Neyron sükunətdə olarkən membran boyunca gərginlik fərqi olmasını artıq görmüşük. Bu diaqramda bu gördüyümüz membrandır. ? Bura neyronun daxili və bura isə xaricidir. Bu xarici, və təbii ki, bu da xaricidir. Bura da, həmçinin xaricidir. Əgər, voltmetr ilə membran boyunca potensiallar fərqini ölçsək, yəni ki, buradakı gərginlikdən buradakı gərginliyi çıxsaq, yəni bununla bunun arasındakı gərginlik fərqi mənfi olardı - misal üçün deyək ki, ölçdüyümüz təqdirdə, təxminən 70 millivolt nəticə alardıq. Nəticə millivolt ilə mənfi 70-dir. Əslində, bunları hər iki qrafik üçün edəcəm. İkisini də istifadə edərək olduqca fərqli olan iki ssenari təsvir edəcəyik. Buradakı sarı rəngli başqa voltmetr də nisbətən uzaqda yerləşməyinə baxmayaraq nəticə olaraq mənfi 70 millivolt göstərir. Gəlin, indi maraqlı bir şey edək. Deyək ki, müəyyən bir səbəbdən membranda natrium keçiriciliyi yaranır. Beləliklə, natrium içəri axmağa başlayır. Bunun baş verməsinin iki səbəbi var. Biri onun müsbət ion olmasıdır. Xaricdə yük daha müsbətdirsə, müsbət yüklər daxilə keçməyə çalışacaq. Daxilə yerdəyişmənin digər səbəbi isə, xaricdə natriumun qatılığ;nın daxildən daha çox olmasıdır. Yəni onlar qatılıq qradiyentini izləyəcək. Xaricdə natriumun qatılığının daxilə nisbətən çox olmasının səbəbi isə, artıq bildiyimiz kimi Na+/K+ nasosudur. Hər necəsə, bu artım baş verəcək. Müsbət yüklərin axınında bu artım olur. . Bəs neyronun daxilində nə baş verəcək? Bu müsbət yüklər burada olduğu zaman, neyrondakı digər müsbət yüklər ondan uzaqlaşmaq istəyəcək. Bu sadəcə sağa doğru istiqamətdə deyil, bütün istiqamətlərdə baş verəcək. Müsbət yüklər bütün səmtlərdə bir-birindən aralanmağa çalışacaq. Yəni, bu istiqamətdə hərəkət digərini bir başqa istiqamətdə hərəkət etdirir, o, isə bir başqasını. Zaman keçdikcə, mavi voltmetrdəki gərginlik necə dəyişəcək? Zaman keçdikcə, daha çox müsbət yüklər, burada olan müsbət yüklər getdikcə yayıldığı üçün onlardan aralanmağa çalışacaq, və siz gərginliyin artdığını görəcəksiz. Tam şəkildə yayıldıqdan sonra isə, yenidən tarazlıq vəziyyətinə qayıda bilər. Neyronların daxilinə doğru irəliləsək, orada gərginliyin dəyişməsinin daha uzun çəkdiyini görərik, amma zamanla daha çox məsafəyə yayıldığına görə bu effekt nisbətən daha məhdud olacaq. Burada olan gərginliyin, buradakı kimi çox qabardığını görməyəcəyik. Bu cür, impuls deyə biləcəyimiz şəkildə yayılma elektrotonik yayılma adlanır. Gəlin, bunu yazım. Yaxud, elektrotonik potensialın yayılması. Burada bəzi xüsusiyyətlər var. Biri passiv olmasıdır. Burada çəkdiyimiz hissə elektrotonik yayılma deyil. Bu tip yayılma ondan sonra baş verir. Burada yüksək qatılıq olduqda, bir müddət sonra burada müsbət yükün yüksək qatılığı olacaq. Bu passiv fenomendir. Demək ki, burada baş verənlər passivdir. Və o, həmçinin ətrafa yayılır. Siz ondan daha çox uzaqlaşdıqca, impuls da ətrafa yayılmağa davam etdiyi üçün zəifləyir. . Demək o passivdir və dağılır. İndi bu ssenariyə bura gərginlik qapılı ion kanalları əlavə edərək yenidən baxaq. Deyək ki, burada çəkdiyim gərginlik qapılı olan natrium kanalıdır. Tutalım ki, o, mənfi 55 millivoltda açılır. O da təxminən buralarda olar. Bu onun açıldığı mənfi 55 millivoltdur. Gəlin qıcıq qapısını da ora çəkək. Həm də o, müsbət 40 millivoltda bağlanır. ? Qıcıq qapısını göstərmək istəyirəm. Deyək ki, tam burada, həmçinin kalium kanalı var. Bu isə membran boyu gərginlik fərqinin formalaşmasının əsas səbəbi olan sızdıran kalium kanallarıdır. Bu kalium kanalları buradakı kanal qapandığı zaman açılır. Onlar tam dəqiq olmasa da sizdə bir fikir formalaşsın deyə misal üçün deyək ki, müsbət 40 millivoltda açılırlar. Mənfi 80 millivoltda da bağlanırlar. Oradakı açılır, buradakı isə bağlanır. İndi nə baş verəcək? Əvvəl də gördüyümüz kimi, neyronun sol tərəfində olan bu müsbət yüklər seli elektrotonik yayılmaya məruz qalır, və buna görə də biraz sonra bu nöqtədə membran boyu olan potensial daha az mənfi olmağa başlayır. Burada gördüyümüz kimi potensiallar fərqi daha az mənfi olur. Demək daha az mənfi olacaq. Amma bu, sadəcə artıb, daha sonra isə azalmayacaq, çünki potensial tam olaraq mənfi 55 millivolt olduqda nə olur? Bu zaman, o, natrium kanalının açılmasına təkan verir. Gərginlik yetəri qədər artdıqda natrium kanalları açılır və içəri natrium seli daxil olur. Bu nəyə gətirib çıxaracaq? Bu isə gərginliyi artıracaq. Və belə bir görüntü alınacaq. Natrium isə içəriyə axmağa davam edəcək. Gərginlik daha da müsbət olur. Çünki, unutmayın ki, bu içəri doğru olan axımın iki səbəbi var. Birincisi, daha çox yük olmasıdır. Xaric daxildən daha müsbət olduğu üçün gərginlik qradiyenti boyunca və ya elektrokimyəvi qradient ilə içəri daxil olurlar. Həmçinin burada natriumun qatılığı Na⁺ / K⁺ nasosuna görə daha çox olduğundan qatılıq qradienti ilə də içəri daxil olurlar. . Yəni ki, artıq gərginlik qradienti olmasa belə onlar axmağa davam edirlər, və onların axmağının səbəbi artıq qatılıq qradientidir. Amma, müsbət 40 millivolta çatdıqda bu kanal qapanır. Bununla da içəri axın dayanır. Həm də kalium kanalı açılır. İndi isə, yerli olaraq baxsaq, tam burada neyronun daxili xaricə nisbətən daha müsbət yüklənib. Buna görə də indi, müsbət yüklü kalium ionları bu müsbət yüklənən mühitdən çıxıb getmək istəyirlər. Gərginlik getdikcə daha da aşağı düşür, və kalium sadəcə daxildə müsbət, xaricdə mənfi yükləndikdə, və ya daxildə nisbətən daha müsbət yükləndikdə etdiyi kimi, sadəcə gərginlik qradiyenti deyil, həm də qatılılıq qradiyenti boyunca da hərəkət etdiyi üçün neytraldan da aşağı düşür. Na⁺ / K⁺ nasosu sayəsində daxildə kaliumun qatılığı, xaricdəki ilə müqayisədə nisbətən daha çoxdur. Beləliklə, kalium sadəcə xaric olmağa davam edir, gərginlik mənfi 80 millivolta çatdıqda isə kalium kanalları qapanır, sonra isə tarazlıq vəziyyətinə qayıdırıq. İndi, bu bizi niyə maraqlandırır? Artıq elektrotonik yayılma baş verib. Amma impuls ətrafa dağılmağa davam edir, və yetəri qədər uzaqlaşsanız impuls çox çətinliklə hiss ediləcək. Yəni, bunun əsas olaraq etdiyi impulsu yenidən artırmaq oldu. O, sadəcə impulsu artırdı və bir müddət sonra onlar, elektrotonik yayılma yenidən əmələ gəldiyi üçün, bir-birlərindən mümkün qədər uzaqlaşmağa çalışdıqda membran boyunca potensiallar fərqini bu sarı voltmetr olan yerdə ölçək, burada əvvəl balaca dağılmış qabarma olduğu halda, indi isə daha da yaxşı bir qabarma yaranacaqdır. Və burada daha bir gərginlik qapılı kanalınız olsaydı, o yenidən aktivləşərdi. Bu, gərginliyin bir növ fəal artması olduğu üçün, fəaliyyət potensialı adlanır. Buna impulsun artması olaraq baxıla bilər. İmpuls elektrotonik olaraq yayılır, daha sonra gərginlik qapılı kanallar aktivləşərək yenə impulsu artırır. Görəcəyimiz kimi, neyron artıq təsvir elədiyimiz kimi impulsu yaymaq üçün, impulsun passiv şəkildə yayılması üçün, sonra isə daha uzun məsafə qət etməsi üçün impulsu artıran bir birləşmədən istifadə edir.