Məsələnin şərtinə nəzər salaq. Düzbucaqlının perimetri 250 metrə bərabərdir. Düzbucaqlının tərəflərindən biri 40 metrə bərabərdirsə, sahəsi neçə kvadrat metrdir? Burada bir düzbucaqlı çəkək. Tərəflərdən biri 40 metrdir. Həmin düzbucaqlı budur. Bu tərəf 40-a bərabərdirsə, bu tərəfin uzunluğu da 40-dır. Digər tərəfin uzunluğunu bilmirik. Bu tərəf x olarsa, bu tərəf də x-ə bərabərdir. Perimetr nəyə bərabərdir? 40 üstəgəl 40, yəni 80 üstəgəl x üstəgəl x. 80 üstəgəl 2x 250-yə bərabərdir. 2x = 250 çıx 80, yəni 170. x = 85. Düzbucaqlının sahəsini tapmaq üçün tərəflərin hasilini hesablamalıyıq. 85 vur 40, buraya 0 yazırıq, 4 vur 5 = 20, 4 vur 8 = 32, üstəgəl 2 = 34. Sahə 3400 kvadrat metrə bərabərdir. Doğru cavabı tapdıq. Davam edək. Növbəti sualın şərtinə nəzər salaq. Məktəb 600 AZN-lik kitab sifariş verdi. Kitablardan bəzilərinin qiyməti 1 AZN, bəzilərinin qiyməti isə 2 AZN-dir. Bəziləri 1, bəziləri 2 AZN-dir. 1 AZN-lik kitabların sayı, 2 AZN-lik kitabların sayından 2 dəfə çoxdur, ümumi neçə kitab sifariş verilmişdir? Maraqlıdır. 1 AZN-lik kitabları x ilə ifadə edək. Burada x dəyişənindən istifadə edə bilərik. Bu, 1 AZN-lik kitabların sayıdır, 2 AZN-lik kitabların sayı bundan 2 dəfə azdır. 2 AZN-lik kitabların sayını necə ifadə edə bilərik? Bildiyiniz kimi 1-lərin sayı 2-lərin sayından 2 dəfə çoxdur. Bunu x böl 2 kimi yaza bilərik. 2 AZN-lik kitabların sayı 1 AZN-lik kitabların sayının yarısı qədərdir. Ümumi neçə ədəd kitab sifariş edildiyi məlum deyil. x sayda 1 AZN-lik, x böl 2 sayda 2 AZN-lik kitaba nə qədər xərclənilib? Kitabların ümumi qiyməti nəyə bərabərdir? x sayda kitabın hər biri 1 AZN-dir. Üstəgəl x böl 2 sayda 2 AZN-lik kitab. Onların cəmi 600 AZN-ə bərabərdir. x vur 1 = x. x böl 2 vur 2 = x, üstəgəl x = 600. 2x = 600. x = 300. Ümumi neçə ədəd kitab sifariş verildiyini tapmalıyıq. 300 ədəd 1 AZN-lik və onun yarısı qədər 2 AZN-lik kitab sifariş edilib. Yəni 150 2 AZN-lik kitab. Ümumi 450 kitab sifariş edilib. Doğru cavabı tapdıq. Davam edək. Fərqli bir rəngdən istifadə edərək misalın şərtini yazaq. 4 vur (x üstəgəl y) vur (x çıx y) = 40. x çıx y = 20. x üstəgəl y nəyə bərabərdir? x çıx y-in 20-yə bərabər olduğunu bilirik. Əvəzetmə tətbiq edək. 4 vur (x üstəgəl y) vur x çıx y əvəzinə 20 yazırıq, 40-a bərabərdir. 20 vur 4, yəni 80 vur (x üstəgəl y) 40-a bərabərdir. Hər iki tərəfi 80-ə bölək. x üstəgəl y = 40/80. Cavab 1/2-ə bərabərdir. Doğru cavabı tapdıq. x üstəgəl y = 1/2. Davam edək. Növbəti sual. Düzbucaqlı koordinat sistemində mərkəz nöqtəsi (5, 12) olan bir çevrə verilmişdir. Çevrəni çəkək. Çevrənin mərkəzi 5, 12 nöqtəsindədir. Çevrə x oxuna sadəcə bir nöqtədə toxunur. Çevrənin radiusu nəyə bərabərdir? Bu, x oxuna toxunur. Bu çevrə x oxuna sadəcə bir nöqtədə toxunur. x oxu üfüqi xətdir. Çevrə x oxuna başqa harada toxuna bilər? Burada. Lakin x burada olarsa, y koordinatı müsbət olmayacaq. Bunun müsbət y koordinatı var. O, x oxundan yuxarıdadır. Odur ki, bu çevrə x oxuna sadəcə bir nöqtədə toxunur. Bunu belə çəkə bilərik. Bu, x oxudur. Bu, x oxudur, y oxu burada olacaq. Verilənlərə əsasən çevrənin radiusunu müəyyənləşdirməliyik. Bu, (5, 12) nöqtəsidir, y 12-yə bərabərdir. Bu hündürlük nəyə bərabərdir? Bu, radiusdur. Bunun y koordinat 12-dir. Radius 12-yə bərabərdir. Çevrənin radiusunun nəyə bərabər olduğunu tapdıq. Doğru cavabı tapdıq. Davam edək. Növbəti sual. Verilənlərə nəzər salaq. Kişilər, qadınlar və səs vermə yaşına çatmış əhalinin sayı. Qeydiyyatda olan seçicilərin sayı göstərilib. 1200, 1000, 1300 və 1200. Verilən cədvəldə B şəhərində son sesvermədə iştirak edənlər haqqında məlumat göstərilmişdir. Səsvermədə, səsvermə hüququ olan əhalinin 40%-i iştirak etmişdir. Bu, səsvermə hüququ olanların sayıdır. 40% səsvermədə iştirak edib. Seçki zamanı seçici fəallığını səs verən seçicilərin sayının qeydiyyatda olan seçici sayına nisbətini tapmaqla müəyyən edirik. Bu seçki zamanı seçici fəallığı nəyə bərabərdir? Neçə nəfər seçkidə səs verib? Səsvermə hüququ olanların 40%-i səsvermədə iştirak edib. Neçə nəfərin səsvermə hüququ var? Kişilərin və qadınların sayını toplamalıyıq, 2500. İkisinin cəmini tapdıq. 2500-in 40%-i nəyə bərabərdir? 2500 vur 0,4. Hesablayaq. 4 vur 25 = 100. 2 sıfır əlavə edirik. 0, 0. Onluq kəsr işarəsini də əlavə edək. 1000 alınır. 2500-in 40%-ini tapdıq. 1000 nəfər səsvermədə iştirak edib. Seçici fəallığını tapmaq üçün bu qiyməti, yəni 1000-i qeydiyyatda olanların sayına bölməliyik. Qeydiyyatda olan ümumi seçici sayı = 1000 kişi üstəgəl 1200 qadın. Cəmini tapırıq. 2200 nəfər qeydiyyatda olan seçici var. Seçici fəallığı = 10/22 və ya 5/11. Doğru cavabı tapdıq. ... ..... ... ... ... ... ...