Biz artıq verilmiş kəmiyyətlə
ümumi gəliri
hesablaya bildiyimiz üçün və
həmçinin bu riyazi olaraq göstərə
bildiyimiz üçün,
marjinal gəlirin bu nöqtələrdən
birində nəyə bərabər
olduğunu bilmək istəyirəm.
Marjinal gəlir,
kəmiyyətdəki dəyişikliyin
ümumi gəlirə nə qədər
təsir etdiyini göstərir.
Daha sonra, biz bundan
inhisarın qazancını optimallaşdırmaq
üçün istifadə edə bilərik.
Bunu hesablama olmadan
etməyə çalışacağam.
Əslində hesablayıb tapmaq
daha asan
olardı, çünki biz burada bu
əyri boyunca meyilliyi tapmaq istəyirik,
amma bunu cəbri yol ilə
edəcəyəm, bununla da sizdə
hesablama zamanı nə etmək
istədiyim haqqında fikir yaranacaq.
Etmək istədiyim
ilk şey buranın
meyilliyi tapmaqdır.
Burada meyilliyi tapmağın ən yaxşı yolu
miqdardakı kiçik dəyişikliyin ümumi gəlir
səviyyəsinə necə təsir etməyinə baxmaqdır.
Miqdarda kiçik dəyişiklik etsəm, mənim
ümumi gəlirim nə qədər dəyişər?
Gəlin bunu bu cür həll edək.
Digərlərini isə daha asan yolla
təxmin edə biləcəyəm.
Gəlin bu cür düşünək.
Əgər miqdar 0 olsa,
ümumi gəlir də 0 olacaq.
Bu asandır.
Əgər miqdarı çox, çox, çox az
artırsaq, deyək ki,
0.001 qədər, ümumi gəlir
nə qədər olacaq?
Biz ya buradakı əyridən,
ya da buradakı
qiymətin miqdara vurulmasından alınan
düsturdan istifadə edərək
bunu tapa bilərik,
və biz,
Kalkulyatorumu çıxarım,
əgər miqdar 0.001-dirsə,
ümumi gəlirimiz mənfi olacaq..
Kalkulyatou yandırım.
Ümumi gəlir -0.001-in
kvadratı,
mötərizəyə alınır,
üstəgəl 6 vurulsun 0.001.
6 dəfə 0.001.
Bu bizim ümumi gəlirimizdir.
Haradasa 0.005999-a bərabər olacaq.
0.005999.
İndi biz bu nöqtədə
marjinal gəlirin nə qədər
olduğunu çox yaxşı təxmin
edə bilərik.
Miqdar dəyişikliyi 0.001-dir,
ona görə də ΔQ = 0.0001.
Bu kəmiyyət dəyişikliyimizdir,
gəlirdəki dəyişiklik isə 0.005999-dur,
sadəcə bunları bölməliyik.
5.99999 alırıq.
Burada çox kiçik bir dəyişikliyi
tapmağa çalışırsınız.
Bu 6 edir.
Marjinal gəlirimiz mahiyyətcə
6-ya bərabər olacaq.