Müasir insanlar hüceyrələrin mövcudluğunu
və bütün canlıların hüceyrələrdən
təşkil olunması ideyasını qəbul
etməyə meyllidirlər, biz, yəni
insanlar, canlı orqanizmlər çoxlu
hüceyrələrdən təşkil olunmuşuq
və insan bədənində təqribən
37 trilyon hüceyrə var!
Lakin əgər biz 400 il əvvələ
1600-cü illərə qayıtsaydıq,
bu bizə o qədərdə aydın olmazdı.
Bunun səbəbi odur ki, insanlar
birbaşa müşahidə aparmaq
üçün lazım olan ləvazimatlara
sahib deyildilər. Onlar, hətta bu hüceyrələrin
mövcud olduğunu belə bilmirdilər. Onlar
birhüceyrəli orqanizmlərin mövcudluğundan xəbərsiz idilər.
Lakin bunların hamısı Robert
Hukla dəyişməyə başladı.