Müasir insanlar hüceyrələrin mövcudluğunu
və bütün canlıların hüceyrələrdən
təşkil olunması ideyasını qəbul
etməyə meyllidirlər, biz, yəni
insanlar, canlı orqanizmlər çoxlu
hüceyrələrdən təşkil olunmuşuq
və insan bədənində təqribən
37 trilyon hüceyrə var!
Lakin əgər biz 400 il əvvələ
1600-cü illərə qayıtsaydıq,
bu bizə o qədərdə aydın olmazdı.
Bunun səbəbi odur ki, insanlar
birbaşa müşahidə aparmaq
üçün lazım olan ləvazimatlara
sahib deyildilər. Onlar, hətta bu hüceyrələrin
mövcud olduğunu belə bilmirdilər. Onlar
birhüceyrəli orqanizmlərin mövcudluğundan xəbərsiz idilər.
Lakin bunların hamısı Robert
Hukla dəyişməyə başladı.
Robert Hukun primitiv mikroskopu
təkmilləşdirmək şansı var idi
və şəkildə gördüyünüz
onun düzəltdiyi mikroskopdur.
Diqqətlə baxsanız onun hal-hazırda
istifadə olunan
mikroskoplara oxşadığını və nə
qədər sadə olduğunu görə bilərsiniz.
Bu alətin böyütmə linzaları var idi, eyni zamanda
işıq olaraq alovdan istifadə etmişdi və işıq kanaldan
keçərək müşahidə edilən
obyektin üzərində əks olunurdu.
Və 1665-ci ildə o, "Mikroqrafiyanı" nəşr edir.
Mən yəqin ki, onu düz tələffüz etmirəm.
Beləliklə, bu 1665-ci ildir,
Robert Huk bunu nəşr edir və
kitabda, öz mikroskopu vasitəsilə
etdiyi müşahidələrinin
təsvirini verir və şəkillərini çəkir.
Onun çoxlu heyrətamiz təsvirləri
var idi, əslində o, bit və
birə kimi müşahidələrini təsvir edə
biləcək qədər yaxşı rəssam idi.
Lakin onun müşahidə edə biləcəyi
canlılar təkcə bit və birə deyildi.
O həm də mantarlara baxmışdı, ya da
sadəcə mantara baxmış və müşahidə apararkən "Hey bax,
burada kiçik kvadratlar var və onlar
sanki bu mantarın bir növ əsas vahidləridir."
Və o deyir ki, "Bu mənə içində kahinlərin yaşadığı
və vaxtlarını keçirdiyi hüceyrə adlanan kiçik otaqları xatırladır".
Ona görə də o, bunları
hüceyrə adlandırır.
Və bu da terminin haradan
gəldiyini izah edir.
O, bunları "Mikroqrafiya" kitabında
hüceyrə adlandırır.
Bu hüceyrədir.
O, çox yaxşı rəssam idi və
heyrətamiz rəsmlər çəkirdi.
"Mikroqrafiya" kitabında çoxlu təsvirlər
versə də, təəssüf ki, Robert Hukun
günümüzə gəlib çıxmış şəkilləri yoxdur.
Bu inanılmaz hekayədir. Bir çox
fərziyyələrə görə Robert Hukun
yeganə orijinal portreti İsaak Nyuton
tərəfindən yandırılmışdır.
Bu gələcəkdə danışa bildiyimiz,
mübahisəli başqa bir hekayədir.
Lakin Robert Hukun gördüyü - o buna "hüceyrə"
demişdi -
onun baxdığı ölü toxuma idi, yəni o hüceyrə
qalıqlarını müşahidə edirdi. Və onun gördüyü əslində
hüceyrə qılafının qalıqları idi. O, birbaşa "canlı hüceyrəni" müşahidə etməyə qadir deyildi. Və o, "Hey, bu
bütün həyatın vahidləri ola bilər və hüceyrələr də özlüyündə çoxala bilər" deyə biləcək qədər məlumata sahib deyildi.
"Və bütün hüceyrələr digər hüceyrələrdən yaranır."
Və biz tarixdə irəliləmədikcə
Bir neçə il sonraya gedək və Antoni Van Levenhuka çataq.
Bilirəm, yəqin ki, bunu da
düzgün tələffüz etmədim.
O, hollandiyalı idi və linza düzəldirdi.
Hukun işlərindən ilhamlanaraq deyir ki,
"Mən linza düzəldə bilirəm, bəlkə bununla
daha yaxşı mikroskop düzəldə və daha yaxşı müşahidələr apara bilərəm."
Və o bunu edə bilərdi, eyni zamanda bunu edərək canlı hüceyrələri və canlı birhüceyrəli
orqanizmləri birbaşa müşahidə edə bilərdi.
Belə ki, o, birbaşa spermi müşahidə etmişdi.
O demişdi ki, "Bu şey sanki canlıdır!"
O, protozoaları birbaşa müşahidə edə bilmişdi - bunlar birhüceyrəli, eukariotlardır
onların hüceyrə divarı var və bu şeylər
birhüceyrəli heyvanlara oxşayırlar.
Və o, onlara "animakul" adını vermişdi.
Deyirdi "Bax, sanki burda kiçik
heyvanlar gəzirlər."
Və deyir, ola bilsin ki, bu həyatın bir növ
sadə formasıdır, ya da ən azından
deyir ki, bu qədər kiçik ölçülərdə
belə həyata rast gəlmək olar.
Lakin hüceyrə nəzəriyyəsinin tam, müasir forması gələcəyə doğru 100-150-il getmədikcə hələ üzə çıxmayacaq.
Və biz 1800-ci illərin əvvəlinə çatdıq.
Deməli, biz sürətlə 1830-cu illərə getsək, ekranda Mattias Şleyden və Teodor Şvan adlı iki centlmenin şəklini görərik.
Bunlar "müasir hüceyrə nəzəriyyəsi"
adlandırdığımız nəzəriyyənin
təməlini qoymağa başlayan insanlardırlar.
Belə ki, müasir hüceyrə nəzəriyyəsi
Müşahidələrindən istifadə edərək
belə bir nəticəyə gəlirlər ki,
"Bəlkə də, bütün həyat, bütün
canlı orqanizmlər bir və ya
bir neçə hüceyrədən təşkil olunublar."
Hal-hazırda biz buna əminik,
lakin keçmişdə bu aydın deyildi.
Bir və bir neçə hüceyrənin həyatın bir növ
vahidi olmağı heç kimə aydın deyildi.
Və əgər həyat bir və ya bir neçə
hüceyrədən təşkil olunubsa,
o zaman biz hüceyrəyə həyatın
əsas vahidi kimi baxa bilərik.
Hüceyrə həyatın əsas vahididir
Həyatın ən kiçik vahidlərinin hüceyrələr, yəni
canlı hüceyrələr olduğunu demək çox güclü bir bəyanatdır.
Bu tamamlanmış hüceyrə nəzəriyyəsi deyildi və bu iki centlmenin hər ikisi hüceyrənin digər hüceyrələrdən yarandığını bilirdi.
Onlar hüceyrələrin çoxaldığını
müşahidə etmişdilər, lakin bu hələ
də açıq sual olaraq qalırdı ki, "Bəlkə bəzi hüceyrələr başqa hüceyrələrdən yaranırlar? Digərləri isə spontan olaraq yaranırlar....
....əgər doğru elementlər və mühit varsa, onlar necəsə yaradıla bilər. Ya da özləri heç bir şeydən yaranırlar."
Müasir hüceyrə nəzəriyyəsinin üçün prinsipi yaranana qədər, yəni 1800-ci illərin ortalarında müasir hüceyrə nəzəriyyəsinin üçüncü prinsipinin yaranmasına qədər bu heç kimə aydın deyildi.
Və bu bütün hüceyrələrin digər
hüceyrələrdən yaranması fikri idi.
Bütün hüceyrələr digər hüceyrələrdən
Bu fikrin həqiqi atası, bu fikri yaradan centlmen
budur, Robert Remak.
Bəzən bu prinsip buradakı
Rudolf Virxovun adı altında hallanır,
lakin müəyyən olundu ki, o Remakın
tədqiqatını özününküləşdirib, belə ki,
bütün hüceyrələrin digər hüceyrələrdən
yaranması prinsipi üçün qrant ona layiq olan Remaka verilməli idi.
Və bir daha qeyd edək ki, o, " Ola bilsin ki, hüceyrələr digər hüceyrələrdən əmələ gəlir" deyən ilk insan
deyildi. Lakin o deyirdi ki, "Bu fundamental bir şeydir, onlar necəsə, yəni spontan olaraq meydana gəlmirlər, bütün hüceyrələr təxminən bu şəkildə yaranırlar".
İndi nə vaxtsa, hətta indiki dünyada belə, insanlar son olaraq
hüceyrələrin digər hüceyrələrdən yarandığını düşünürlər, lakin burada təbii
bir sual meydana çıxır "Bəs burada birinci hüceyrə və ya ilkin hüceyrə dəsti olmalıdırmı? ".
İnsanlar buna yüz faiz əmin deyillər, lakin biz yer
üzündəki həyatın təkamülünə baxsaq, ilk hüceyrənin
3.5 milyard il əvvəl meydana çıxdığını görə bilərik.
Və biz onların necə meydana çıxdığına yüz
faiz əmin deyilik, lakin burada bəzi nəzəriyyələr var.
Məsələn, bizim fosfolipidlərə aid
videomuz var, müəyyən olunmuşdur
ki, fosfolipidlər təbii olaraq ikiqat təbəqəni
formalaşdırırlar. Onlar əslində
ikiqat fosfolipid təbəqəsinə malik dəyirmi
membranı formalaşdırırlar.
Bu bizi bir növ başlanğıca aparır,
deməli, onlar spontan olaraq formalaşa bilirlər.
Bəzi nəzəriyyələrə görə isə hüceyrələrin
əcdadlarının mexanizmlərinə baxaq,
3.5 milyard il əvvələ getsək burada
öz-özünü törədən RNT molekulu və ya necəsə
özünü törədə bilən zülalla rastlaşa bilərik ki,
onlar
uzun müddət ərzində özlərini daha da artırıblar, daha təkmil
mexanizmə sahib olublar.
Ola bilər ki, həmin zülallar
indiki müasir hüceyrələrlə
daha oxşar olublar, çoxalmaq və
ətraf mühitdən kifayət qədər enerji
və qida almaq qabiliyyətinə malik olublar.
Nəhayət, müasir hüceyrənin formalaşması bu şəkildədir. Lakin bu inanılmaz sualdır və hələdə araşdırma mövzusudur.