Videonu dayandıraraq
bu iki kəsrin fərqini
tapmağa çalışın.
Yaxşı, gəlin baxaq.
İlk baxışda bizə
məlum olur ki,
bu iki kəsrin məxrəcləri fərqlidir
və ortaq məxrəci tapmaq lazımdır.
Elə isə bu iki kəsri
ortaq məxrəcə gətirək.
Ortaq məxrəc bu iki
məxrəcə tam bölünən olmalıdır.
Deməli, ortaq məxrəc bu məxrəclərin
bütün vuruqlarından ibarət
olacaq və bu məxrəclər
vuruqlarına ayrılmışdır
Gəlin ortaq məxrəci yazaq.
İlk olaraq sarı rəngli
ifadə ilə başlayaq.
Əslində
hər iki kəsri də
yazacağam və sonra da
sarı rəngli ifadədən
çəhrayı rəngli ifadəni
çıxacağam.
Burada səhv etdim. Sarı deyib
çəhrayı çəkdim.
Deməli sarı
rəngli ifadə ilə başlayacağıq
və uzun bir kəsr xətti çəkirəm.
deməli sarı rəngli ifadə
çıxılsın çəhrayı rəngli ifadə.
Ortaq məxrəcimiz
həm sarı, həm də çəhrayı
rəngli ifadələrin
məxrəcindəki vuruqlara bölünən
olmalıdır.
Deməli ortaq məxrəcdə
olacaq: z üstəgəl 8,
vurulsun 9z çıxılsın 5,
eyni zamanda bu ikisi də
ortaq məxrəcdə olacaq.
Biz artıq ortaq məxrəcdə
9z çıxılsın 5-i yazmışıq.
Deməli, son olaraq
z üstəgəl 6 da yazmalıyıq.
Gördüyünüz kimi hər iki
məxrəcdə
9z çıxılsın 5
ortaq vuruqdur və
ona görə də onu bir
dəfə yazmağımız
kifayət edir.
İndisə surəti yazaq.
Biz məxrəci
z üstəgəl 6-ya vurduq,
deməli surəti də vurmalıyıq.
Mənfi z kubu vurulsun
z üstəgəl 6.
İndi buna baxaq.
Ortaq məxrəcə gətirdiyimiz üçün
məxrəcə z üstəgəl 8
vurulsun z üstəgəl 6,
vurulsun 9z çıxılsın 5
yazırıq.
Bunlar bərabərdir.
Burada sadəcə vuruqların
yerini dəyişdim,
ancaq hasil yenə də dəyişmir.
Bizdə surətdə 3 var
və məxrəci z üstəgəl 8-ə
vurduğumuz üçün
surəti də
z üstəgəl 8-ə vurmalıyıq.
Bunu edək.
Deməli
bu ifadə bərabərdir--
uzun bir kəsr xətti çəkək--
Bu ifadə bərabərdir,
bəlkə də
bu qədər yerə ehtiyacım olacaq.
Deməli bizim məxrəcimiz olduğu kimi qalır
və bunu fərqli rənglə yazacağam.
z üstəgəl 8 vurulsun 9z çıxılsın
5 vurulsun z üstəgəl 6.
Surətdə isə,
mən buradakı mənfi z kubunu
mötərizə daxilinə paylayacağam.
Mənfi z kubu vurulsun
z edir mənfi z üstü 4.
Mənfi z kubu vurulsun 6
edir mənfi 6z kubu.
Buradakı mənfinin
əvəzinə isə,
işimizi
rahatlaşdırmaq üçün
buraya müsbət,
buraya mənfi yazaq.
Bunu mənfi 3 vur z üstəgəl 8
kimi də düşünə bilərik.
İndi mötərizə daxilinə paylayaq.
Bunu edək.
Mənfi 3 vur z edir mənfi 3z
və mənfi 3 vur 8 edir
mənfi 24.
Budur,
bitirdik.
Ortaq məxrəci tapdıq.
Ortaq məxrəci tapdıqdan sonra
kəsrlərin surətlərini toplaya
və ya çıxa bilərsiniz.
Bu misalda mən surətləri topladım
və bunun üçün mənfini 3-ün
qarşısına yazdım
və daha sonra mötərizə
daxilinə payladım.
Bunu artıq sadələşdirə bilmərik.
Bəzən misalları həll edərkən
üstü iki və ya bir olan
və ya sadəcə sabitlər olan
bir neçə hədd görə
və onları toplama və ya çıxma ilə
sadələşdirə bilərsiniz,
ancaq bu misalda bütün qüvvətlər
fərqlidir və ona görə ifadəni
belə saxlayacağıq.