Faiz eynən hər 100-ə düşən dəyəri bildirir.
Bu faiz sözünün haradan gəldiyini göstərir.
Bu söz əsr sözündən gəlir mənası
100 deməkdir.
Əgər biri sizə 7 faiz desə
bu sözün mənası əvvəl dediyimiz kimi
100-də 7 demək olar.
Bu ya adi kəsr kimi 100-də 7-ə ya da
faiz kimi 100-ün 7 faizinə bərabərdir.
Gəlin bu yol ilə 0.601-i faiz kimi
yazmağa çalışaq.
Biz bunu məxrəci 100 olan kəsr kimi
yazmaq istəyirik.
Bunu belə anlaya bilərsiniz, həmin hissəni
bu formada yazacam.
Bunu 1-də 0.601 kimi yaza bilərsiniz.
Aydın şəkildə bu eyni miqdarı bildirir.
Əgər hansısa bir ədədi 1-ə bölürsünüzsə,
onda elə həmin ədədi alarsınız.
Mən indi bu ədədi 100-də 100-ə vuracam.
Aydın şəkildə qiymət dəyişməyəcək.
Çünki, 100-də 100 elə 1-ə bərabərdir.
Bunu yazmağımıza səbəb nəticədə
məxrəci 100 olan kəsr almağımızdır.
Məxrəcə gəldikdə, əgər məxrəci 100-ə
vursaq, hasildə alınan məxrəc
100 olacaq.
Əgər 0.0601-i 100-ə vursam, nəticədə
neçə alaram?
Deməli, hər dəfə bu rəqəmi 10-un
vuruğuna və ya
10-a vursam,
onluq kəsri bir mərtəbə sağa keçirəcəm.
Əgər 10-a vursam, cavabda 6.01 alacam.
Əgər yenə də 10-a vursam və ya
100-ə vurmalı olsam, nəticədə 60.1 alacam.
100 dəfə 0.601 60.1-ə bərabərdir.
Gəlin bunu yenidən yazaq.
Əgər 0.601-i yazmalı olsaq və onu
100-ə vurmaq istəsəm,
onluq kəsri bir dəfə dəyişiriksə,
deməli 10-a vururam.
Əgər yenə 10-a vursaq və ya birbaşa
100-ə vursaq,
60.1 alarıq.
Bu 10 dəfədir.
Bu da 10 dəfədir.
Deməli 100-ə vurmuşam.
Amma indi istədiyimiz formadadır.
100-də 60.1 almışıq.
Bunu yenidən yaza bilərsiniz.
Bu 60.1-in 100-ə bölünməsinə və ya
60.1 faizə bərabərdir.
Göründüyü kimi bunu 60.1 faiz kimi sözlə və ya
faiz işarəsindən istifadə edərək 60.1%
kimi yazmaq istəyirik.
Budur, həll etdik.