Gəlin fərqli situasiyalarda vergi yükünü
kimin daşıdığı barədə düşünək.
Bu videoda insulinə diqqət yetirəcəyik.
İnsulin
diabeti olan insanlarda qan şəkəri
miqdarını
tənzimləmək üçündür.
Yəni, o insanların yaşamaq
üçün ona ehtiyacı var.
Demək olar ki, onlar üçün sonsuz
marjinal gəliri var.
İnsanlar qiymətinin nə qədər
olmasından asılı olmayaraq,
lazım olan insulini almağa hazırdırlar.
Məsələn, insulinin qiyməti bir dollar
olsa belə,
bu şəhərdəki həkimlər
bütün diabet
xəstələrinin ildə 3000 flakona ehtiyacı
olduqlarını desələr,
onlar ildə 3000 flakon alacaqlar.
Bir flakonun qiyməti 80 dollar olarsa,
yenə də ildə 3000 şüşə alacaqlar.
Bu səbəbdən məqbul bir qiymət aralığında
tələb olunan miqdarda
dəyişiklik olmayacaq.
Bu vəziyyətdə,
məqbul bir qiymət aralığında
insulinin tələb əyrisi şaquli olur.
Aydındır ki, bir flakonun 9 milyon dollar
qiyməti olsaydı, birdən-birə
diabet xəstələrinin bəziləri
onu əldə edə bilməyəcəkdilər və qəflətən
əyri artıq şaquli ola bilməyəcəkdi.
Lakin ən azından məqbul bir qiymət
aralığında şaquli bir əyrimiz var.
Bu, bizim
tələb əyrimizdir.
Bu,
tamamilə
elastik olmayan
bir tələbdir.
Bunun tamamilə elastik olmamasını
bir kərpic kimi
düşünə bilərik.
Kərpici nə qədər əyməyə
və ya
bükməyə çalışsanız da
kərpici deformasiya edə bilməyəcəksiniz.
Bu da elastikliyin əksinədir.
İstifadə etdiyimiz elastiklik tərifi
barədə düşünək, yəni,
kəmiyyətdəki faiz dəyişikliyinin
qiymətdəki faiz dəyişikliyinə nisbəti
elastikliyə bərabərdir.
Burada qiyməti müəyyən səbəbə görə
bu aralıqda nə qədər
dəyişsək də,
insanlar yenə də ildə
3000 flakon tələb edəcəklər.
Gəlin burada
buna bənzər bir
təklif əyrisi çəkək.
Əgər bazarda
vergilər və ya
tənzimləmə yoxdursa,
burada çəkdiklərimə əsaslanaraq
tarazlıq qiyməti təxminən
75 dollar məbləğində olacaq.
Bu videodan əvvəl bir az araşdırma
apardım,
həqiqətən də, bir flakon insulinin bazar
qiyməti təqribən bu qədərdir.
Tarazlılıq miqdarı, yəni, insanların
ehtiyac duyduğu dəqiq miqdar
3000 flakondur.
Tamamilə qeyri-elastik tələbə sahib
olduğunuz bu situasiyada maraqlı
bir sual əmələ gəlir:
istehsalçı və istehlakçı artıqlığı nədir?
İstehsalçı artığı onların fürsət xərcinə
və ya artan marjinal xərcinə
nisbətində qazandıqları
puldur.
Burada
gördüyünüz
istehsalçı artıqlığıdır.
Bu tarazlıq qiyməti ilə təklif əyrimiz
arasındakı sahədir.
Yəni, bu,
istehsalçı artıqlığıdır.
İstehlakçı artıqlığımız isə işlərin
bir az maraqlı hal aldığı hissədir.
İstehlakçı artıqlığı,
insanların ödədiklərindən daha çox
marjinal dəyər əldə etmələridir.
Ənənəvi olaraq bunun tələb əyrisi ilə
qiymət
arasındakı sahə olduğunu deyirik.
Lakin bu vəziyyətdə,
bu sahə sonsuzdur.
Bu barədə düşünməyin
bir yolu da odur ki,
diabet xəstələri insulindən
sonsuz marjinal fayda əldə edirlər.
Bu onlara sağlam bir həyat yaşamalarına
şərait yaradır.
Bu onlara sağ qalmağa şərait yaradır.
Bu, onlar üçün əvəzsizdir.
Sonsuz istehlakçı artıqlığına sahib olmaq
maraqlı bir anlayışdır.
Bu o demək deyil ki,
bu vəziyyət diabet xəstələri üçün
yaxşıdır.
Bu, həqiqətən onların yaşamağı üçün
lazım olan bir vasitədir.
Əgər bu biraz daha elastik olsaydı
nə baş verərdi?
Real dünyada
bunlar
bir az daha bahalaşarsa,
bəzi diabet xəstələri
dozaları aşağı salmağa
çalışacaq.
Real dünyada, əyri əslində
çox cüzi bir elastikliyə sahib ola bilər.
Əyri çox dik bir bucaq əmsalında olsa da,
bir az elastikliyə sahib olacaqdır.
Təsəvvür edə bilərsiniz ki,
bunu yuxarı qaldırmağa davam etsəm,
bu bir nöqtədə sahəni
məhdudlaşdıracaq.
Bəlkə, burada o 2 milyon dollar kimi
bir şey olsaydı, tələb kəskin şəkildə azalacaqdı,
amma məhdudlaşacaqdı.
Ancaq bu, çox, çox, çox böyük bir istehlakçı artıqlığıdır.
İndi bundan əlavə olaraq,
düzgün yönləndirilməmiş bir siyasətçi
insulindən vergi almaq qərarına gəlsə
nə baş verəcəyini düşünək.
Tamamilə pis və dəstəkləməyəcəyim
bir ideyadır, amma gəlin
yükü kimin üstələnəcəyi barədə düşünək.
Güman edirəm ki, vergi qoymaq məcburiyyətində
olsaydınız, bu yükü kimin üstələnəcəyini təsəvvür
edə bilərdiniz, əslində bunu görəcəyik.
Bunu təklifimiz və tamamilə qeyri-elastik olan
tələb əyrimiz vasitəsi ilə düşünəcəyik.
Ən sonda qəbul edilən bir flakon üçün
10 dollar vergidir.
Sadəcə bunu faiz əvəzinə sabit bir məbləğ
kimi edirəm, beləliklə, qəbul olunan
təklif qiyməti baxımından
sabit bir dəyişiklik əldə edirik.
İstehsalçılara görə əldə etməli olduqları budur.
3000 flakon istehsal etmələrini istəyirsinizsə,
onlar 75 dollar almalıdırlar.
Əgər birinci flakon aydın deyilsə,
onlar 60 dollar əldə etməlidirlər.
İstehsalçıların əldə etməsi lazım olan şey vergi əlavə etməkdir,
yeni bir əyri çəkə bilərik.
Bunu dəfələrlə etdik.
İlk flakon üçün istehsalçının 60 dollara ehtiyacı var,
ancaq vergini də əlavə etdikdə 70 dollar olacaq.
70 dollar olacaq.
1000 flakon, görünür ki, belə olacaq, dəqiq bilmirəm,
60 və ya başqa miqdarın üzərinə vergini
əlavə edirsiniz, buraya qədər qalxırsınız.
3000 flakon üçün, istehsalçıya təqribi 75, 76 dollar
lazımdır, üzərinə 10 dollar əlavə edirsiniz,
nəticədə 85, 86 dollar edəcək.
Yeni bir əyri əldə etdik,
qiyməti istehlakçı baxımından
istifadə edə bilər və ya
təklif üstəgəl vergi əyrisi kimi
görə bilərsiniz.
Mən bunu təklif üstəgəl vergi əyrisi
kimi adlandıracağam, bunu oxumaq çətindir,
amma bildirir ki, vergi buradadır.
Bu, təklif üstəgəl vergi əyrisidir.
Bu tamamilə qeyri-elastik
tələb əyrimizi harada kəsir?
Təsəvvür edə bilərsiniz, qiymətlər daha yüksək
olsa da, insanlar hələ ildə təxminən
3000 flakon almalıdırlar.
Bu miqdarda kəsişirlər,
amma indi yeni bir tarazlıq qiyməti var.
Bizim yeni tarazlıq qiymətimiz 10 dollar yüksəkdir.
Əgər öncəki 75, 76 dollar idisə, indiki 85, 86 dollardır.
Buradakı fərq 10 dollardır.
Gəlin bir neçə şeyi nəzərdən keçirək.
Bu vəziyyətdə hökumətin əldə edəcəyi
ümumi gəliri nəzərdən keçirək.
Ümumi gəlir 10 dollar vurulsun ildə
3.000 flakon... yəni vurulsun
3.000 olacaqdır.
Beləliklə, onlar ildə 30.000 dollar qazanacaqlar.
Gəlin kimdə daha çox artıqlıq yarandığını düşünək.
Vergi gəliri,
buradakı vergi gəliridir.
Oradakı vergi gəliridir.
İstehsalçılar hələ də tam olaraq
eyni istehsalçı artıqlığına sahib olacaqlar,
buna görə də bütün vergi gəlirləri
birbaşa istehlakçı artıqlığından çıxdı.
Burada diqqəti çəkən bir başqa maraqlı şey də odur ki,
tamamilə qeyri-elastik tələbimiz olduğu üçün,
hətta siz qiyməti artırsanız belə,
o tələb olunan miqdarı dəyişməyəcək,
hansı ki bizdə itki olmayacq,
çünki bu tamamilə qeyri-elastik idi.
Əslində eyni miqdarda istehsal edirik,
beləliklə, bu vəziyyətdə artıqlığı diabet xəstələrindən
hökumətə köçürməyiniz lazımdır,
lakin sizin itirilmiş bir artığınız yoxdur,
çünki itirilmiş bir sahə yoxdur,
güman edirəm, bunu təklif əyrisi ilə tələb əyrilərinin
kəsişdiyi yer arasında deyə bilərsiniz.
Bunu düşünməyin bir başqa yolu da
qiymət artdıqca kəmiyyət tələbinin azalmamasıdır.
tələbinin azalmamasıdır.