Ədədi mənfi qüvvətə yüksəltdikdə,
cavabın 1 böl həmin ədədin
müsbət qüvvətə yüksəldilmiş
formasına bərabər olmağının səbəbi haqqında
kifayət qədər
video çəkmədiyimizi düşünürəm.
2-nin qüvvətlərinə nəzər salaq.
Qüvvətlər 0-dan kiçik olduqda
nə baş verdiyinə baxaq.
Məsələn 2 üstü 3.
2 üstü 3 = 2 vur
2 vur 2, yəni 8.
2 üstü 2 nəyə bərabərdir?
2 vur 2, yəni
4-ə bərabərdir.
2 üstü 3-dən 2 üstü 2-yə getdikdə
nə baş verdi?
Bunu 2-yə böldük.
Davam edək.
2 üstü 1 nəyə bərabərdir?
Bu 2-yə bərabərdir.
2 kvadratından 2 üstü 1 almaq üçün
onu 2-yə böldük.
Maraqlıdır.
2 üstü 0-a baxaq.
0-a bərabər olmayan bir ədədi
0 qüvvətə yüksəltdikdə
cavabda 1 alınır.
Hər dəfə qüvvəti 1 vahid azaltdıqda,
onu 2-yə bölmüş olurduq.
Bunu da yenə 2-yə bölməliyik.
2 böl 2 = 1.
2 üstü 0-ın niyə
1-ə bərabər olduğunu anladıq.
Davam edək.
2-yə bölməyə davam etsək,
2 üstü mənfi 1 nəyə
bərabər olmalıdır?
Bunu yenidən 2-yə bölürük
və cavabda 1/2 alınır.
2 üstü mənfi 1 = 1/2
2 üstü 1 = 2.
Bu, bunun tərsinə bərabərdir.
Davam edək.
Maraqlıdır.
2 üstü mənfi 2 nəyə bərabərdir?
Bunu yenidən 2-yə bölməliyik.
2-yə böldükdə, 1/4 alınır.
Ümid edirəm, ardıcıllığı anladınız.
2 üstü mənfi 3-ü tapmaq üçün
yenidən 2-yə bölməliyik.
1/8 alınacaq.
Yəni 2 üstü 3-ün
tərsi.
Bir daha qeyd edək ki,
mənfi qüvvət müsbət cavabın
tərsinə bərabərdir.
Ədədi mənfi qüvvətə yüksəltmək
1 böl həmin ədədi müsbət qüvvətə yüksəltmək
deməkdir.