Londondakı Britaniya muzeyindəyik və bu otaq qədim Misir mumyaları ilə doludur. Hər il bura çoxlu turist gəlir. Perqamentin üzərindəki bir fraqmentə baxırıq. Bu papirusdandır. Papirus Nil çayının deltasında bitən, kağız hazırlanmasında istifadə olunan qamış idi və Orta əsrlərə qədər yazı yazmaq üçün istifadə olunan ən vacib səth sayılırdı. "Ölülər kitabı" adlandırdığımız kitabdan bir hissəyə baxırıq, qədim misirlilərdə bu kitabın adı fərqli idi, bu kitabın içində ölünün axirətdə ehtiyac duyacağı dualar və ayinlar yazılmışdı. Onlarda piramida şəklində yazı Qədim Krallıq dövrünə qədər uzanan adətdir. Bunlar hamısı axirət haqqında yazılanlar idi, daha sonra tabut üzərində yazılar və Yeni Krallıq dövründə "Ölülər kitabı" adlandırdığımız kitablar mövcud idi. Bu yazılar bəzən bizim gördüyümüz kimi papirus üzərində, bəzən isə ölünün basdırıldığı kəfənin üzərində yazılırdı. Bu yazılar Qədim Krallıq dövründə sadəcə krallara məxsus idi, ancaq, baxdığımız yazıda olduğu kimi daha sonra kral olmayan amma yenə də yüksək təbəqəli insanlar üçün də istifadə olunmağa başladı. Bu yazılar Hunefer adlanan katibin məzarından tapılmışdır. Katiblərə rahiblər qədər hörmət ediirdi, yəni baxdığımız adam Misir mədəniyyətində böyük titulu olan, oxuyub yaza bilən biridir. Bu yazılarla birlikdə dəfn olunan adamın təsvirlərini görə bilirik və əgər yazıların sol yuxarı hissəsinə baxsaq, əyilmiş ağ geyimli Huneferi görərik, o, burada tanrılar ilə danışır və tanrılar yaşadığı gözəl həyatdan sonra ona axirətdə yer verirlər. Burada qərar səhnəsini görürük, Huneferin yaxşı həyat yaşayıb yaşamadığına və axirətə layiq olduğuna qərar verilir, digər tərəfdə sol küncdə yenə Huneferi görürük bu dəfə o, yenə ağ kəfənini geyinib onun əlindən isə, qurd başlı ölüm tanrısı olan ölüm, mumyalanma və məzarlıqlarla əlaqələndirilən Anubis tutub, Anubisin digər əlində isə əbədi həyatın işarəsi olan anx var. Əgər sağa doğru davam etsək, Anubisi əyilmiş şəkildə tərəzidə hərşeyin taraz olduğunu ölçərkən görərik. Tərəzinin sol tərəfində ölünün ürəyi var, digər tərəfdə isə lələk dayanır. Lələk Maata aiddir, onu tərəzinin ən yuxarı hissəsində görə bilərik.