Londondakı Britaniya muzeyindəyik
və bu otaq qədim Misir
mumyaları ilə doludur.
Hər il bura çoxlu turist gəlir.
Perqamentin üzərindəki bir
fraqmentə baxırıq.
Bu papirusdandır.
Papirus Nil çayının deltasında bitən,
kağız hazırlanmasında istifadə olunan qamış idi
və Orta əsrlərə qədər yazı yazmaq üçün istifadə
olunan ən vacib səth sayılırdı.
"Ölülər kitabı" adlandırdığımız kitabdan
bir hissəyə baxırıq,
qədim misirlilərdə bu kitabın adı
fərqli idi,
bu kitabın içində ölünün axirətdə
ehtiyac duyacağı dualar
və ayinlar yazılmışdı.
Onlarda piramida şəklində yazı Qədim Krallıq
dövrünə qədər uzanan adətdir.
Bunlar hamısı axirət haqqında yazılanlar idi,
daha sonra tabut üzərində yazılar və
Yeni Krallıq dövründə "Ölülər kitabı" adlandırdığımız
kitablar mövcud idi.
Bu yazılar bəzən bizim gördüyümüz kimi
papirus üzərində, bəzən isə
ölünün basdırıldığı kəfənin
üzərində yazılırdı.
Bu yazılar Qədim Krallıq dövründə sadəcə
krallara məxsus idi, ancaq,
baxdığımız yazıda olduğu kimi daha sonra
kral olmayan amma yenə də
yüksək təbəqəli insanlar üçün də
istifadə olunmağa başladı.
Bu yazılar Hunefer adlanan katibin
məzarından tapılmışdır.
Katiblərə rahiblər qədər hörmət edilirdi,
yəni baxdığımız adam Misir mədəniyyətində
böyük titulu olan, oxuyub yaza bilən biridir.
Bu yazılarla birlikdə dəfn olunan adamın
təsvirlərini görə bilirik və
əgər yazıların sol yuxarı hissəsinə baxsaq,
əyilmiş ağ geyimli Huneferi görərik, o,
burada tanrılar ilə danışır və
tanrılar yaşadığı gözəl həyatdan sonra
ona axirətdə yer verirlər.
Burada qərar səhnəsini görürük,
Huneferin yaxşı həyat yaşayıb yaşamadığına
və
axirətə layiq olduğuna qərar verilir.
Digər tərəfdə sol küncdə yenə Huneferi görürük
bu dəfə o, yenə ağ kəfənini geyinib, qurd başlı
ölüm tanrısı olan mumyalanma və
məzarlıqlarla əlaqələndirilən
Anubis da onun əlindən tutub, Anubisin
digər əlində isə
əbədi həyatın işarəsi
olan anx var.
Əgər sağa doğru davam etsək, Anubisi
əyilmiş şəkildə tərəzidə hərşeyin taraz
olduğunu ölçərkən görərik.
Tərəzinin sol tərəfində ölünün ürəyi var,
digər tərəfdə isə lələk dayanır.
Lələk Maata aiddir, onu tərəzinin
ən yuxarı hissəsində görə bilərik.
Maat müqəddəs sayılan tanrıdır və
əxlaqlı, düzgün həyat yaşayır.
Hunefer əxlaqlı həyat yaşadığı üçün lələk
daha ağırlaşır və aşağıda qalır, yəni
Hunefer axirətə haqq qazanır.
O, yanındakı Anubis tərəfindən
acgözlüklə yeyilməyəcək.
Timsah başı, aslan bədəni və begemot ayağı
olan isə Ammitdir.
Əgər Hunefer yaxşı həyat yaşamasaydı onda
Ammit onun ürəyini yeyəcəkdi.
Misirlilərin inanclarına görə ancaq yaxşı
həyat yaşayanlar
axirətə gedə bilərdi. Xristianlara
görə isə hər kəs axirətə gedirdi
və yaşadıqları həyatın pis və ya yaxşı olmasına
bağlı olaraq ya cənnətə ya da cəhənnəmə gedirdilər.
Misirlilərdə isə sadəcə yaxşı insanlar
axirətə gedirdi.
Gördüyümüz digər tanrı isə Totdur və
başı ibis quşunun başıdır.
Totun işi Huneferə nələr olacağını deməkdir,
bu halda o, Huneferə axirətə gedə
biləcəyini deyir.
Totun təsviri çox gözəl verilib, onun bir
qolu sola doğru uzanıb.
Digər tərəfdə Huneferi Misirin ən böyük tanrılarından
biri olan Osirisə tanıdılarkən görürük.
Onu Osirisə Osirisin oğlu Hor tanıdır.
Horu tanımaq asandır, çünki,
başı şahin başıdır.
Hor Osirisin oğludur və sol əlində anxı yəni
əbədi həyatın simvolunu tutur.
O, Huneferi Osirisə tanıdır və Osirisi
böyük taxtında görə bilərik.
O, taxta çıxıb və lotus çiçəyinin
arxasında oturub, bu çiçək əbədi
həyatın işarəsidir və çiçəyin üzərində
Horun dörd uşağı dörd istiqaməti təmsil edir:
Şimal, Cənub, Şərq və Qərb.
Horun uşaqlarının işi ölünün kanoplara yerləşdiriləcək
olan daxili orqanlarını daşımaq və
onları qorumaqdır.
Yuxarda yenə Horu görürük, amma bu dəfə
göz şəklində təsvir edilib.
Yada salaq ki, Hor şahin quşu olaraq
təsvir edilirdi,
burada göz şəklində çəkilsə də, onun əlləri
yox caynaqları var və həmin caynaqlar
əbədi həyatın simvolu olan dəvəquşu
lələyi daşıyırlar.
Horun gözünün təsviri həm də digər qədim
Misir mifi olan Hor və Set
arasındakı döyüşə işarədir, amma bu
başqa videonun mövzusudur.
Osirisin arxasında iki qadın fiquru
görə bilərik,
onlardan biri Osirisin yoldaşı İsida digəri
isə bacısı və
başlanğıcda Huneferin əlindən
tutub aparan Anubisin anası Neftidadır.
Həmin fiqurların dayandıqları platformaya
diqqət edin.
Bu Nil çayından toplanan təbii duzdur və
qədim misirlilər bu duzu mumyalanma
işində istifadə edirdilər.
Bunun məqsədi onları qorumaq idi.
Əslində "qoruma" sözü misirlilər üçün
xüsusidir, çünki, onlardan qalan bütün
sənət əsərləri qoruna bilib.
Misirdə Amarna Dövründə və başqa dövrlərdə
fərqli təsvirlər görə bilərik.
Bu fiqurlar bizə çox tanış gəlir,
çünki, bu qədim misirlilərin tipik
insan təsvirləridir.
Bu təsvirlər Yeni Krallıq dövrünə aid
olsa da
Qədim Krallıqdakı insanlar da bu
əsəri tanıyardılar.
Misir sənətində, sözlərin, heroqliflərin,
yazıların və şəkillərin qarışımını görürük.
Günümüz dünyasında yazı dili ilə
vizual sənət arasında fərq qoyuruq,
amma qədim Misirdə
onlar hamısı qarışırdı.