Londondakı Britaniya muzeyindəyik və bu otaq qədim Misir mumyaları ilə doludur. Hər il bura çoxlu turist gəlir. Perqamentin üzərindəki bir fraqmentə baxırıq. Bu papirusdandır. Papirus Nil çayının deltasında bitən, kağız hazırlanmasında istifadə olunan qamış idi və Orta əsrlərə qədər yazı yazmaq üçün istifadə olunan ən vacib səth sayılırdı. "Ölülər kitabı" adlandırdığımız kitabdan bir hissəyə baxırıq, qədim misirlilərdə bu kitabın adı fərqli idi, bu kitabın içində ölünün axirətdə ehtiyac duyacağı dualar və ayinlar yazılmışdı. Onlarda piramida şəklində yazı Qədim Krallıq dövrünə qədər uzanan adətdir. Bunlar hamısı axirət haqqında yazılanlar idi, daha sonra tabut üzərində yazılar və Yeni Krallıq dövründə "Ölülər kitabı" adlandırdığımız kitablar mövcud idi. Bu yazılar bəzən bizim gördüyümüz kimi papirus üzərində, bəzən isə ölünün basdırıldığı kəfənin üzərində yazılırdı. Bu yazılar Qədim Krallıq dövründə sadəcə krallara məxsus idi, ancaq, baxdığımız yazıda olduğu kimi daha sonra kral olmayan amma yenə də yüksək təbəqəli insanlar üçün də istifadə olunmağa başladı. Bu yazılar Hunefer adlanan katibin məzarından tapılmışdır. Katiblərə rahiblər qədər hörmət edilirdi, yəni baxdığımız adam Misir mədəniyyətində böyük titulu olan, oxuyub yaza bilən biridir. Bu yazılarla birlikdə dəfn olunan adamın təsvirlərini görə bilirik və əgər yazıların sol yuxarı hissəsinə baxsaq, əyilmiş ağ geyimli Huneferi görərik, o, burada tanrılar ilə danışır və tanrılar yaşadığı gözəl həyatdan sonra ona axirətdə yer verirlər. Burada qərar səhnəsini görürük, Huneferin yaxşı həyat yaşayıb yaşamadığına və axirətə layiq olduğuna qərar verilir. Digər tərəfdə sol küncdə yenə Huneferi görürük bu dəfə o, yenə ağ kəfənini geyinib, qurd başlı ölüm tanrısı olan mumyalanma və məzarlıqlarla əlaqələndirilən Anubis da onun əlindən tutub, Anubisin digər əlində isə əbədi həyatın işarəsi olan anx var. Əgər sağa doğru davam etsək, Anubisi əyilmiş şəkildə tərəzidə hərşeyin taraz olduğunu ölçərkən görərik. Tərəzinin sol tərəfində ölünün ürəyi var, digər tərəfdə isə lələk dayanır. Lələk Maata aiddir, onu tərəzinin ən yuxarı hissəsində görə bilərik. Maat müqəddəs sayılan tanrıdır və əxlaqlı, düzgün həyat yaşayır. Hunefer əxlaqlı həyat yaşadığı üçün lələk daha ağırlaşır və aşağıda qalır, yəni Hunefer axirətə haqq qazanır. O, yanındakı Anubis tərəfindən acgözlüklə yeyilməyəcək. Timsah başı, aslan bədəni və begemot ayağı olan isə Ammitdir. Əgər Hunefer yaxşı həyat yaşamasaydı onda Ammit onun ürəyini yeyəcəkdi. Misirlilərin inanclarına görə ancaq yaxşı həyat yaşayanlar axirətə gedə bilərdi. Xristianlara görə isə hər kəs axirətə gedirdi və yaşadıqları həyatın pis və ya yaxşı olmasına bağlı olaraq ya cənnətə ya da cəhənnəmə gedirdilər. Misirlilərdə isə sadəcə yaxşı insanlar axirətə gedirdi. Gördüyümüz digər tanrı isə Totdur və başı ibis quşunun başıdır. Totun işi Huneferə nələr olacağını deməkdir, bu halda o, Huneferə axirətə gedə biləcəyini deyir. Totun təsviri çox gözəl verilib, onun bir qolu sola doğru uzanıb. Digər tərəfdə Huneferi Misirin ən böyük tanrılarından biri olan Osirisə tanıdılarkən görürük. Onu Osirisə Osirisin oğlu Hor tanıdır. Horu tanımaq asandır, çünki, başı şahin başıdır. Hor Osirisin oğludur və sol əlində anxı yəni əbədi həyatın simvolunu tutur. O, Huneferi Osirisə tanıdır və Osirisi böyük taxtında görə bilərik. O, taxta çıxıb və lotus çiçəyinin arxasında oturub, bu çiçək əbədi həyatın işarəsidir və çiçəyin üzərində Horun dörd uşağı dörd istiqaməti təmsil edir: Şimal, Cənub, Şərq və Qərb. Horun uşaqlarının işi ölünün kanoplara yerləşdiriləcək olan daxili orqanlarını daşımaq və onları qorumaqdır. Yuxarda yenə Horu görürük, amma bu dəfə göz şəklində təsvir edilib. Yada salaq ki, Hor şahin quşu olaraq təsvir edilirdi, burada göz şəklində çəkilsə də, onun əlləri yox caynaqları var və həmin caynaqlar əbədi həyatın simvolu olan dəvəquşu lələyi daşıyırlar. Horun gözünün təsviri həm də digər qədim Misir mifi olan Hor və Set arasındakı döyüşə işarədir, amma bu başqa videonun mövzusudur. Osirisin arxasında iki qadın fiquru görə bilərik, onlardan biri Osirisin yoldaşı İsida digəri isə bacısı və başlanğıcda Huneferin əlindən tutub aparan Anubisin anası Neftidadır. Həmin fiqurların dayandıqları platformaya diqqət edin. Bu Nil çayından toplanan təbii duzdur və qədim misirlilər bu duzu mumyalanma işində istifadə edirdilər. Bunun məqsədi onları qorumaq idi. Əslində "qoruma" sözü misirlilər üçün xüsusidir, çünki, onlardan qalan bütün sənət əsərləri qoruna bilib. Misirdə Amarna Dövründə və başqa dövrlərdə fərqli təsvirlər görə bilərik. Bu fiqurlar bizə çox tanış gəlir, çünki, bu qədim misirlilərin tipik insan təsvirləridir. Bu təsvirlər Yeni Krallıq dövrünə aid olsa da Qədim Krallıqdakı insanlar da bu əsəri tanıyardılar. Misir sənətində, sözlərin, heroqliflərin, yazıların və şəkillərin qarışımını görürük. Günümüz dünyasında yazı dili ilə vizual sənət arasında fərq qoyuruq, amma qədim Misirdə onlar hamısı qarışırdı.