Faiz hər 100-ə düşən dəyəri bildirir. Bu faiz sözünün haradan gəldiyini göstərir. Bu söz əsr sözündən gəlir, mənası 100 deməkdir. Əgər biri sizə 7 faiz desə, bu sözün mənası əvvəl dediyimiz kimi 100-də 7 demək olar. Bu ya adi kəsr kimi 100-də 7-yə ya da faiz kimi 100-ün 7 faizinə bərabərdir. Gəlin bu üsulla 0.601-i faiz kimi yazmağa çalışaq. Biz bunu məxrəci 100 olan kəsr kimi yazmaq istəyirik. Bunu belə anlaya bilərsiniz, həmin hissəni bu formada yazacam. Bunu 1-də 0.601 kimi yaza bilərsiniz. Aydın şəkildə bu eyni miqdarı bildirir. Əgər hansısa bir ədədi 1-ə bölürsünüzsə, onda elə həmin ədədi alarsınız. Mən indi bu ədədi 100-də 100-ə vuracam. Aydın şəkildə qiymət dəyişməyəcək. Çünki, 100-də 100 elə 1-ə bərabərdir. Bunu yazmağımıza səbəb nəticədə məxrəci 100 olan kəsr almağımızdır. Məxrəcə gəldikdə, əgər məxrəci 100-ə vursaq, hasildə alınan məxrəc 100 olacaq. Əgər 0.0601-i 100-ə vursam, nəticədə neçə alaram? Deməli, hər dəfə bu rəqəmi 10-un vuruğuna və ya 10-a vursam, onluq kəsri bir mərtəbə sağa keçirəcəm. Əgər 10-a vursam, cavabda 6.01 alacam. Əgər yenə də 10-a vursam və ya 100-ə vurmalı olsam, nəticədə 60.1 alacam. 100 dəfə 0.601 60.1-ə bərabərdir. Gəlin bunu yenidən yazaq. Əgər 0.601-i yazmalı olsaq və onu 100-ə vurmaq istəsəm, onluq kəsri bir dəfə dəyişiriksə, deməli 10-a vururam. Əgər yenə 10-a vursaq və ya birbaşa 100-ə vursaq, 60.1 alarıq. Bu 10 dəfədir. Bu da 10 dəfədir. Deməli 100-ə vurmuşam. Amma indi istədiyimiz formadadır. 100-də 60.1 almışıq. Bunu yenidən yaza bilərsiniz. Bu 60.1-in 100-ə bölünməsinə və ya 60.1 faizə bərabərdir. Göründüyü kimi bunu 60.1 faiz kimi sözlə və ya faiz işarəsindən istifadə edərək 60.1% kimi yazmaq istəyirik. Budur, həll etdik.