Bundan əvvəlki videolarda skalyar və vektorial hasil haqqında danışanda tərifi məsafə vurulsun aralarındakı bucağın sinus ya da kosinusu kimi vermişdik. Bəs, əgər vektorlar vizual olaraq verilməsə ya da aralarındakı bucaq verilməsə, skalyar və vektorial hasili necə tapa bilərik? Gəlin, ilk növbədə düsturları yazaq. a və b-nin skalyar hasili modulda a vurulsun modulda b vurulsun aralarındakı bucağın kosinusuna bərabərdir. a və b-nin vektorial hasili isə bərabərdir modulda a vurulsun modulda b vurulsun aralarındakı bucağın sinusu və vurulsun hər iki vektora perpendikulyar olan normal vektora. Sağ əl qaydası ilə bunun hansı iki vektor olduğunu bilmək olar. Bəs, əgər aralarındakı bucaq, yəni teta verilməzsə, onda necə? Məsələn