Müasir insanlar hüceyrələrin mövcudluğunu və bütün canlıların hüceyrələrdən təşkil olunması ideyasını qəbul etməyə meyllidirlər, biz, yəni insanlar, canlı orqanizmlər çoxlu hüceyrələrdən təşkil olunmuşuq və insan bədənində təqribən 37 trilyon hüceyrə var! Lakin əgər biz 400 il əvvələ 1600-cü illərə qayıtsaydıq, bu bizə o qədərdə aydın olmazdı. Bunun səbəbi odur ki, insanlar birbaşa müşahidə aparmaq üçün lazım olan ləvazimatlara sahib deyildilər. Onlar, hətta bu hüceyrələrin mövcud olduğunu belə bilmirdilər. Onlar birhüceyrəli orqanizmlərin mövcudluğundan xəbərsiz idilər. Lakin bunların hamısı Robert Hukla dəyişməyə başladı.