Ədədi mənfi qüvvətə yüksəltdikdə, cavabın 1 böl həmin ədədin müsbət qüvvətə yüksəldilmiş formasına bərabər olmağının səbəbi haqqında kifayət qədər video çəkmədiyimizi düşünürəm. 2-nin qüvvətlərinə nəzər salaq. Qüvvətlər 0-dan kiçik olduqda nə baş verdiyinə baxaq. Məsələn 2 üstü 3. 2 üstü 3 = 2 vur 2 vur 2, yəni 8. 2 üstü 2 nəyə bərabərdir? 2 vur 2, yəni 4-ə bərabərdir. 2 üstü 3-dən 2 üstü 2-yə getdikdə nə baş verdi? Bunu 2-yə böldük. Davam edək. 2 üstü 1 nəyə bərabərdir? Bu 2-yə bərabərdir. 2 kvadratından 2 üstü 1 almaq üçün onu 2-yə böldük. Maraqlıdır. 2 üstü 0-a baxaq. 0-a bərabər olmayan bir ədədi 0 qüvvətə yüksəltdikdə cavabda 1 alınır. Hər dəfə qüvvəti 1 vahid azaltdıqda, onu 2-yə bölmüş olurduq. Bunu da yenə 2-yə bölməliyik. 2 böl 2 = 1. 2 üstü 0-ın niyə 1-ə bərabər olduğunu anladıq. Davam edək. 2-yə bölməyə davam etsək, 2 üstü mənfi 1 nəyə bərabər olmalıdır? Bunu yenidən 2-yə bölürük və cavabda 1/2 alınır. 2 üstü mənfi 1 = 1/2 2 üstü 1 = 2. Bu, bunun tərsinə bərabərdir. Davam edək. Maraqlıdır. 2 üstü mənfi 2 nəyə bərabərdir? Bunu yenidən 2-yə bölməliyik. 2-yə böldükdə, 1/4 alınır. Ümid edirəm, ardıcıllığı anladınız. 2 üstü mənfi 3-ü tapmaq üçün yenidən 2-yə bölməliyik. 1/8 alınacaq. Yəni 2 üstü 3-ün tərsi. Bir daha qeyd edək ki, mənfi qüvvət müsbət cavabın tərsinə bərabərdir. Ədədi mənfi qüvvətə yüksəltmək 1 böl həmin ədədi müsbət qüvvətə yüksəltmək deməkdir.