Biz artıq verilmiş kəmiyyətlə ümumi gəliri hesablaya bildiyimiz üçün və həmçinin bu riyazi olaraq göstərə bildiyimiz üçün, marjinal gəlirin bu nöqtələrdən birində nəyə bərabər olduğunu bilmək istəyirəm. Marjinal gəlir, kəmiyyətdəki dəyişikliyin ümumi gəlirə nə qədər təsir etdiyini göstərir. Daha sonra, biz bundan inhisarın qazancını optimallaşdırmaq üçün istifadə edə bilərik. Bunu hesablama olmadan etməyə çalışacağam. Əslində hesablayıb tapmaq daha asan olardı, çünki biz burada bu əyri boyunca meyilliyi tapmaq istəyirik, amma bunu cəbri yol ilə edəcəyəm, bununla da sizdə hesablama zamanı nə etmək istədiyim haqqında fikir yaranacaq. Etmək istədiyim ilk şey buranın meyilliyi tapmaqdır. Burada meyilliyi tapmağın ən yaxşı yolu miqdardakı kiçik dəyişikliyin ümumi gəlir səviyyəsinə necə təsir etməyinə baxmaqdır. Miqdarda kiçik dəyişiklik etsəm, mənim ümumi gəlirim nə qədər dəyişər? Gəlin bunu bu cür həll edək. Digərlərini isə daha asan yolla təxmin edə biləcəyəm. Gəlin bu cür düşünək. Əgər miqdar 0 olsa, ümumi gəlir də 0 olacaq. Bu asandır. Əgər miqdarı çox, çox, çox az artırsaq, deyək ki, 0.001 qədər, ümumi gəlir nə qədər olacaq? Biz ya buradakı əyridən, ya da buradakı qiymətin miqdara vurulmasından alınan düsturdan istifadə edərək bunu tapa bilərik, və biz, Kalkulyatorumu çıxarım, əgər miqdar 0.001-dirsə, ümumi gəlirimiz mənfi olacaq.. Kalkulyatou yandırım. Ümumi gəlir -0.001-in kvadratı, mötərizəyə alınır, üstəgəl 6 vurulsun 0.001. 6 dəfə 0.001. Bu bizim ümumi gəlirimizdir. Haradasa 0.005999-a bərabər olacaq. 0.005999. İndi biz bu nöqtədə marjinal gəlirin nə qədər olduğunu çox yaxşı təxmin edə bilərik. Miqdar dəyişikliyi 0.001-dir, ona görə də ΔQ = 0.0001. Bu kəmiyyət dəyişikliyimizdir, gəlirdəki dəyişiklik isə 0.005999-dur, sadəcə bunları bölməliyik. Biz sadəcə bu yuxarıdakı 0.005999-u, ümumi gəlirdəki dəyişikliyi, miqdardakı dəyişikliyə, 0.001-ə bölməliyik. Nəticədə 5.99999 alırıq. Hətta ən kiçikdən başlasan belə, deyək ki, 0.00000001-dən, cavab 5-ə bərabər olacaq və sonluqda daha çox 9 olacaq. Nə qədər yaxınlaşsanız dəyişiklik o qədər kiçik olacaq və sizin hesablamağa çalışdığınız da budur. Burada çox kiçik bir dəyişikliyi tapmağa çalışırsınız. Bu 6 edir. Marjinal gəlirimiz mahiyyətcə 6-ya bərabər olacaq. Etmək istədiyim budur ki, tələb əyrisinin və ya artıq tələb əyrisini qurduğumuz oxun üzərində marjinal gəliri quraq. Kəmiyyət sıfır olduqda, marjinal gəlirimiz, kəmiyyət azca artsa belə, əldə etdiyimiz ümumi gəlirimiz 6 olacaq. Buranı işarələyirəm. Buraya bir işarə qoyuram. Məntiqlidir. Həmin nöqtədə marjinal fayda 6-dır. Hətta bir damcı portağal şirəsi satsaydıq belə ya da deyəsə biz portağal satırıq, şirəsini yox, əgər bir portağalın milyonda birini satsaq, bu milyonda bir hissə təqribən 6 dollara bərabər olacaq, çünki bazarda ilk satılan portağalın marjinal faydası budur, buna görə də təmamilə məntiqlidir. İndi digər nöqtələr haqqında fikirləşək. Bunları təxmin edəcəyəm. Hesablayaraq edə bilərdim, amma təxmin edəcəyəm. Təxmin etmək üçün digər nöqtələrdən istifadə edəcəyəm. Əgər kəmiyyətin 1 olduğu meyli tapmaq istəsəm, meyillik belə olacaq, belə bir şeyə oxşayacaq. Bu iki nöqtə arasındakı meyilliyi taparaq təxmin etməyə çalışacağam. Təxmin etməyə çalışacağam, və əslində bu yaxşı bir təxmin olacaq. Sonra yaxşı təxmin olduğunu göstərmək üçün hesablama edəcəyəm. İndi bu iki nöqtə arasındakı meyilliklə təxmin edəcəyəm. Bu iki nöqtə arasındakı kəmiyyət dəyişikliyi 2-dir, ümumi gəlirdəki dəyişiklik 8-dir. Ümumi gəlirdəki dəyişiklik 8-dir. 2 və ya 2000 ədəd istehsal etdikdə bizim ümumi gəlirimiz 8000 dollar idi. ümumi gəlirdəki dəyişiklik 8 və ya 8000-dir, onu kəmiyyətdəki dəyişikliyə, 2000-ə bölsək, bu nöqtədə bizim marjinal faydamız 8-i 2-ə, və ya 8000-i 2000-ə bölsək, bir ədədi 4-ə bərabər olacaq. Yəni kəmiyyət 1 olduqda, marjinal gəlir 4 dollardır. Bir ədədi 4 dollardır. Gəlin indi kəmiyyət 2 olduqda marjinal gəlirin neçə olduğuna baxaq. Bunu etmək üçün bu iki nöqtə arasındakı meyilliyi tapacağam.