Kompüterlər təkrar etməkdə həqiqətən yaxşıdır. Siz 10 20, və ya 100 saya bilərsiniz. Lakin kompüter bir milyard və ya bir trilyona qədər saya bilər. Bu cansıxıcı olmayaca və sadcə bir neçə saniyə vaxt aparacaq. Saydıqda, şəkil çəkdikdə və ya hər hansı bir işdə - kompüterlər bu işləri yüz hətta trilyon dəfə təkrarlaya bilərlər. Proqramlaşdırmada biz buna dövr ("loop") deyirik. Dövr sizin kodu necə dəfələrlə təkrar etmyinizdir. Növbəti puzzle üçün, sizin məqsədiniz Annaya "təkrar" bloku ilə bir kvadrat yaratmaqda kömək etməkdir. Sizin "Repeat" blokunun daxilində qoyduğunuz kod blokları ardıcıllıqla, istədiyiniz qədər təkrar olunacaq. Bir kvadrat çəkmək üçün, siz "İrəli Get" və "Sağa dön" bloklarını 4 dəfə istifadə edə bilərsiniz. Amma asan yolu, komputerə "İrəli Get" və " 90 dərəcə Sağa dön" əmrini bir dəfə deməyiniz və bunu 4 dəfə təkrar etməsini istəməyinizdir. Bunu etmək üçün, Siz "İrəli Get" və "Sağa dön" bloklarını "Təkrar et" blokunun içinə yerləştirməlisiniz. Yadda saxlayın, siz "Təkrar et" blokunun daxilindəki rəqəmi istədiyiniz kimi dəyişə bilərsiniz, və o blok daxilində bir çox dəfə.