi və ya mənim kimi görünən
və düşünən insanlara
gəlib çatmış olarsınız.
Bu, 200.000 il əvvələ aiddir.
Baxın tam burada.
Aydındır ki,
bu rəsm çox daha sonra çəkilib.
Ancaq bu, 200.000 il əvvəlki
müasir insanın təsviridir.
Və sonra
siz daha da sürətlənəcəksiniz.
Mən isə İsa da qalmağa davam etmək istəmirəm.
Mən bunu, onun reaktiv
bir gəmiyə minməsi ilə etdim.
Həqiqətən də
heç kəsi incitmək fikrində deyiləm.
Mən sadəcə İsanı seçməyə davam edirəm,
çünki səmimi olarsaq,
bu bizim təqvimimizdir
o, 2000 il əvvəl bir çox insanın tanıdığı yaxşı bir insandır.
Və beləliklə, bir çox müasir tarixi əlaqələndirdiyimiz zaman
bir çox hadisələr onun doğumundan sonra baş verir.
Yəni, buradakı açıq bir şəkildə
İsanın doğumunun rəsmidir.
Və bu, 2000 il əvvələ aiddir.
Və sonra bu bir az Amerika mərkəzli ola bilər.
Ancaq İstiqlal Bəyannaməsi
böyük bir hadisə idi.
Əslində, dünya miqyasında belə,
bu, planetdə ortaya çıxan
və bir növ konstitusiya
demokratiyasına əsaslanan
ilk dünyəvi demokratiya idi.
Dedilər ki,
biz artıq İngiltərə kralını istəmirik.
Və bu,
təxminən 234 il əvvəl baş vermişdir.
Mən bunu hər zaman xatırladım
çünki demək olar ki,
200 illik yubileyində anadan olmuşam.
Beləliklə, sadəcə siz mənim
yaşımı 200-ə əlavə etməlisiniz.
Bu, 234 il əvvəl idi.
Bunların hamısı haqqında eşitdiyimiz və danışdığımız hadisələr
və ya müəyyən zaman dövrləridir.
Və insanlar
bu cür illəri bir kənara atırlar.
Amma bu videoda etmək istədiyim şey,
bunu anlaya biləcəyimiz zaman miqyasları ilə əlaqələndirməkdir.
Beləliklə, Böyük Partlayışın
13,7 milyard il əvvəl baş verməsinə əvəzinə,
bu hadisənin 10 il əvvəl baş vermiş olduğunu düşünək.
Çünki çoxumuz, xüsusən də əgər siz 10 yaşından
yuxarısınızsa,
10 ilin nə olduğunu bir şəkildə anlaya bilərik.
Bu, çox, çox uzun bir müddətdir.
Amma həyatlarımızda yaxşı olan bir şey,
təcrübələrimizin içərisindədir.
Böyük Partlayışın 13,7 milyard il əvvəl
baş verməsi əvəzinə
bu hadisənin
10 il əvvəl baş verdiyini düşünək.
Və bu hadisənin 10 il əvvəl baş verdiyini iddia etsək,
gəlin bu hadisələrin hər birinin neçə il,
dəqiqə
və ya saat əvvəl baş verəcəyini düşünək.
Beləliklə, əgər həqiqətən
13,7 milyard il əvvəl baş vermiş Böyük Partlayış,
10 il əvvəl baş vermiş olsaydı
və biz hər şeyi kiçiltsəydik
və ya hər şeyi azaltsaydıq,
o zaman
Yer təxminən 3,3 il əvvəl yaranmış olardı.
Deməli, bu, 3,3 il əvvəl olardı.
Yəni bunda heyrətamiz bir şey yoxdur.
Bu, kainatın yaşının əhəmiyyətli bir hissəsidir.
Yəni hələ ki bu ,
ağıla sığan bir fikir deyil.
Ancaq biz dinozavrların nəsli kəsildiyi zamana qədər getsək,
yer üzərində olan son dinozavrlar,
indi 65 milyon il - və bu bizə milyonlarla milyard arasındakı fərqi başa düşməyə imkan verəcəkdir
əgər kainat cəmi 10 yaşında olsaydı,
o zaman dinozavrların nəsli 17 gün əvvəl yox olacaqdı.
Bir ay əvvəl dinozavrların nəsli
kəsilmiş olardı.
Beləliklə, əgər kainat, mən
yeni məzun olanda yaradılsaydı,
hal hazırda 30 yaşındayam və
yəni 24 yaşında olduğum zaman
sadəcə keçən ay
dinozavrların nəsli kəsilmiş olardı.
Və bu daha da ağlasığmaz bir hala çevrilir.
17 gün əvvəl
dinozavrların nəsli kəsiləcəkdi.
Avstrolopitek afarensis 19 saat əvvəl
yəni dünən Yer kürəsində gəzmiş olardı.
19 saat əvvəl o,
planetdə gəzirdi.
Müasir insanlar
bir saatdan bir az daha uzun olan
80 dəqiqə
əvvəl meydana çıxa bilməyəcklərdi.
Müasir insan belə yox idi.
Kainat 10 yaşında olduğu zaman
bizim kimi görünən, bizim kimi düşünən
kimlərisə görməyimiz son bir saat qədər
daha yaxın bir zamanda baş verərdi.
Bir az daha da irəliyə doğru sürətlənək,
əgər kainat 13,7 milyard yaşında deyildə
10 yaşında olsaydı
və biz də hər şeyi kiçiltsəydik
o zaman İsanın doğumu
46 saniyə əvvəl baş vermiş olardı.
Və daha sonra biz Müstəqillik Bəyannaməsinə qədər
sürətli bir şəkildə irəliləsək
bu hadisənin
beş saniyə öncə
baş vermiş olduğunu görərik.
Ancaq bu kainatın miqyası qədər
ağlasığmaz bir şey deyil.
Ancaq mənim fikrimcə, bu hələ də olduqca heyrətamiz
bir hadisədir.
Demək istədiyim
əgər kainat 10 yaşında olsaydı
1776 - cı ildən bu yana
qlobal miqyasda baş verənlərin hamısı
beş saniyəlik
bir zaman müddəti ilə əhatə oluna bilərdi.
Ümid edirəm ki,
bu sizə az da olsa bir perspektiv verir.
Növbəti videoda hər şeyi
zaman içərisində sıxlaşdırmaq əvəzinə
bu şkalanı
bir növ məsafə şkalası ilə əvəz edəcəm.
Beləliklə belə bir şey deyə bilərik
əgər kainat ekranımdakı piksellərin sayı olsaydı,
bunların hər biri nə qədər böyük olardı?