Aysel müxtəlif məktəblərin
2000-2011-ci illər üzrə qalibiyyət faizləri
və baş məşqçilərin milyon dollarla qeyd edilən
illik ortalama maaşları haqqında məlumatları topladı.
Daha sonra isə gördüyünüz nöqtəli qrafiki və
meyil xəttini yaratdı.
Belə ki, bu milyon dollarla verilmiş maaş
və qalibiyyət faizləridir.
Burada 4 milyon dollardan yuxarı maaş almış baş məşqçi var
və görünür ki, onlar oyunlarının 80 faizini qazanıblar.
Amma burada maaşı
milyon yarımdan biraz daha çox
olan məşqçi var
və onlar 85 faizdən daha çoxunu qazanır.
Bu məlumat nöqtərinin hərəsi
bir məşqçidir
və onların maaşını əks etdirir
və yaxud da onların qalibiyyət faizlərinin maaşları ilə qarşılaşdırılmasıdır.
Fərz edək ki, xətt məlumatlardakı trendi
düzgünlüklə göstərir və
burada modeldən xeyli uzaqda
bəzi kənara çıxanlar var.
və görünür ki,
burada bir ədəd
artan xətti korrelyasiya var,
lakin sıxlığı çox deyil.
Eyni zamanda, burada aşağı maaş hissədə
bir neçə məşqçi var ki,
onların da qalibiyyəti təxminən 20 neçə
faizdən 60 faizə qədər gedir.
Xəttin məlumatlardakı meyilliliyi düzgün
göstərdiyini fərz etsək,
y qiymətinin 39 olması nə anlama gəlir?
Əgər ki, modelə inanırsınızsa,
onda y qiymətinin 39 olması
o demək olardı ki,
kimsə pul qazanmır
sıfır dolları var və
qalib gələcəklərini deyir.
Yəni model onların oyunların 39 faizini qazanmasını gözləyərdi.
Bu isə biraz qeyri-real görünür.
Çünki siz bir çox məşqçiyə nəsə ödəniş ediləcəyini gözləyərdiniz.
Amma nəysə. İndi isə bu seçimlərdən
hansının həqiqətən də bunu təsvir etdiyinə baxaq.
Gəlin seçimlərə baxaq.
Ortalama maaş 39 milyon dollardır. Xeyr.
Qrafikdəki heç kəs 39 milyon qazanmayıb.
Ortalama, maaşdakı hər bir milyon dollar artım
qalibiyyət faizinin 39 faiz artması ilə əlaqəlidir.
Bu bucaq əmsalına aid bir şey ola bilərdi
və bucaq əmsalı əminliklə 39 deyildi.
Ortalama qalibiyyət faizi 39 faiz idi
və biz bilirik ki, bu da uyğun deyil.
Model qeyd edir ki, sıfır miyon dollar qazancı
olan məşqçilərdən ibarət komandaların
ortalama qalibiyyət faizi təxminən 39 %-dir.
Bəli, bu bizim indicə dediyimizə
ən uyğun ifadədir.
Yəni ki, əgər siz
bu modelə
inanırsınızsa
onda bu model sıfır dollar qazanan şəxsin
39% əldə edəcəyini deyir.
Buna görə də siz modellərə qismən şübhəli yanaşmalısınız.
Modellər mükəmməl olmayacaq.
Xüsusilə də, bir çox hallarda.
Ümid edirəm, sizə faydalı oldu.