Bundan əvvəlki videolarda skalyar və
vektorial hasil haqqında danışanda tərifi
məsafə vurulsun aralarındakı bucağın sinus
ya da kosinusu kimi vermişdik.
Bəs, əgər vektorlar vizual olaraq verilməsə
ya da aralarındakı bucaq verilməsə,
skalyar və vektorial hasili necə tapa bilərik?
Gəlin, ilk növbədə düsturları
yazaq.
a və b-nin skalyar hasili modulda a
vurulsun modulda b vurulsun aralarındakı
bucağın kosinusuna bərabərdir.
a və b-nin vektorial hasili isə bərabərdir
modulda a vurulsun modulda b vurulsun
aralarındakı bucağın sinusu və vurulsun
hər iki vektora perpendikulyar olan normal vektora.
Sağ əl qaydası ilə
bunun hansı iki vektor olduğunu
bilmək olar.
Bəs, əgər aralarındakı bucaq, yəni teta
verilməzsə, onda necə?
Məsələn