Londondakı Britaniya muzeyindəyik
və bu otaq qədim Misir
mumyaları ilə doludur.
Hər il bura çoxlu turist gəlir.
Perqamentin üzərindəki bir
fraqmentə baxırıq.
Bu papirusdandır.
Papirus Nil çayının deltasında bitən,
kağız hazırlanmasında istifadə olunan qamış idi
və Orta əsrlərə qədər yazı yazmaq üçün istifadə
olunan ən vacib səth sayılırdı.
"Ölülər kitabı" adlandırdığımız kitabdan
bir hissəyə baxırıq,
qədim misirlilərdə bu kitabın adı
fərqli idi,
bu kitabın içində ölünün axirətdə
ehtiyac duyacağı dualar
və ayinlar yazılmışdı.
Onlarda piramida şəklində yazı Qədim Krallıq
dövrünə qədər uzanan adətdir.
Bunlar hamısı axirət haqqında yazılanlar idi,
daha sonra tabut üzərində yazılar və
Yeni Krallıq dövründə "Ölülər kitabı" adlandırdığımız
kitablar mövcud idi.
Bu yazılar bəzən bizim gördüyümüz kimi
papirus üzərində, bəzən isə
ölünün basdırıldığı kəfənin
üzərində yazılırdı.
Bu yazılar Qədim Krallıq dövründə sadəcə
krallara məxsus idi, ancaq,
baxdığımız yazıda olduğu kimi daha sonra
kral olmayan amma yenə də
yüksək təbəqəli insanlar üçün də
istifadə olunmağa başladı.
Bu yazılar Hunefer adlanan katibin
məzarından tapılmışdır.
Katiblərə rahiblər qədər hörmət ediirdi,
yəni baxdığımız adam Misir mədəniyyətində
böyük titulu olan, oxuyub yaza bilən biridir.
Bu yazılarla birlikdə dəfn olunan adamın
təsvirlərini görə bilirik və
əgər yazıların sol yuxarı hissəsinə baxsaq,
əyilmiş ağ geyimli Huneferi görərik, o,
burada tanrılar ilə danışır və
tanrılar yaşadığı gözəl həyatdan sonra
ona axirətdə yer verirlər.
Burada qərar səhnəsini görürük,
Huneferin yaxşı həyat yaşayıb yaşamadığına
və
axirətə layiq olduğuna qərar verilir,
digər tərəfdə sol küncdə yenə Huneferi görürük
bu dəfə o, yenə ağ kəfənini geyinib
onun əlindən isə, qurd başlı
ölüm tanrısı olan ölüm, mumyalanma və
məzarlıqlarla əlaqələndirilən
Anubis tutub, Anubisin
digər əlində isə
əbədi həyatın işarəsi
olan anx var.
Əgər sağa doğru davam etsək, Anubisi
əyilmiş şəkildə tərəzidə hərşeyin taraz
olduğunu ölçərkən görərik.
Tərəzinin sol tərəfində ölünün ürəyi var,
digər tərəfdə isə lələk dayanır.
Lələk Maata aiddir, onu tərəzinin
ən yuxarı hissəsində görə bilərik.