Həddindən artıq çox çalış. Sehrli dərman yoxdur. İdman zalına getmək məni çılğın edir. Hər gün 1 saat oxusan Mən gündə 5 saat məşq edirdim və mən inşaatda çalışırdım Bizim 24 saatımız var, gününü planla, çox çalış Mən uğur haqqında danışmağa görə burdayam Mən universitetə gedirdim Mən gündə 5 saat məşq edirdim və inşaatda çalışırdım Çünki, bodibildinqin o dövründə pul yox idi Mənim idman qidaları almağa pulum yox idi. Ona görə də, mən çalışmalı idim Mən universitetə gedirdim, idman zalında məşq edirdim və axşam saat 8-dən 12-yə kimi aktyorluq dərsləri alırdım Həftədə 4 dəfə Mən bunun hamısını edirdim Elə dəqiqə yox idi ki, mən onu xərcləyim Və buna görə də, mən bu gün burda dayanıram 20 yaşım olanda, mən Londona getdim və ən gənc qalib kimi ''Mr. Kainat'' yarışmasını qazandım Çünki, mənim məqsədim var idi Əgər hara getdiyinizə dair məqsədiniz yoxdursa, Boş-boş fırlanacaqsınız və heç bir yerdə qərarlaşa bilməyəcəksiniz Amerikadakı insanların 74%-i işlərinə nifrət edir İnsanların çoxu etdiklərini sevmirlər Çünki, onların məqsədi yox idi və məqsədlərini izləmədilər Onlar məqsədsizcəsinə fırlanırlar və hardasa iş elanı görən kimi buna gedirlər, çünki, işləməlidirlər Amma işləyəndə, bu tapşırıqdır Bu işdir Bu əyləncəli deyil İnsanların ancaq 4-də 1-i həyatda etdiklərini sevirlər İnsanlar həmişə məndən soruşur Onlar məni zalda görəndə soruşurdular: ''Sən niyə bu qədər çox çalışırsan?'' ''5-6 saat məşq edirsən, amma sifətində həmişə təbəssüm var'' ''Digərləri də sənin qədər çalışır, amma sifətlərində turşutma var'' ''Bu niyə belədir?'' Və mən onlara dedim ki, çünki, mən məqsədim üçün çalışıram Mənim önümdə ''Mr.Kainat'' titulu var Etdiyim hər bir məşq məni məqəsdimə daha da yaxınlaşdırır, Etdiyim hər bir hərəkət Qaldırdığım hər bir ağırlıq, xəyalımı reallıq etməyə yaxınlaşdırır Ona görə də, mən növbəti 230 kiloluq squat etməyi, 230 kiloluq bench press etməyi səbirsizliklə gözləyirdim Növbəti 2,000 dənə pres hərəkətini etməyi səbirsizliklə gözləyirdim Məqsədinizi gözünüzün önünə gətirmək və bunun arxasınca getmək işləri əyləncəli edir Etdiyindən asılı olmayaraq, həyatda bir məqsədin olmalıdır Məhəmməd Əli Həddindən artıq çox çalışırdı Mən bunun şahidi olmuşam Yadıma düşür, bir jurnalist Məhəmməd Əli zalda pres hərəkəti edən zaman soruşmuşdu ''Nə qədər pres hərəkəti edirsən?'' Məhəmməd Əli dedi: ''Mən ağrını hiss edənə kimi saymıram'' İndi bunu düşünün, o, ağrı hiss edənə kimi hərəkətləri saymır Ağrını hiss edəndə saymağa başlayır Bax, bu həddindən artıq çox çalışmaqdır Çalışmağı göz ardına qoya bilməzsən Çox çalış, çünki, sehrli dərman yoxdur Sehr yoxdur Sən çalşmalısan, çalışmalısan və çalışmalısan 0:04:25.920,0:04:30.140İnsanlar mənə ''vaxtım yoxdur'' deyəndə dəli oluram İdman zalına getməyə Gündə 45 dəqiqə məşq etməyə Ya da, fiziki və yaxud psixi inkişaf etməyə 45 dəqiqələrinin olmadığını deyəndə Təsəvvür elə, gündə 1 saat Tarix haqqında oxusan 1 ildə 365 saatdan sonra nələr öyrənmiş olarsan Bəstəkarların tarixi haqqında oxusan, nələr öyrənə bilərsən Təsəvvür elə, gündə inkişaf eləmək istədiyin biznesin üzərində 1 saat işləsən Nə qədər yol qət etmiş olarsan Ona görə də, insanlar ''vaxtım yoxdur'' deyəndə dəli oluram Bizim gündə 24 saatımız var 6 saatını yatırıq. Geriyə 18 saat qalır Orda kimsə başını bulayır. Böyük ehtimal, ''mən 8 saat yatıram'' deyir Biraz sürətli yat. Bizim 18 saatımız var. Ortalama insan 8-10 saat işləyir Deyək ki, 10 saat. Geriyə 8 saatımız qalır Bəlkə 2 saat ora-bura getməyə xərcləyirik. Geriyə 6 saat qalır. Bu 6 saata nələr edirik? Bəlkə biraz yeyirik. Bəlkə biraz qeybət edirik İnsanlarla danışırıq və s. Amma görürsünüz ki, günü planlayanda nə qədər vaxtın olur? Ona görə də, çox çalışın Mən B planına nifrət edirəm Səbəbini sizə deyim Çünki, bizə şübhə edəcək çox adam var ''Bacara bilməzsən, bu mümkünsüzdür'' deyəcək çox adam var Bu normaldır. Biz qulaqlarımızı söndürürük ''Yox''u hə olaraq eşidirik. ''Bacara bilmərsən''i bacara bilərsən eşidirik Ətrafındakı mənfi insanlara qarşı bunu etmək mümkündür Amma sən özün özünə şübhə etməyə başladığın an Çox təhlükəlidir, çünki, sən artıq deyirsən ki, ''planım alınmasa...'' ''Mənim B planım var'' Bu o deməkdir ki, sən B planı haqqında düşünürsən Sən bütün enerjini A planından alırsan Bunu anlamaq çox önəmlidir ki, Biz təhlükəsizlik olmayanda daha yaxşı işləyirik B planı təhlükəsizliyə çevrilir. Sən deyirsən ki, ''Bu alınmasa, digərini edərəm'' ''Məni qoruyan başqa planım var'' Bu yaxşı deyil, çünki biz təhlükəsizlik olmayanda daha yaxşı işləyirik 0:08:12.400,0:08:15.620Sizə deyirəm Mənim heç vaxt B planım olmayıb Mən bodibildinq üzrə çempion olacağıma, Amerikaya gedəcəyimə bağlanmışdım Şou-biznesə qoşulacağıma bağlanmışdım Lider insanlardan biri olacağına bağlanmışdım Ora çatmaq üçün hər nə olursa olsun, çalışacaqdım Siyasətdə də. hər şeydə də, bu belə idi Ona görə də, mənim üçün B planı təhlükəlidir İnsanların B planının olmasının səbəbi odur ki, Onlar uğursuzluqdan qorxurlar ''Uğursuz olsam, nə olar?'' Sizə bir şey deyim ki, uğursuzluqdan qorxmayın Çünki, uğursuz olmaqda heç bir qəbahət yoxdur Pilləkanı çıxmaq üçün uğursuzluqla üzləşməlisən Elə adam yoxdur ki, uğursuzluqla üzləşməsin Michael Jordandan soruşanda ki, ''Sən dünyanın ən yaxşı basketbolçusan. Bunu necə edirsən? '' O dedi ki, ''Sən ancaq uğurları qeyd edirsən'' ''Ən yaxşı basketbolçu olmaq üçün... ''...mən 9,000 dəfə atışı qaçırdım'' 0:09:40.740,0:09:48.360Yəni, uğurlu olmaq üçün o, 9,000 dəfə atışı qaçırdı Bu onu uğursuz edir? Yox. O, dünyanın ən yaxşı basketbolçularından biridir Amma, 9,000 dəfə uğursuz olub. Başa düşürsünüz? Biz hamımız uğursuz oluruq. Bu normaldır Normal olmayan odur ki, uğursuz olanda, olduğun yerdə qalırsan Yerində qalanlar məğlublardır Qaliblər uğursuz olur və sonra ayağa durur, uğursuz olur və ayağa durur, uğursuz olur və həmişə ayağa durur Budur qalib Budur qalib Mən bodibildinq üzrə yarışlarda məğlub oldum Mən ağırlıq qaldırma yarışlarında məğlub oldum Çəkildiyim filmlər bərbad oldu, ən pis rəyləri yığdı Siyasətdə başlatdığım kampaniyalar uğursuz oldu Biz məğlub olduq Mənim Kaliforniyada təsdiq faizim 28%-ə düşdü Və yenidən qalxdı. Mən yenidən qubernator oldum Biz hamımız məğlub oluruq Əgər hamınız məğlub olmusunuzsa, bu normaldır Ona görə deyirəm ki, məğlubiyyətə görə narahat olmayın Əks təqdirdə sən donursan və rahatlaşmırsan Etdiyin hər bir şeydə yaxşı nəticə göstərmək üçün Rahat olmalısan Ona görə də, rahatlaş. Uğursuz olmaq normaldır. Gəlin, bacardığımızın hamısını verək. Hər şey bundan ibarətdir. Ona görə də, uğursuzluqdan qorxmayın