- [Müəllim] Bu videoda aydın bir nümunə ilə bucaq sürətini hesablayacayıq, və bu bucaq sürətini sürət anlayışı ilə əlaqələndirməyə çalışacayıq. Gəlin daha əvvəlki videolarda dediyimiz nümunələrdə olduğu kimi bir top, ipin köməyi ilə bu fırlanma mərkəzinə bağlanmış olsun. Bu sarı xətt də topun bağlandığı ipi göstərsin. Və siz bu topu mavi dairə boyunca hər iki istiqamətə hərəkət ettirə bilərsiniz. Tutaq ki, ipin uzunluğu yeddi metrdir. Əvvəlki videoda öyrəndiyimiz kimi, zamanın 3 saniyəyə bərabər olduğu vaxtda bucaq, teta bərabərdir, pi böl 2 radiandır. Və bucağı müsbət x oxu istiqamətindən belə ölçürük. Gəlin deyək ki, T bərabərdir 6 saniyə olanda, teta bərabərdir pi radiandır. Yəni 3 saniyə sonra top burda olsun. Və əgər bunun necə baş verdiyini görmək istəsək, icazə verin görək bu topu üç saniyəyə döndərə biləcəyəmmi? Deməli belə alınar. Bir saniyə, iki saniyə, üç saniyə. Birdə edək. Deməli... Bir saniyə, iki saniyə, üç saniyə. İndi baş verənləri təsəvvür edə bildiyimizə görə, istəyirsizsə, videonu dayandırıb bu iki şeyi hesablamağa çalışın. Belə ki, hesablamanızı istədiyim ilk şey topun bucaq sürətinin nə qədər olmasıdır? Bu əslində top və ipin bütün nöqtələri üçün eyni olacaq, Omeqa ilə işarə etdiyimiz bucaq sürətinin qiymətini tapmağa çalışın. İkinci olaraq tapmanızı istədiyim şey topun sürətidir. Topun sürəti nəyə bərabər olar? Bu iki şeyi tapmağa çalışın, və əgər istəsəniz ikisi arasındakı əlaqəni də anlaya bildiyinizə baxın. İndi isə gəlin birlikdə ilk olaraq bucaq sürətinə baxaq. Təxmin edirəm ki, başa düşürsünüz. Bir öncəki videodan yadınızdadırsa, bucaq sürəti bərabərdir bucaq dəyişməsi, bunu delta teta kimi adlandırırdıq və bu vektorial bir kəmiyyətdir. Və bölünsün zamandakı dəyişiklik. Yəni delta T. Belə olduqda bucaq sürətinin qiyməti neçə olar? Əgər bucaq dəyişməsinə baxsaq, son bucağımız pi-dir. Pi radian çıxılsın ilk bucaq, pi böl 2 radian. Bunu da zaman dəyişməmizə bölməliyik, o da 6 saniyə, yəni son zaman çıxılsın ilk zamanımız, 3 saniyə Bunun nəticəsində, kəsrin surətində müsbət istiqamətdə pi böl 2 radian qədər dönmüş olduq. Müsbət olmasından da saat əqrəbinin əksinə döndüyümüzü anlıyırıq. Və bu da 3 saniyədə baş verdi. Əgər təkrar yazsaq, cavabı pi böl 6 tapmış olarıq. Birdə cavabın vahidlərini təkrar edək. Bucaq dəyişməmiz radyanla, zaman isə saniyəylə olduğu üçün, bucaq sürətimizi pi böl 6 radian böl saniyə tapmış oluruq.