Biz artıq verilmiş kəmiyyətlə ümumi gəliri hesablaya bildiyimiz üçün və həmçinin bu riyazi olaraq göstərə bildiyimiz üçün, marjinal gəlirin bu nöqtələrdən birində nəyə bərabər olduğunu bilmək istəyirəm. Marjinal gəlir, kəmiyyətdəki dəyişikliyin ümumi gəlirə nə qədər təsir etdiyini göstərir. Daha sonra, biz bundan inhisarın qazancını optimallaşdırmaq üçün istifadə edə bilərik. Bunu hesablama olmadan etməyə çalışacağam. Əslində hesablayıb tapmaq daha asan olardı, çünki biz burada bu əyri boyunca meyilliyi tapmaq istəyirik, amma bunu cəbri yol ilə edəcəyəm, bununla da sizdə hesablama zamanı nə etmək istədiyim haqqında fikir yaranacaq. Etmək istədiyim ilk şey buranın meyilliyi tapmaqdır. Burada meyilliyi tapmağın ən yaxşı yolu miqdardakı kiçik dəyişikliyin ümumi gəlir səviyyəsinə necə təsir etməyinə baxmaqdır. Miqdarda kiçik dəyişiklik etsəm, mənim ümumi gəlirim nə qədər dəyişər? Gəlin bunu bu cür həll edək. Digərlərini isə daha asan yolla təxmin edə biləcəyəm. Gəlin bu cür düşünək. Əgər miqdar 0 olsa, ümumi gəlir də 0 olacaq. Bu asandır. Əgər miqdarı çox, çox, çox az artırsaq, deyək ki, 0.001 qədər, ümumi gəlir nə qədər olacaq? Biz ya buradakı əyridən, ya da buradakı qiymətin miqdara vurulmasından alınan düsturdan istifadə edərək bunu tapa bilərik, və biz, Kalkulyatorumu çıxarım, əgər miqdar 0.001-dirsə, ümumi gəlirimiz mənfi olacaq.. Kalkulyatou yandırım. Ümumi gəlir -0.001-in kvadratı, mötərizəyə alınır, üstəgəl 6 vurulsun 0.001. 6 dəfə 0.001. Bu bizim ümumi gəlirimizdir. Haradasa 0.005999-a bərabər olacaq. 0.005999. 5.99999 alırıq. Burada çox kiçik bir dəyişikliyi tapmağa çalışırsınız. Bu 6 edir. Marjinal gəlirimiz mahiyyətcə 6-ya bərabər olacaq.