İndi bir az
ABŞ-da hər il digər dövlətlərdən daha çox
bərk tullantıya rast gəlinir,
tullantı sayı artdıqca onları atmaq üçün
yerlər tükənir.
Bərk tullantıların iki əsas növü var,
bərk sənaye tullantıları
və bərk məişət tullantıları.
Bərk sənaye tullantıları fabriklər,
mədənlər və fermalar kimi
sənayelərdən gəlir.
məişət tullantıları isə evlərdən
və ofislər kimi
iş yerlərindən gəlir.
Bunlar əsasən kağız, plastik torbalar,
karton, qida
tullantıları, qutular, butulkalar və
həyət tullantıları kimi zibil qutunuza
qoyacağınız şeylərdir.
Fərz edək ki, Ekologiya və ətraf
mühit üzrə təhsil alan
biri kimi dostlarınızla piknikə
getmisiniz,
özünüzlə yenidən istifadə oluna bilən
qablar aparmısınız,
bu zaman yerdə boş , köhnə kartof cipsi
torbası görürsünüz və
onun məişət tullantısının bir nümunəsi
olduğunu
anlayırsınız, onu götürüb zibil qutusuna
atmaq
qərarına gəlirsiniz,
bəs indi o hara gedəcək?
Çox güman ki, o, ABŞ-dakı bərk məişət
tullantılarının
yarısından çoxu kimi,
paliqona aparılacaq,bu qədər tullantı
poliqonu həqiqətən
çox böyük olmalıdır,
paliqon bir növ açıq zibillikdir,
ya da böyük bir sahə yaxud
zibillə dolu çuxur.