İndi bir az ABŞ-da hər il digər dövlətlərdən daha çox bərk tullantıya rast gəlinir, tullantı sayı artdıqca onları atmaq üçün yerlər tükənir. Bərk tullantıların iki əsas növü var, bərk sənaye tullantıları və bərk məişət tullantıları. Bərk sənaye tullantıları fabriklər, mədənlər və fermalar kimi sənayelərdən gəlir. məişət tullantıları isə evlərdən və ofislər kimi iş yerlərindən gəlir. Bunlar əsasən kağız, plastik torbalar, karton, qida tullantıları, qutular, butulkalar və həyət tullantıları kimi zibil qutunuza qoyacağınız şeylərdir. Fərz edək ki, Ekologiya və ətraf mühit üzrə təhsil alan biri kimi dostlarınızla piknikə getmisiniz, özünüzlə yenidən istifadə oluna bilən qablar aparmısınız, bu zaman yerdə boş , köhnə kartof cipsi torbası görürsünüz və onun məişət tullantısının bir nümunəsi olduğunu anlayırsınız, onu götürüb zibil qutusuna atmaq qərarına gəlirsiniz, bəs indi o hara gedəcək? Çox güman ki, o, ABŞ-dakı bərk məişət tullantılarının yarısından çoxu kimi, paliqona aparılacaq,bu qədər tullantı poliqonu həqiqətən çox böyük olmalıdır, poliqon bir növ açıq zibillikdir, ya da böyük bir sahə yaxud zibillə dolu çuxurdur. Gəlin, bu böyük, açıq zibilxanaların üstünlükləri haqqında düşünək, belə ki. onlar bir çox insana tullantılardan qurtulmağa imkan yaradırlar. Buna görə də onlar adətən, çoxlu əhalisi olan böyük şəhərlərin yaxınlığında istifadə olunur. Həmçinin, onları qoruyub saxlamaq olduqca ucuzdur və onlar tullantıları insanların evlərindən və iş yerlərindən uzaq tutmaqda da çox yaxşıdırlar. lakin açıq zibilliklərə daha yaxından nəzər salsaq görərik ki, bəzi problemlər də var, ilk növbədə açıq zibilliklərdən iy gələ bilər ki, bu da onların ətrafında yaşayan insanlar üçün xoşagəlməzdir. Çünki açıq zibilliklər örtülməmiş bir yerdir, buna görə də hava və vəhşi təbiət tullantıları ətraf mühitə yaya bilər. Açıq poliqonlardakı zibil təhlükəli qazlar buraxa və hətta alovlana bilər, buna görə də qazları və yanğınları mənfi cəhətlərimiz siyahısına əlavə edə bilərik, çünki bunlar canlılar üçün təhlükəli ola bilər. Yağış yağanda isə başqa bir problem yaranır, su zibilxanaya sızır və oradan keçdikcə elektronikanın ağır metalları və ya reseptlə satılan dərmanların tullantıları kimi zəhərli materiallarla çirklənir, Həmin bu çirklənmiş