Burada sağa doğru müəyyən sürətlə
hərəkət edən
bir dalğa mənbəyi var.
Deyək ki, mənbənin sürəti
v indeksdə m-dir. Əvvəlki videoda etdiyimiz
əməliyyatı, amma daha mücərrəd formada
edəcəyik ki, müşahidə olunan tezlik üçün
daha ümumi düstur çıxara bilək.
Bu sağa nə qədər sürətlə hərəkət
etdiyini göstərir və
dalğa yayır. Deyək ki,
onun yaydığı dalğanın
sürəti radial olaraq kənara doğru
v indeksdə d-dir.
Biz onun qiymətini və istiqamətini
tapmalıyıq.
(Təbi ki radial olaraq).
Bu, dalğanın sürətidir hansı ki
periodu və tezliyi var.
Bu tezlik və period isə mənbəyin
özündən
asılıdır.
Hər şeyi edəcəyik.
Hamısı ənənəvi yoldur.
Nisbi sürət haqqında danışmayacağıq.
Ona görə də cismlər işıq sürətinə
yaxınlaşanda olacaq şeylərə
fikir vermirik.
Deyək ki, bir periodu var, gəlin
onu yazım.
Mənbənin özünə nəzərən dalğaya qədər olan
period mənbə periodudur.
Mənbə periodunu t indeksdə m adlandıraq.
Mənbə tezliyi isə bunun tərsi olacaq,
bunu əzbər bilirik.
Mənbə tezliyinə isə nü indeksdə m deyək.
Bu ikisi bir birinin tərsidir.
Dalğanın periodunun tərsi tezlikdir,
və ya əksinə.
Gəlin nə baş verəcəyini təsəvvür edək.
Deyək ki, zaman sıfır olanda o, birinci
dalğanı və ya
birinci siqnalı buraxır.
O indicə buraxıldığı üçün görə bilmirsiniz.
İndi t saniyə sonrasına baxaq.
Deyək ki, bu saniyə ilədir və
hər t saniyədə
yeni bir siqnal buraxılır.
Bəs, t indeksdə m saniyədən sonra
bu birinci siqnal harada olur?
Birinci siqnalın sürətini
zamana vurursunuz.
Sürət vurulsun zaman sizə məsafəni
verəcək.
İnanmırsınızsa sizə
nümunə göstərim.
Deyək ki, sürət 5 m/san və
period da 2 saniyədir. Bu sizə 10
metr verəcək.
Saniyələr ixtisar olunur.
t saniyədən sonra dalğanın nə qədər
uzağa getdiyini tapmaq üçün
sadəcə t indeks s-i dalğanın
sürətinə vurursunuz.
Deyək ki, o buradan qeyd olunur.
Radial olaraq yayılmış kimidir.
Ona görə bir çevrə çəkəcəyəm.
Bu hələ ən yaxşı çəkə bildiyim çevrədi.
Bu məsafə, buradakı radius
sürətlə zamanın hasilinə bərabərdir.
Bu birinci siqnalın sürəti, v d, əslində
sadəcə, sürətdir.
v d dedik ki çölə yayılır.
O vektorial kəmiyyət deyil.
O təsəvvür etdiyiniz kimi bir ədəddir.
v indeks d vurulsun period, vur t m.
Bilirəm bu mücərrəddir, amma bunu
hər saniyədə qət olunan məsafə kimi
təsəvvür edin.
Əgər bu 10 m/san ilə hərəkət edirsə və
period 2 saniyədirsə, bu nə qədər uzaqda
olacağını bildirir.
O 2 saniyədən sonra 10 metr getmiş olacaq.
Videonun əvvəlində dedik ki, bu
şey hərəkətdədir.
Baxmayaraq ki, bu nöqtədən buraxıldığı
istiqamətdə çölə doğru gedir, bu şey
eləcə dayanmır.
Bunu gələn videoda görəcəyik.
Bu şey də hərəkət edir.
Nə qədər?
Eyni yolla tapırıq.
Sürətini eyni zaman miqdarına vururuq.
t m saniyədən və ya t s periodundan sonra
bunun nəyə oxşadığıı ilə maraqlanırdıq
Bu şey sağa doğru hərəkət edir.
Deyək ki, o buradadır
və buraya hərəkət edib.
Bu videoda mənbənin sürətinin dalğanın
sürətindən az olduğunu fərz edirik.
Onlar bir-birinə bərabər olanda və
əks tərəfə gedəndə maraqlı şeylər olur.
Amma bunun az olduğunu fərz edirik.
Mənbə dalğadan yavaş sürətlə
hərəkət edir.
Bəs bu məsafə nədir?
Yadınıza salın ki,
Gəlin, onu narıncı edim.
Bu narıncı t m saniyədən
sonra baş verəndir.
Buradakı məsafə
Bunu da başqa rənglə edəcəyəm.
mənbənin sürəti olacaq.
Bu, v m vurulsun getdiyi
zaman olacaq.
Videonun başında dedim ki, zaman
dalğanın periodudur. Bu sualdakı zamandır.
Dalğanın periodu, T m.
Dalğanın bir periodundan sonra,
əgər bu 5 saniyədirsə,
deyəcəyik ki, 5 saniyədən sonra
mənbə
v m vur t m qədər uzağa getmiş olacaq.
İlk buraxılan dalğaı isə v d vur t m
qədər hərəkət edəcək.
Haqqında danışdığımız zaman
buraxılan dalğanın periodudur.
Tam bu qədər zamandan sonra bu şey
növbəti siqnalı yayacaq.
O tam bir dövrə
vurdu,elə bu o deməkdir ki.
Yəni o, indi yenə nəsə yayacaq.
O, bu nöqtədə buraxılmış olur.
Bəs t m saniyə, saat və ya mikrosaniyə,
hər nəsə,
əvvəl buraxdığı siqnal ilə arasındakı
məsafə nədir?
Bu siqnal və indi buraxılanla aradakı
məsafə nədir?
Birinin burada olub, digərinin mənbədən
təzəlikcə buraxıldığına baxmayaraq
onlar eyni
sürətlə hərəkət edirlər.
Yəni onlar arasındakı məsafə elə bu
siqnalla mənbə arasında olan məsafədir.
Belə də baxa bilərsiniz.
Bəs buradakı
məsafə nədir?
Bütün bu radius məsafəsi,
dediyimiz kimi v d, dalğa sürəti, vurulsun
dalğanın mənbəyə nəzərən olan periodudur.
Sonra isə mənbənin nə qədər hərəkət
etdiyini ondan çıxırıq.
Bu halda, əgər bu baxış bucağından baxsaq
mənbə, bu dalğanın istiqamətində
hərəkət edib.
Yəni bu, sadəcə, mənfi v m olacaq, mənbənin
sürəti vurulsun mənbədən olan dalğanın
periodu.
Sizə bir sual verim.
Əgər buradasınızsa və müşahidəçisinizsə,
buradakı adamsınız, burada oturursunuz və
müəyyən bir anda
birinci siqnal sizi ötüb keçir. Növbəti
siqnalı nə qədər vaxt gözləməlisiniz?
İndi buraxılan siqnal nə qədər vaxta
yanınızdan keçəcək?
O, bu məsafəni qət edəcək.
Deməli məhz bu məsafəni qət etməlidir.
Gəlin, onu yazım.
Soruşduğum sual odur ki, mənbənin
hərəkətinin
istiqamətində olan müşahidəçiyə görə
period nə qədərdir?
Müşahidəçiyə görə period
növbəti qabarıqlığın getdiyi məsafə,
hansı ki, buraya qədərdir.
Qoyun kopyalayım və köçürüm.
O belə olacaq.
Bunu silim.
Bu bərabərdir işarəsinə oxşamamalıdır
ona görə də onu silim.
Və ya mənfi işarə.
Bu, bu anda buraxılan növbəti siqnalın
getdiyi məsafə bölünsün
siqnalın sürəti
və ya bildiyimiz dalğanın
sürəti olacaq.
Bu v d-dir.
Bu bizə müşahidə periodunu verir.
İndi.
Əgər biz tezliyi istəyiriksə bunu
azca
dəyişə bilərik.
Gəlin edək.
Belə də yaza bilərik.
Mənbənin periodunu mötərizə xaricinə çıxarda bilərik.
t m-i mötərizə xaricinə çıxardırıq.
Bu, t m vurulsun dalğanın sürəti çıxılsın
mənbənin sürəti bölünsün dalğanın
sürəti olur. Bu hərəkət edən cismin
yolunda oturan müşahidəçiyə görə
period düsturunu dalğa mənbəsinin əsl
periodu, dalğa sürəti və mənbənin sürəti
ilə ifadə edərək tapdıq.
Əgər tezliyi tapmaq istəsək, sadəcə,
əksini yazırıq.
Gəlin bunu edək.
Müşahidəçinin tezliyi, bu növbəti dövrü
görməyi üçün nə qədər saniyə keçdiyini
göstərir.
Saniyədəki dövrlərin sayı üçün
bunun tərsini yazın.
Müşahidə tezliyi, sadəcə, bunun
tərsi olacaq.
Əgər biz bu bütün ifadənin tərsini yazsaq,
1 bölünsün t m vurulsun v d, dalğanın
sürəti çıxılsın mənbənin sürəti alırıq.
Mənbəyə nəzərən 1 bölünsün
period eyni şeydir.
Buradakı şey isə mənbənin
tezliyi ilə eyni şeydir.
Bunu alırıq.
İki ifadəmiz var.
Əgər mənbənin sürəti
sizin istiqamətinizdədirsə,
bu cür düsturları alırıq.
Yenidən yazıram ki, müşahidəçiyə görə
period olacaq mənbənin baxış bucağından olan
period vurulsun dalğa sürəti
çıxılsın mənbə sürəti, bu, mənbənin sürətidir
bölünsün dalğa sürətinin özü
olur.
Bu müşahidəçiyə görə tezlik isə,
sadəcə, bunun əksidir.
Periodun tərsi isə mənbəyə görə olan tezlik
vurulsun dalğa sürəti bölünsün
dalğa sürəti çıx mənbə sürətinə
bərabərdir.
Gələn videoda eyni məsələləri müşahidəçi
burada oturanda necə həll olunacağını
göstərəcəyəm