Bizdən soruşulur ki,
bu nöqtələrdən təşkil olunmuş düz xəttin
bucaq əmsalı neçədir?
Videonu dayandırın və birlikdə həll
etməzdən
qabaq özünüz tapmağa cəhd edin.
Yaxşı, indi isə gəlin birlikdə baxaq.
Gəlin bucaq əmsalının nə olduğunu xatırlayaq.
Bucaq əmsalı y-dəki dəyişmədir.
Bu yunan hərfi deltadır,
üçbucağa bənzəyir.
Bu, y-dəki dəyişmə böl x-dəki dəyişməni
qısa yazmaq üçün işarədir.
Bəzən bunun y2 çıx y1 böl x2 çıx x1
olaraq yazıldığını görə bilərsiniz.
Burada x1 və y1 başlanğıc nöqtə,
x2 və y2 isə son nöqtə kimi götürülür.
Elə isə gəlin iki xy cütü götürək.
Biz bu düz xətt üzərində olan
istənilən iki cüt nöqtəni
götürə bilərik.
Elə isə gəlin deyək ki, bu bizim
başlanğıc nöqtəmizdir, bu isə son nöqtəmizdir.
Onda burada x-dəki dəyişmə neçə olur?
Belə ki, biz ikidən üçə gedirik,
deməli x-dəki dəyişmə bərabərdir
üç çıx iki,
yəni birə.
İkidən üçə getdikdə sadəcə bir
əlavə edirik.
Onda y-dəki dəyişməmiz neçə olur?
y-dəki dəyişmə, y-in son nöqtəsi, yəni bir çıx
y-in başlanğıc nöqtəsi, dörd, bu da mənfi üç edir.
Bunu riyazi yolla həll etməyə də bilərsiniz,
sadəcə olaraq ikidən üçə bir vahid
əlavə olunduğunu görə bilərsiniz.
Dörddən birə gedərkən də üç çıxılır.
Burada lazımlı informasiyalar verilib.
Onda y-dəki dəyişmə böl x-dəki dəyişmə neçədir?
Belə ki, burada
y-dəki dəyişmə mənfi üç,
x-dəki dəyişmə isə birdir.
Beləliklə, bucaq əmsalımız mənfi üç böl
bir,
yəni mənfi üçdür.
Gəlin başqa nümunəyə də baxaq.
Burada soruşulur ki, bu nöqtələrdən təşkil
olunmuş düz xəttin bucaq əmsalı neçədir?
Elə isə videonu dayandırın və özünüz
tapmağa cəhd edin.
Yaxşı, xatırlayın ki, bucaq əmsalı bərabərdir
y-dəki dəyişmə böl x-dəki dəyişmə
və bucaq əmsalını tapmaq üçün
bu cütlərdən istənilən
ikisini seçə bilərik.
Yaxşı, fərqlilik olsun deyə gəlin bu
ortadakı iki cütü seçək.
Belə ki, x-dəki dəyişmə neçədir?
Birdən beşə gedərkən dörd vahid əlavə edirik.
Bəs, y-dəki dəyişmə neçədir?
Yeddidən 13-ə gedərkən altı vahid əlavə edirik.
Beləliklə, x-dəki dəyişmə dörd olduqda
y-dəki dəyişmə altı olur
və hər iki tərəfdə işarələr müsbət olur.
x artdıqda y də artır.
Beləliklə, bucaq əmsalımız dörddə altıdır
və istəsək, bunu sadələşdirə bilərik.
Altı və dörd hər ikisi ikiyə bölünür.
Elə isə gəlin surət və məxrəci ikiyə bölək.
Nəticədə ikidə üç alırıq. Beləliklə, bitirdik.