Burada sağa doğru müəyyən sürətlə hərəkət edən bir dalğa mənbəyi var. Deyək ki, mənbənin sürəti v indeksdə m-dir. Əvvəlki videoda etdiyimiz əməliyyatı, amma daha mücərrəd formada edəcəyik ki, müşahidə olunan tezlik üçün daha ümumi düstur çıxara bilək. Bu sağa nə qədər sürətlə hərəkət etdiyini göstərir və dalğa yayır. Deyək ki, onun yaydığı dalğanın sürəti radial olaraq kənara doğru v indeksdə d-dir. Biz onun qiymətini və istiqamətini tapmalıyıq. (Təbi ki radial olaraq). Bu, dalğanın sürətidir hansı ki periodu və tezliyi var. Bu tezlik və period isə mənbəyin özündən asılıdır. Hər şeyi edəcəyik. Hamısı ənənəvi yoldur. Nisbi sürət haqqında danışmayacağıq. Ona görə də cismlər işıq sürətinə yaxınlaşanda olacaq şeylərə fikir vermirik. Deyək ki, bir periodu var, gəlin onu yazım. Mənbənin özünə nəzərən dalğaya qədər olan period mənbə periodudur. Mənbə periodunu t indeksdə m adlandıraq. Mənbə tezliyi isə bunun tərsi olacaq, bunu əzbər bilirik. Mənbə tezliyinə isə nü indeksdə m deyək. Bu ikisi bir birinin tərsidir. Dalğanın periodunun tərsi tezlikdir, və ya əksinə. Gəlin nə baş verəcəyini təsəvvür edək. Deyək ki, zaman sıfır olanda o, birinci dalğanı və ya birinci siqnalı buraxır. O indicə buraxıldığı üçün görə bilmirsiniz. İndi t saniyə sonrasına baxaq. Deyək ki, bu saniyə ilədir və hər t saniyədə yeni bir siqnal buraxılır. Bəs, t indeksdə m saniyədən sonra bu birinci siqnal harada olur? Birinci siqnalın sürətini zamana vurursunuz. Sürət vurulsun zaman sizə məsafəni verəcək. İnanmırsınızsa sizə nümunə göstərim. Deyək ki, sürət 5 m/san və period da 2 saniyədir. Bu sizə 10 metr verəcək. Saniyələr ixtisar olunur. t saniyədən sonra dalğanın nə qədər uzağa getdiyini tapmaq üçün sadəcə t indeks s-i dalğanın sürətinə vurursunuz. Deyək ki, o buradan qeyd olunur. Radial olaraq yayılmış kimidir. Ona görə bir çevrə çəkəcəyəm. Bu hələ ən yaxşı çəkə bildiyim çevrədi. Bu məsafə, buradakı radius sürətlə zamanın hasilinə bərabərdir. Bu birinci siqnalın sürəti, v d, əslində sadəcə, sürətdir. v d dedik ki çölə yayılır. O vektorial kəmiyyət deyil. O təsəvvür etdiyiniz kimi bir ədəddir. v indeks d vurulsun period, vur t m. Bilirəm bu mücərrəddir, amma bunu hər saniyədə qət olunan məsafə kimi təsəvvür edin. Əgər bu 10 m/san ilə hərəkət edirsə və period 2 saniyədirsə, bu nə qədər uzaqda olacağını bildirir. O 2 saniyədən sonra 10 metr getmiş olacaq. Videonun əvvəlində dedik ki, bu şey hərəkətdədir. Baxmayaraq ki, bu nöqtədən buraxıldığı istiqamətdə çölə doğru gedir, bu şey eləcə dayanmır. Bunu gələn videoda görəcəyik. Bu şey də hərəkət edir. Nə qədər? Eyni yolla tapırıq. Sürətini eyni zaman miqdarına vururuq. t m saniyədən və ya t s periodundan sonra bunun nəyə oxşadığıı ilə maraqlanırdıq Bu şey sağa doğru hərəkət edir. Deyək ki, o buradadır və buraya hərəkət edib. Bu videoda mənbənin sürətinin dalğanın sürətindən az olduğunu fərz edirik. Onlar bir-birinə bərabər olanda və əks tərəfə gedəndə maraqlı şeylər olur. Amma bunun az olduğunu fərz edirik. Mənbə dalğadan yavaş sürətlə hərəkət edir. Bəs bu məsafə nədir? Yadınıza salın ki, Gəlin, onu narıncı edim. Bu narıncı t m saniyədən sonra baş verəndir. Buradakı məsafə Bunu da başqa rənglə edəcəyəm. mənbənin sürəti olacaq. Bu, v m vurulsun getdiyi zaman olacaq. Videonun başında dedim ki, zaman dalğanın periodudur. Bu sualdakı zamandır. Dalğanın periodu, T m. Dalğanın bir periodundan sonra, əgər bu 5 saniyədirsə, deyəcəyik ki, 5 saniyədən sonra mənbə v m vur t m qədər uzağa getmiş olacaq. İlk buraxılan dalğaı isə v d vur t m qədər hərəkət edəcək. Haqqında danışdığımız zaman buraxılan dalğanın periodudur. Tam bu qədər zamandan sonra bu şey növbəti siqnalı yayacaq. O tam bir dövrə vurdu,elə bu o deməkdir ki. Yəni o, indi yenə nəsə yayacaq. O, bu nöqtədə buraxılmış olur. Bəs t m saniyə, saat və ya mikrosaniyə, hər nəsə, əvvəl buraxdığı siqnal ilə arasındakı məsafə nədir? Bu siqnal və indi buraxılanla aradakı məsafə nədir? Birinin burada olub, digərinin mənbədən təzəlikcə buraxıldığına baxmayaraq onlar eyni sürətlə hərəkət edirlər. Yəni onlar arasındakı məsafə elə bu siqnalla mənbə arasında olan məsafədir. Belə də baxa bilərsiniz. Bəs buradakı məsafə nədir? Bütün bu radius məsafəsi, dediyimiz kimi v d, dalğa sürəti, vurulsun dalğanın mənbəyə nəzərən olan periodudur. Sonra isə mənbənin nə qədər hərəkət etdiyini ondan çıxırıq. Bu halda, əgər bu baxış bucağından baxsaq mənbə, bu dalğanın istiqamətində hərəkət edib. Yəni bu, sadəcə, mənfi v m olacaq, mənbənin sürəti vurulsun mənbədən olan dalğanın periodu. Sizə bir sual verim. Əgər buradasınızsa və müşahidəçisinizsə, buradakı adamsınız, burada oturursunuz və müəyyən bir anda birinci siqnal sizi ötüb keçir. Növbəti siqnalı nə qədər vaxt gözləməlisiniz? İndi buraxılan siqnal nə qədər vaxta yanınızdan keçəcək? O, bu məsafəni qət edəcək. Deməli məhz bu məsafəni qət etməlidir. Gəlin, onu yazım. Soruşduğum sual odur ki, mənbənin hərəkətinin istiqamətində olan müşahidəçiyə görə period nə qədərdir? Müşahidəçiyə görə period növbəti qabarıqlığın getdiyi məsafə, hansı ki, buraya qədərdir. Qoyun kopyalayım və köçürüm. O belə olacaq. Bunu silim. Bu bərabərdir işarəsinə oxşamamalıdır ona görə də onu silim. Və ya mənfi işarə. Bu, bu anda buraxılan növbəti siqnalın getdiyi məsafə bölünsün siqnalın sürəti və ya bildiyimiz dalğanın sürəti olacaq. Bu v d-dir. Bu bizə müşahidə periodunu verir. İndi. Əgər biz tezliyi istəyiriksə bunu azca dəyişə bilərik. Gəlin edək. Belə də yaza bilərik. Mənbənin periodunu mötərizə xaricinə çıxarda bilərik. t m-i mötərizə xaricinə çıxardırıq. Bu, t m vurulsun dalğanın sürəti çıxılsın mənbənin sürəti bölünsün dalğanın sürəti olur. Bu hərəkət edən cismin yolunda oturan müşahidəçiyə görə period düsturunu dalğa mənbəsinin əsl periodu, dalğa sürəti və mənbənin sürəti ilə ifadə edərək tapdıq. Əgər tezliyi tapmaq istəsək, sadəcə, əksini yazırıq. Gəlin bunu edək. Müşahidəçinin tezliyi, bu növbəti dövrü görməyi üçün nə qədər saniyə keçdiyini göstərir. Saniyədəki dövrlərin sayı üçün bunun tərsini yazın. Müşahidə tezliyi, sadəcə, bunun tərsi olacaq. Əgər biz bu bütün ifadənin tərsini yazsaq, 1 bölünsün t m vurulsun v d, dalğanın sürəti çıxılsın mənbənin sürəti alırıq. Mənbəyə nəzərən 1 bölünsün period eyni şeydir. Buradakı şey isə mənbənin tezliyi ilə eyni şeydir. Bunu alırıq. İki ifadəmiz var. Əgər mənbənin sürəti sizin istiqamətinizdədirsə, bu cür düsturları alırıq. Yenidən yazıram ki, müşahidəçiyə görə period olacaq mənbənin baxış bucağından olan period vurulsun dalğa sürəti çıxılsın mənbə sürəti, bu, mənbənin sürətidir bölünsün dalğa sürətinin özü olur. Bu müşahidəçiyə görə tezlik isə, sadəcə, bunun əksidir. Periodun tərsi isə mənbəyə görə olan tezlik vurulsun dalğa sürəti bölünsün dalğa sürəti çıx mənbə sürətinə bərabərdir. Gələn videoda eyni məsələləri müşahidəçi burada oturanda necə həll olunacağını göstərəcəyəm