Bu video xətti tənliklər haqqındadır. Bir neçə misala nəzər salaq. Başlayaq. Buraya bir misal yazaq və onu həll etməyə çalışaq. 3 böl x = 5. Burada yazılan misal hər zaman gördüyümüz misallardan bir qədər fərqlidir. Çünki burada x surətdə deyil, məxrəcdə yazılmışdır. Məxrəcdə x yazılmağını sevmirəm. Odur ki, məxrəcdəki x-i surətə yazmağa çalışaq. Ən azından məxrəcdəki x-dən azad olmağa çalışaq. Məxrəcdə yazılan x-dən azad olmağa çalışaq. Bunun üçün bərabərliyin hər iki tərəfini x-ə vuraq. Tənliyin sol tərəfində bu iki x ixtisar ediləcək. Sağ tərəfdə isə 5 vur x alınır. Bu iki x ixtisar edilir. 3 = 5x alınır. Bunu 5x = 3 kimi də yaza bilərik. Bunu iki üsulla həll edə bilərik. Tənliyin hər iki tərəfini 1/5-ə vuraq və ya 5-ə bölə bilərik. Hər iki tərəfi 1/5-ə vuraq. Sol tərəfdə x alınır. Sağda isə 3 vur 1/5, yəni 3/5 alınır. Burada nə baş verdi? Gördüyünüz kimi misalı birinci səviyyəli misal formasında yazdıq. Burada sadəcə tənliyin hər iki tərəfini x-ə vurduq. Beləliklə, məxrəcdəki x-dən azad olduq. Başqa bir misala baxaq. x üstəgəl 2 böl x üstəgəl 1 7-yə bərabərdir. Burada məxrəcdə sadəcə x əvəzinə, x üstəgəl 1 yazılmışdır. Eyni üsuldan istifadə edək. Məxrəcdə x üstəgəl 1-dən azad olmaq üçün tənliyin hər iki tərəfini x üstəgəl 1 böl 1-ə vura bilərik. Sol tərəfdə tətbiq etdiklərimizi sağ tərəfdə də tətbiq etməliyik. 7/1 vur x üstəgəl 1 böl 1. Sol tərəfdə x üstəgəl 1-lər ixtisar edilir. Burada x üstəgəl 2 qalır. Məxrəcdəki 1-in heç bir önəmi yoxdur. Bu, 7 vur (x üstəgəl 1)-ə bərabərdir. Sadələşdirək. x üstəgəl 2. Bərabərdir 7 vur (x üstəgəl 1). Burada paylama qanunu tətbiq edirik. 7x üstəgəl 7 alınır. Burada 3 səviyyəli xətti tənlik alınır. İndi isə bütün x-ləri tənliyin bir tərəfinə yazaq. Bütün sabit hədləri isə, yəni 2 və 7-ni digər tərəfə yazaq. x-ləri tənliyin sol tərəfinə yazaq. 7x-i sol tərəfə köçürək. Bunun üçün hər iki tərəfdən 7x çıxaq. Buraya mənfi 7x yazaq, buradan da 7x çıxaq. Sağ tərəfdə 7x-lər islah edilir. Sol tərəfdə isə mənfi 7x üstəgəl x alınır. Burada mənfi 6x üstəgəl 2 alınır, burada isə 7 qalır. Bu 2-dən azad olmalıyıq. Bunun üçün hər iki tərəfdən 2 çıxaq. Mənfi 6x = 5 alınır. Bu, birinci səviyyəli misaldır. Hər tərəfi sol tərəfdəki əmsalın tərsinə vurmalıyıq. Əmsal mənfi 6-ya bərabərdir. Hər tərəfi mənfi 1/6-ə vurmalıyıq. Mənfi 1/6. Sol tərəfdə mənfi 1 böl 6 vur mənfi 6 alınır. Bu, 1-ə bərabərdir. z = 5 vur mənfi 1/6 alınır. Mənfi 5/6 alınır. Bu qədər. Cavabı yoxlaya bilərik. Bunun üçün ilkin tənlikdə x əvəzinə mənfi 5/6 yazıb cavabı yoxlaya bilərik. Başqa bir misalı həll edək. İstənilən formada misal yaza bilərik. Başlayaq. 3 böl x üstəgəl 5 bərabərdir 8 böl x üstəgəl 2. Eyni üsuldan istifadə edirik. Gördüyünüz kimi məxrəcdə iki fərqli ifadə var. Onlardan azad olmağa çalışaq. Yəni məxrəcdəki x üstəgəl 5 və x üstəgəl 2-dən azad olmağa çalışmalıyıq. Əvvəlcə x üstəgəl 5-ə nəzər salaq. Tənliyin hər iki tərəfini x üstəgəl 5-ə vururuq. Buna x üstəgəl 5 böl 1 kimi də baxa bilərik. Vur x üstəgəl 5 böl 1. Sol tərəfdə bunlar ixtisar edilir. 3 = 8 vur x üstəgəl 5 böl x üstəgəl 2 alınır. Surətdəki ifadəni sadələşdirmək üçün bu ifadəni 8-ə vuraq. 8x üstəgəl 40 böl x üstəgəl 2. x üstəgəl 2-dən azad olmağa çalışaq. Eyni üsuldan istifadə edəcəyik. Tənliyin hər iki tərəfini x üstəgəl 2 böl 1-ə vuraq. x üstəgəl 2. Tənliyin hər iki tərəfini x üstəgəl 2-yə vururuq. 1-in önəmi yoxdur. Sol tərəfdə 3x üstəgəl 6 alınır. Burada 3-ə paylama qanunu tətbiq edildi. 3 vur x üstəgəl 2. Sağ tərəfə nəzər salaq. x üstəgəl 2 və x üstəgəl 2 ixtisar edilir. Burada 8x üstəgəl 40 alınır. İfadəni sadələşdirdik. Hər iki tərəfdən 8x çıxaq. Kifayət qədər yer yoxdur. Çıx 8x. Sağ tərəfdə 8x-lər islah edilir. Sol tərəfə nəzər salaq. Burada mənfi 5x üstəgəl 6 alınır. Sağ tərəfdə isə 40 qalır. Tənliyin hər iki tərəfindən 6 çıxa bilərik. Gəlin bunu yazaq. Mənfi 6 və mənfi 6. Ümid edirəm ki, bu, çox qarışıq olmadı. Tənliyin hər iki tərəfindən mənfi 6 çıxsaq, sol tərəfdə mənfi 5x alınır. Sağda isə 34 alınır. Tənliyi sadələşdirdik. İndi hər iki tərəfi mənfi 1/5-ə vura bilərik. Mənfi 1/5. Sol tərəfdə x qalır. Sağda isə mənfi 34/5 alınır. Hesab edirəm ki, səhvə yol vermədim. Ümid edirəm ki, tənliyin həllini anladınız. Bu qədər.