Videonu dayandıraraq bu iki kəsrin fərqini tapmağa çalışın. Yaxşı, gəlin baxaq. İlk baxışda bizə məlum olur ki, bu iki kəsrin məxrəcləri fərqlidir və ortaq məxrəci tapmaq lazımdır. Elə isə bu iki kəsri ortaq məxrəcə gətirək. Ortaq məxrəc bu iki məxrəcə tam bölünən olmalıdır. Deməli, ortaq məxrəc bu məxrəclərin bütün vuruqlarından ibarət olacaq və bu məxrəclər vuruqlarına ayrılmışdır Gəlin ortaq məxrəci yazaq. İlk olaraq sarı rəngli ifadə ilə başlayaq. Əslində hər iki kəsri də yazacağam və sonra da sarı rəngli ifadədən çəhrayı rəngli ifadəni çıxacağam. Burada səhv etdim. Sarı deyib çəhrayı çəkdim. Deməli sarı rəngli ifadə ilə başlayacağıq və uzun bir kəsr xətti çəkirəm. deməli sarı rəngli ifadə çıxılsın çəhrayı rəngli ifadə. Ortaq məxrəcimiz həm sarı, həm də çəhrayı rəngli ifadələrin məxrəcindəki vuruqlara bölünən olmalıdır. Deməli ortaq məxrəcdə olacaq: z üstəgəl 8, vurulsun 9z çıxılsın 5, eyni zamanda bu ikisi də ortaq məxrəcdə olacaq. Biz artıq ortaq məxrəcdə 9z çıxılsın 5-i yazmışıq. Deməli, son olaraq z üstəgəl 6 da yazmalıyıq. İndisə surəti yazaq. Biz məxrəci z üstəgəl 6-ya vurduq, deməli surəti də vurmalıyıq. Mənfi z kubu vurulsun z üstəgəl 6. İndi buna baxaq. Ortaq məxrəcə gətirdiyimiz üçün məxrəcə