Müasir insanlar hüceyrələrin mövcudluğunu və bütün canlıların hüceyrələrdən təşkil olunması ideyasını qəbul etməyə meyllidirlər, biz, yəni insanlar, canlı orqanizmlər çoxlu hüceyrələrdən təşkil olunmuşuq və insan bədənində təqribən 37 trilyon hüceyrə var! Lakin əgər biz 400 il əvvələ 1600-cü illərə qayıtsaydıq, bu bizə o qədərdə aydın olmazdı. Bunun səbəbi odur ki, insanlar birbaşa müşahidə aparmaq üçün lazım olan ləvazimatlara sahib deyildilər. Onlar, hətta bu hüceyrələrin mövcud olduğunu belə bilmirdilər. Onlar birhüceyrəli orqanizmlərin mövcudluğundan xəbərsiz idilər. Lakin bunların hamısı Robert Hukla dəyişməyə başladı. Robert Hukun primitiv mikroskopu təkmilləşdirmək şansı var idi və şəkildə gördüyünüz onun düzəltdiyi mikroskopdur. Diqqətlə baxsanız onun hal-hazırda istifadə olunan mikroskoplara oxşadığını və nə qədər sadə olduğunu görə bilərsiniz. Burada böyütməni təmin etmək üçün linzalara malik idi, eyni zamanda bundan istifadə etmişdi -- buradakı şeydən -- bu alovdur və bu mikroskopda işıq kanaldan keçirdərək müşahidə edilən obyektin üzərində əks olunurdu. Və 1665-ci ildə o, "Mikroqrafiyanı" nəşr edir. Mən yəqin ki, onu düz tələffüz etmirəm. Beləliklə, bu 1665-ci ildir, Robert Huk bunu nəşr edir və kitabda, öz mikroskopu vasitəsilə etdiyi müşahidələrinin təsviri verir və şəkillərini çəkir. Onun çoxlu heyrətamiz təsvirləri var idi, əslində o, bit və birə kimi müşahidələrini təsvir edə biləcək qədər yaxşı rəssam idi. Lakin onun müşahidə edə biləcəyi canlılar təkcə bit və birə deyildi. O həm də mantarlara baxmışdı, ya da sadəcə mantara baxmış və müşahidə apararkən "Hey bax, burada kiçik kvadratlar var və onlar sanki bu mantarın bir növ əsas vahidləridir." Və o deyir ki, "Bu mənə içində kahinlərin yaşadığı və vaxtlarını keçirdiyi hüceyrə adlanan kiçik otaqları xatırladır". Ona görə də o, bunları hüceyrə adlandırır. Və bu da terminin haradan gəldiyini izah edir. O, bunları "Mikroqrafiya" kitabında hüceyrə adlandırır. Bu hüceyrədir. O, çox yaxşı rəssam idi və heyrətamiz rəsmlər çəkirdi. "Mikroqrafiya" kitabında da çoxlu təsvirlər versə də, təəssüf ki, Robert Hukun günümüzə gəlib çıxmış şəkilləri yoxdur. Və bu inanılmaz hekayədir. Bir çox fərziyyələrə görə Robert Hukun yeganə orijinal portreti İsaak Nyuton tərəfindən yandırılmışdır. Və bu gələcəkdə danışa bildiyimiz, marağa səbəb olan başqa bir hekayədir. Lakin Robert Hukun gördüyü - o, "hüceyrə" terminini kəşf etmişdi - onun baxdığı ölü toxuma idi, yəni o hüceyrə qalıqlarını müşahidə edirdi. Və onun gördüyü əslində hüceyrə qılafının qalıqları idi. O, birbaşa "canlı hüceyrəni" müşahidə etməyə qadir deyildi. Və o, "Hey, bu bütün həyatın tikinti bloku ola bilər və hüceyrələrdə özlüyündə çoxala bilər" deyə biləcək qədər məlumata sahib deyildi. "Və bütün hüceyrələr digər hüceyrələrdən yaranır." Və biz tarixdə irəliləmədikcə Bir neçə il irəliləyək və Anton Van Levenhuka çataq. Bilirəm, yəqin ki, bunu da düzgün tələffüz etmədim. O, hollandiyalı idi və linza düzəldirdi. Hukun işlərindən ilhamlanaraq deyir ki, "Hey, mən linza düzəldə bilirəm, bəlkə bununla daha yaxşı mikroskop düzəldə və daha yaxşı müşahidələr apara bilərəm." Və o bunu edə bilərdi, eyni zamanda bunu edərək canlı hüceyrələri və canlı birhüceyrəli orqanizmləri birbaşa müşahidə edə bilərdi. Belə ki, o, birbaşa spermi müşahidə etmişdi. O demişdi ki, "Hey, bu şey sanki canlıdır!" O, protozoaları birbaşa müşahidə edə bilmişdi - bunlar birhüceyrəli, eukariot... onların hüceyrə divarı var və bu şeylər birhüceyrəli heyvanlara oxşayırlar. Və o, onlara "animakul" adını vermişdi. Deyirdi "Bax, sanki burda kiçik heyvanlar gəzirlər." Və deyir, ola bilsin ki, bu həyatın bir növ sadə formasıdır, ya da ən azından deyir ki, bu qədər kiçik ölçülərdə belə həyata rast gəlmək olar. Lakin hüceyrə nəzəriyyəsinin tam, müasir forması gələcəyə doğru 100-150-il getmədikcə hələ üzə çıxmayacaq. Və biz 1800-ci illərin əvvəlinə çatdıq. Deməli, biz sürətlə 1830-cu illərə getsək, ekranda Mattias Şleyden və Teodor Şvan adlı iki centlmenin şəklini görərik. Bunlar "müasir hüceyrə nəzəriyyəsi" adlandırdığımız nəzəriyyənin təməlini qoymağa başlayan insanlardırlar. Belə ki, müasir hüceyrə nəzəriyyəsi Müşahidələrindən istifadə edərək belə bir nəticəyə gəlirlər ki, "Bəlkə də, bütün həyat, bütün canlı orqanizmlər bir və ya bir neçə hüceyrədən təşkil olunublar." Hal-hazırda biz buna əminik, lakin keçmişdə bu aydın deyildi. Bir və bir neçə hüceyrənin həyatın bir növ tikinti bloku olmağı heç kimə aydın deyildi. Və əgər həyat bir və ya bir neçə hüceyrədən təşkil olunubsa, o zaman biz hüceyrəyə həyatın əsas vahidi kimi baxa bilərik. Hüceyrə həyatın əsas vahididir Həyatın ən kiçik vahidlərinin hüceyrələr, yəni canlı hüceyrələr olduğunu demək çox güclü bir bəyanatdır. Bu tamamlanmış hüceyrə nəzəriyyəsi deyildi və bu iki centlmenin hər ikisi hüceyrənin digər hüceyrələrdən yarandığını bilirdi. Onlar hüceyrələrin çoxaldığını müşahidə etmişdilər, lakin bu hələ də açıq sual olaraq qalırdı ki, "Bəlkə bəzi hüceyrələr başqa hüceyrələrdən yaranırlar? Digərləri isə spontan olaraq yaranırlar.... ....əgər kifayət qədər elemetin və mühitin varsa, onları necəsə yarada bilərsən. Ya da özləri heç bir şeydən yaranırlar."