Müasir insanlar hüceyrələrin mövcudluğunu
və bütün canlıların hüceyrələrdən
təşkil olunması ideyasını qəbul
etməyə meyllidirlər, biz, yəni
insanlar, canlı orqanizmlər çoxlu
hüceyrələrdən təşkil olunmuşuq
və insan bədənində təqribən
37 trilyon hüceyrə var!
Lakin əgər biz 400 il əvvələ
1600-cü illərə qayıtsaydıq,
bu bizə o qədərdə aydın olmazdı.
Bunun səbəbi odur ki, insanlar
birbaşa müşahidə aparmaq
üçün lazım olan ləvazimatlara
sahib deyildilər. Onlar, hətta bu hüceyrələrin
mövcud olduğunu belə bilmirdilər. Onlar
birhüceyrəli orqanizmlərin mövcudluğundan xəbərsiz idilər.
Lakin bunların hamısı Robert
Hukla dəyişməyə başladı.
Robert Hukun primitiv mikroskopu
təkmilləşdirmək şansı var idi
və şəkildə gördüyünüz
onun düzəltdiyi mikroskopdur.
Diqqətlə baxsanız onun hal-hazırda
istifadə olunan
mikroskoplara oxşadığını və nə
qədər sadə olduğunu görə bilərsiniz.
Burada böyütməni təmin etmək
üçün linzalara malik idi, eyni zamanda
bundan istifadə etmişdi -- buradakı şeydən --
bu alovdur və bu mikroskopda işıq kanaldan
keçirdərək müşahidə edilən
obyektin üzərində əks olunurdu.
Və 1665-ci ildə o, "Mikroqrafiyanı" nəşr edir.
Mən yəqin ki, onu düz tələffüz etmirəm.
Beləliklə, bu 1665-ci ildir,
Robert Huk bunu nəşr edir və
kitabda, öz mikroskopu vasitəsilə
etdiyi müşahidələrinin
təsviri verir və şəkillərini çəkir.
Onun çoxlu heyrətamiz təsvirləri
var idi, əslində o, bit və
birə kimi müşahidələrini təsvir edə
biləcək qədər yaxşı rəssam idi.
Lakin onun müşahidə edə biləcəyi
canlılar təkcə bit və birə deyildi.
O həm də mantarlara baxmışdı, ya da
sadəcə mantara baxmış və müşahidə apararkən "Hey bax,
burada kiçik kvadratlar var və onlar
sanki bu mantarın bir növ əsas vahidləridir."
Və o deyir ki, "Bu mənə içində kahinlərin yaşadığı
və vaxtlarını keçirdiyi hüceyrə adlanan kiçik otaqları xatırladır".
Ona görə də o, bunları
hüceyrə adlandırır.
Və bu da terminin haradan
gəldiyini izah edir.
O, bunları "Mikroqrafiya" kitabında
hüceyrə adlandırır.
Bu hüceyrədir.
O, çox yaxşı rəssam idi və
heyrətamiz rəsmlər çəkirdi.
"Mikroqrafiya" kitabında
da çoxlu təsvirlər
versə də, təəssüf ki, Robert Hukun
günümüzə gəlib çıxmış şəkilləri yoxdur.
Və bu inanılmaz hekayədir. Bir çox
fərziyyələrə görə Robert Hukun
yeganə orijinal portreti İsaak Nyuton
tərəfindən yandırılmışdır.
Və bu gələcəkdə danışa bildiyimiz,
marağa səbəb olan başqa bir hekayədir.
Lakin Robert Hukun gördüyü - o, "hüceyrə"
terminini kəşf etmişdi -
onun baxdığı ölü toxuma idi, yəni o hüceyrə
qalıqlarını müşahidə edirdi. Və onun gördüyü əslində
hüceyrə qılafının qalıqları idi. O, birbaşa "canlı hüceyrəni" müşahidə etməyə qadir deyildi. Və o, "Hey, bu
bütün həyatın tikinti bloku ola bilər və hüceyrələrdə özlüyündə çoxala bilər" deyə biləcək qədər məlumata sahib deyildi.
"Və bütün hüceyrələr digər hüceyrələrdən yaranır."
Və biz tarixdə irəliləmədikcə
Bir neçə il irəliləyək və Anton Van Levenhuka çataq.
Bilirəm, yəqin ki, bunu da
düzgün tələffüz etmədim.
O, hollandiyalı idi və linza düzəldirdi.
Hukun işlərindən ilhamlanaraq deyir ki,
"Hey, mən linza düzəldə bilirəm, bəlkə bununla
daha yaxşı mikroskop düzəldə və daha yaxşı müşahidələr apara bilərəm."
Və o bunu edə bilərdi, eyni zamanda bunu edərək canlı hüceyrələri və canlı birhüceyrəli
orqanizmləri birbaşa müşahidə edə bilərdi.
Belə ki, o, birbaşa spermi müşahidə etmişdi.
O demişdi ki, "Hey, bu şey sanki canlıdır!"
O, protozoaları birbaşa müşahidə edə bilmişdi - bunlar birhüceyrəli, eukariot...
onların hüceyrə divarı var və bu şeylər
birhüceyrəli heyvanlara oxşayırlar.
Və o, onlara "animakul" adını vermişdi.
Deyirdi "Bax, sanki burda kiçik
heyvanlar gəzirlər."
Və deyir, ola bilsin ki, bu həyatın bir növ
sadə formasıdır, ya da ən azından
deyir ki, bu qədər kiçik ölçülərdə
belə həyata rast gəlmək olar.
Lakin hüceyrə nəzəriyyəsinin tam, müasir forması gələcəyə doğru 100-150-il getmədikcə hələ üzə çıxmayacaq.
Və biz 1800-ci illərin əvvəlinə çatdıq.
Deməli, biz sürətlə 1830-cu illərə