Həddindən artıq çox çalış. Sehrli dərman yoxdur. İdman zalına getmək məni çılğın edir. Hər gün 1 saat oxusan
Mən gündə 5 saat məşq edirdim və mən inşaatda çalışırdım
Bizim 24 saatımız var, gününü planla, çox çalış
Mən uğur haqqında danışmağa görə burdayam
Mən universitetə gedirdim
Mən gündə 5 saat məşq edirdim və inşaatda çalışırdım
Çünki, bodibildinqin o dövründə pul yox idi
Mənim idman qidaları almağa pulum yox idi. Ona görə də, mən çalışmalı idim
Mən universitetə gedirdim, idman zalında məşq edirdim və axşam saat 8-dən 12-yə kimi
aktyorluq dərsləri alırdım
Həftədə 4 dəfə
Mən bunun hamısını edirdim
Elə dəqiqə yox idi ki, mən onu xərcləyim
Və buna görə də, mən bu gün burda dayanıram
20 yaşım olanda, mən Londona getdim və ən gənc qalib kimi ''Mr. Kainat'' yarışmasını qazandım
Çünki, mənim məqsədim var idi
Əgər hara getdiyinizə dair məqsədiniz yoxdursa,
Boş-boş fırlanacaqsınız və heç bir yerdə qərarlaşa bilməyəcəksiniz
Amerikadakı insanların 74%-i işlərinə nifrət edir
İnsanların çoxu etdiklərini sevmirlər
Çünki, onların məqsədi yox idi və məqsədlərini izləmədilər
Onlar məqsədsizcəsinə fırlanırlar və hardasa iş elanı görən kimi buna gedirlər, çünki, işləməlidirlər
Amma işləyəndə, bu tapşırıqdır
Bu işdir
Bu əyləncəli deyil
İnsanların ancaq 4-də 1-i həyatda etdiklərini sevirlər
İnsanlar həmişə məndən soruşur
Onlar məni zalda görəndə soruşurdular: ''Sən niyə bu qədər çox çalışırsan?''
''5-6 saat məşq edirsən, amma sifətində həmişə təbəssüm var''
''Digərləri də sənin qədər çalışır, amma sifətlərində turşutma var''
''Bu niyə belədir?''
Və mən onlara dedim ki, çünki, mən məqsədim üçün çalışıram
Mənim önümdə ''Mr.Kainat'' titulu var
Etdiyim hər bir məşq məni məqəsdimə daha da yaxınlaşdırır,
Etdiyim hər bir hərəkət
Qaldırdığım hər bir ağırlıq, xəyalımı reallıq etməyə yaxınlaşdırır
Ona görə də, mən növbəti 230 kiloluq squat etməyi, 230 kiloluq bench press etməyi səbirsizliklə gözləyirdim
Növbəti 2,000 dənə pres hərəkətini etməyi səbirsizliklə gözləyirdim
Məqsədinizi gözünüzün önünə gətirmək və bunun arxasınca getmək işləri əyləncəli edir
Etdiyindən asılı olmayaraq, həyatda bir məqsədin olmalıdır
Məhəmməd Əli
Həddindən artıq çox çalışırdı
Mən bunun şahidi olmuşam
Yadıma düşür, bir jurnalist
Məhəmməd Əli zalda pres hərəkəti edən zaman soruşmuşdu
''Nə qədər pres hərəkəti edirsən?''
Məhəmməd Əli dedi: ''Mən ağrını hiss edənə kimi saymıram''
İndi bunu düşünün, o, ağrı hiss edənə kimi hərəkətləri saymır
Ağrını hiss edəndə saymağa başlayır
Bax, bu həddindən artıq çox çalışmaqdır
Çalışmağı göz ardına qoya bilməzsən
Çox çalış, çünki, sehrli dərman yoxdur
Sehr yoxdur
Sən çalşmalısan, çalışmalısan və çalışmalısan
0:04:25.920,0:04:30.140İnsanlar mənə ''vaxtım yoxdur'' deyəndə dəli oluram
İdman zalına getməyə
Gündə 45 dəqiqə məşq etməyə
Ya da, fiziki və yaxud psixi inkişaf etməyə 45 dəqiqələrinin olmadığını deyəndə
Təsəvvür elə, gündə 1 saat
Tarix haqqında oxusan
1 ildə 365 saatdan sonra nələr öyrənmiş olarsan
Bəstəkarların tarixi haqqında oxusan, nələr öyrənə bilərsən
Təsəvvür elə, gündə inkişaf eləmək istədiyin biznesin üzərində 1 saat işləsən
Nə qədər yol qət etmiş olarsan
Ona görə də, insanlar ''vaxtım yoxdur'' deyəndə dəli oluram Bizim gündə 24 saatımız var
6 saatını yatırıq. Geriyə 18 saat qalır
Orda kimsə başını bulayır. Böyük ehtimal, ''mən 8 saat yatıram'' deyir
Biraz sürətli yat. Bizim 18 saatımız var. Ortalama insan 8-10 saat işləyir
Deyək ki, 10 saat. Geriyə 8 saatımız qalır
Bəlkə 2 saat ora-bura getməyə xərcləyirik. Geriyə 6 saat qalır. Bu 6 saata nələr edirik?
Bəlkə biraz yeyirik. Bəlkə biraz qeybət edirik
İnsanlarla danışırıq və s. Amma görürsünüz ki, günü planlayanda nə qədər vaxtın olur?
Ona görə də, çox çalışın
Mən B planına nifrət edirəm
Səbəbini sizə deyim
Çünki, bizə şübhə edəcək çox adam var
''Bacara bilməzsən, bu mümkünsüzdür'' deyəcək çox adam var
Bu normaldır. Biz qulaqlarımızı söndürürük
''Yox''u hə olaraq eşidirik. ''Bacara bilmərsən''i bacara bilərsən eşidirik
Ətrafındakı mənfi insanlara qarşı bunu etmək mümkündür
Amma sən özün özünə şübhə etməyə başladığın an
Çox təhlükəlidir, çünki, sən artıq deyirsən ki, ''planım alınmasa...''
''Mənim B planım var''
Bu o deməkdir ki, sən B planı haqqında düşünürsən
Sən bütün enerjini A planından alırsan
Bunu anlamaq çox önəmlidir ki,
Biz təhlükəsizlik olmayanda daha yaxşı işləyirik
B planı təhlükəsizliyə çevrilir. Sən deyirsən ki, ''Bu alınmasa, digərini edərəm''
''Məni qoruyan başqa planım var''
Bu yaxşı deyil, çünki biz təhlükəsizlik olmayanda daha yaxşı işləyirik
0:08:12.400,0:08:15.620Sizə deyirəm
Mənim heç vaxt B planım olmayıb
Mən bodibildinq üzrə çempion olacağıma, Amerikaya gedəcəyimə bağlanmışdım
Şou-biznesə qoşulacağıma bağlanmışdım
Lider insanlardan biri olacağına bağlanmışdım
Ora çatmaq üçün hər nə olursa olsun, çalışacaqdım
Siyasətdə də. hər şeydə də, bu belə idi
Ona görə də, mənim üçün B planı təhlükəlidir
İnsanların B planının olmasının səbəbi odur ki,
Onlar uğursuzluqdan qorxurlar
''Uğursuz olsam, nə olar?''
Sizə bir şey deyim ki, uğursuzluqdan qorxmayın
Çünki, uğursuz olmaqda heç bir qəbahət yoxdur
Pilləkanı çıxmaq üçün uğursuzluqla üzləşməlisən
Elə adam yoxdur ki, uğursuzluqla üzləşməsin
Michael Jordandan soruşanda ki, ''Sən dünyanın ən yaxşı basketbolçusan. Bunu necə edirsən? ''
O dedi ki, ''Sən ancaq uğurları qeyd edirsən''
''Ən yaxşı basketbolçu olmaq üçün...
''...mən 9,000 dəfə atışı qaçırdım''
0:09:40.740,0:09:48.360Yəni, uğurlu olmaq üçün o, 9,000 dəfə atışı qaçırdı
Bu onu uğursuz edir? Yox. O, dünyanın ən yaxşı basketbolçularından biridir
Amma, 9,000 dəfə uğursuz olub. Başa düşürsünüz?
Biz hamımız uğursuz oluruq. Bu normaldır
Normal olmayan odur ki, uğursuz olanda, olduğun yerdə qalırsan
Yerində qalanlar məğlublardır
Qaliblər uğursuz olur və sonra ayağa durur, uğursuz olur və ayağa durur, uğursuz olur və həmişə ayağa durur
Budur qalib
Budur qalib
Mən bodibildinq üzrə yarışlarda məğlub oldum
Mən ağırlıq qaldırma yarışlarında məğlub oldum
Çəkildiyim filmlər bərbad oldu, ən pis rəyləri yığdı
Siyasətdə başlatdığım kampaniyalar uğursuz oldu
Biz məğlub olduq
Mənim Kaliforniyada təsdiq faizim 28%-ə düşdü
Və yenidən qalxdı. Mən yenidən qubernator oldum
Biz hamımız məğlub oluruq
Əgər hamınız məğlub olmusunuzsa, bu normaldır
Ona görə deyirəm ki, məğlubiyyətə görə narahat olmayın
Əks təqdirdə sən donursan və rahatlaşmırsan
Etdiyin hər bir şeydə yaxşı nəticə göstərmək üçün
Rahat olmalısan
Ona görə də, rahatlaş. Uğursuz olmaq normaldır.
Gəlin, bacardığımızın hamısını verək. Hər şey bundan ibarətdir. Ona görə də, uğursuzluqdan qorxmayın