Gəlin fərqli situasiyalarda vergi yükünü kimin daşıdığı barədə düşünək. Bu videoda insulinə diqqət yetirəcəyik. İnsulin diabeti olan insanlarda qan şəkəri miqdarını tənzimləmək üçündür. Yəni, o insanların yaşamaq üçün ona ehtiyacı var. Demək olar ki, onlar üçün sonsuz marjinal gəliri var. İnsanlar qiymətinin nə qədər olmasından asılı olmayaraq, lazım olan insulini almağa hazırdırlar. Məsələn, insulinin qiyməti bir dollar olsa belə, bu şəhərdəki həkimlər bütün diabet xəstələrinin ildə 3000 flakona ehtiyacı olduqlarını desələr, onlar ildə 3000 flakon alacaqlar. Bir flakonun qiyməti 80 dollar olarsa, yenə də ildə 3000 şüşə alacaqlar. Bu səbəbdən məqbul bir qiymət aralığında tələb olunan miqdarda dəyişiklik olmayacaq. Bu vəziyyətdə, məqbul bir qiymət aralığında insulinin tələb əyrisi şaquli olur. Aydındır ki, bir flakonun 9 milyon dollar qiyməti olsaydı, birdən-birə diabet xəstələrinin bəziləri onu əldə edə bilməyəcəkdilər və qəflətən əyri artıq şaquli ola bilməyəcəkdi. Lakin ən azından məqbul bir qiymət aralığında şaquli bir əyrimiz var. Bu, bizim tələb əyrimizdir. Bu, tamamilə elastik olmayan bir tələbdir. Bunun tamamilə elastik olmamasını bir kərpic kimi düşünə bilərik. Kərpici nə qədər əyməyə və ya bükməyə çalışsanız da kərpici deformasiya edə bilməyəcəksiniz. Bu da elastikliyin əksinədir. İstifadə etdiyimiz elastiklik tərifi barədə düşünək, yəni, kəmiyyətdəki faiz dəyişikliyinin qiymətdəki faiz dəyişikliyinə nisbəti elastikliyə bərabərdir. Burada qiyməti müəyyən səbəbə görə bu aralıqda nə qədər dəyişsək də, insanlar yenə də ildə 3000 flakon tələb edəcəklər. Gəlin burada buna bənzər bir təklif əyrisi çəkək. Əgər bazarda vergilər və ya tənzimləmə yoxdursa, burada çəkdiklərimə əsaslanaraq tarazlıq qiyməti təxminən 75 dollar məbləğində olacaq. Bu videodan əvvəl bir az araşdırma apardım, həqiqətən də, bir flakon insulinin bazar qiyməti təqribən bu qədərdir. Tarazlılıq miqdarı, yəni, insanların ehtiyac duyduğu dəqiq miqdar 3000 flakondur. Tamamilə qeyri-elastik tələbə sahib olduğunuz bu situasiyada maraqlı bir sual əmələ gəlir: istehsalçı və istehlakçı artıqlığı nədir? İstehsalçı artığı onların fürsət xərcinə və ya artan marjinal xərcinə nisbətində qazandıqları puldur. Burada gördüyünüz istehsalçı artıqlığıdır. Bu tarazlıq qiyməti ilə təklif əyrimiz arasındakı sahədir. Yəni, bu, istehsalçı artıqlığıdır. İstehlakçı artıqlığımız isə işlərin bir az maraqlı hal aldığı hissədir. İstehlakçı artıqlığı, insanların ödədiklərindən daha çox marjinal dəyər əldə etmələridir. Ənənəvi olaraq bunun tələb əyrisi ilə qiymət arasındakı sahə olduğunu deyirik. Lakin bu vəziyyətdə, bu sahə sonsuzdur. Bu barədə düşünməyin bir yolu da odur ki, diabet xəstələri insulindən sonsuz marjinal fayda əldə edirlər. Bu onlara sağlam bir həyat yaşamalarına şərait yaradır. Bu onlara sağ qalmağa şərait yaradır. Bu, onlar üçün əvəzsizdir. Sonsuz istehlakçı artıqlığına sahib olmaq maraqlı bir anlayışdır. Bu o demək deyil ki, bu vəziyyət diabet xəstələri üçün yaxşıdır. Bu, həqiqətən onların yaşamağı üçün lazım olan bir vasitədir. Əgər bu biraz daha elastik olsaydı nə baş verərdi? Real dünyada bunlar bir az daha bahalaşarsa, bəzi diabet xəstələri dozaları aşağı salmağa çalışacaq. Real dünyada, əyri əslində çox cüzi bir elastikliyə sahib ola bilər. Əyri çox dik bir bucaq əmsalında olsa da, bir az elastikliyə sahib olacaqdır. Təsəvvür edə bilərsiniz ki, bunu yuxarı qaldırmağa davam etsəm, bu bir nöqtədə sahəni məhdudlaşdıracaq. Bəlkə, bu hissə 2 milyon dollar olsaydı, tələb kəskin şəkildə azalacaqdı, amma məhdudlaşacaqdı. Lakin bu, çox böyük bir istehlakçı artıqlığıdır. Bundan əlavə olaraq, düzgün yönləndirilməmiş bir siyasətçi insulindən vergi almaq qərarına gəlsə nə baş verəcəyini düşünək. Bu, çox pis ideyadır. Lakin, gəlin belə olduqda yükü kimin üstələnəcəyi barədə düşünək. Güman ki, vergi qoymaq məcburiyyətində qalsaydınız, bu yükü kimin üstələnəcəyini təxmin edə bilərdiniz. Bunu təklif və tamamilə qeyri-elastik olan tələb əyrimiz vasitəsi ilə düşünəcəyik. Sonda qəbul edilən qərar, bir flakon üçün 10 dollar vergi oldu. Bunu faiz əvəzinə sabit bir məbləğ kimi edirəm ki, qəbul olunan təklif qiyməti sabit şəkildə dəyişsin. İstehsalçıların əldə etməli olduqları budur. 3000 flakon istehsal etmələrini istəyirsinizsə, onlar hərəsi üçün 75 dollar almalıdırlar. Əgər birinci flakonu almaq istəyirsinizsə, onlar 60 dollar əldə etməlidirlər. İstehsalçıların əldə etməsi lazım olan pula vergi əlavə etdikdə, yeni bir əyri çəkririk. Bunu dəfələrlə etmişik. İlk flakon üçün istehsalçının 60 dollara ehtiyacı var, ancaq, vergini də əlavə etdikdə 70 dollar olacaq. 1000 flakon üçün altmış neçəsə olacaq. Vergini də əlavə etdikdə qiymət bu hissədə olacaq. 3000 flakon üçün istehsalçıya təqribi 75, 76 dollar lazımdır, üzərinə 10 dollar vergi əlavə etsəniz, nəticədə 85, 86 dollar edəcək. Yeni bir əyri əldə etdik. Qiyməti istehlakçı perspektivi və ya təklif üstəgəl vergi əyrisi kimi görə bilərsiniz. Mən bunu təklif üstəgəl vergi əyrisi kimi adlandıracağam. Bu, təklif üstəgəl vergi əyrisidir. Bu tamamilə qeyri-elastik tələb əyrimiz ilə harada kəsişir? Qiymətlər daha yüksək olsa da, insanlar hələ də ildə tam olaraq 3000 flakon almalıdırlar. Bu miqdarda kəsişirlər, amma, indi yeni bir tarazlıq qiyməti var. Bizim yeni tarazlıq qiymətimiz 10 dollar daha yüksəkdir. Əgər əvvəl 75, 76 dollar idisə, indi isə 85, 86 dollardır. Buradakı fərq 10 dollardır. Gəlin bu situasiyada hökumətin əldə edəcəyi ümumi gəliri nəzərdən keçirək. Ümumi gəlir 10 dollar vurulsun ildə 3000 flakon olacaqdır. Beləliklə, onlar ildə 30.000 dollar qazanacaqlar. Gəlin kimdə daha çox artıqlıq yarandığına baxaq. Buradakı, vergi gəliridir. İstehsalçılar hələ də tam olaraq eyni istehsalçı artıqlığına sahib olacaqlar, beləliklə, bütün vergi gəlirləri birbaşa istehlakçı artıqlığından çıxılmış oldu. Burada diqqəti çəkən bir başqa nöqtə odur ki, tamamilə qeyri-elastik tələbimiz olduğu üçün, hətta siz qiyməti artırsanız belə, o tələb olunan miqdarı dəyişməyəcək. Belə olduqda bizdə itki olmayacq, çünki bu tamamilə qeyri-elastik idi. İstehsal olunan məhsul miqdarı eynidir, beləliklə, bu vəziyyətdə, diabet xəstələrinin artıqlığından hökumətə köçürmə baş tutur. Lakin, sizin itirilmiş bir artığınız yoxdur, çünki təklif və tələb əyrilərinin kəsişdiyi yer arasında sizin itirilmiş sahəniz yoxdur. Bunu düşünməyin bir başqa yolu da qiymət artdıqca tələb olunan kəmiyyətin azalmamasıdır.