- [Müəllim]
Bu videoda aydın bir nümunə ilə
bucaq sürətini hesablayacayıq,
və bu bucaq sürətini
sürət anlayışı ilə əlaqələndirməyə
çalışacayıq.
Gəlin daha əvvəlki
videolarda dediyimiz nümunələrdə
olduğu kimi bir top, ipin köməyi ilə
bu fırlanma mərkəzinə bağlanmış olsun.
Bu sarı xətt də topun
bağlandığı ipi göstərsin.
Və siz bu topu mavi dairə boyunca
hər iki istiqamətə hərəkət ettirə bilərsiniz.
Tutaq ki, ipin uzunluğu
yeddi metrdir.
Əvvəlki videoda öyrəndiyimiz kimi,
zamanın 3 saniyəyə
bərabər olduğu vaxtda bucaq,
teta bərabərdir,
pi böl 2 radiandır.
Və bucağı müsbət x oxu
istiqamətindən belə ölçürük.
Gəlin deyək ki, T bərabərdir
6 saniyə olanda,
teta bərabərdir pi radiandır.
Yəni 3 saniyə sonra top burda olsun.
Və əgər bunun necə
baş verdiyini görmək istəsək,
icazə verin görək bu topu
üç saniyəyə döndərə biləcəyəmmi?
Deməli belə alınar.
Bir saniyə, iki saniyə, üç saniyə.
Birdə edək.
Deməli...
Bir saniyə, iki saniyə, üç saniyə.
İndi baş verənləri
təsəvvür edə bildiyimizə görə,
istəyirsizsə, videonu dayandırıb
bu iki şeyi hesablamağa çalışın.
Belə ki, hesablamanızı istədiyim
ilk şey topun bucaq sürətinin
nə qədər olmasıdır?
Bu əslində top və ipin
bütün nöqtələri üçün eyni olacaq,
Omeqa ilə işarə etdiyimiz bucaq sürətinin
qiymətini tapmağa çalışın.
İkinci olaraq tapmanızı
istədiyim şey topun sürətidir.
Topun sürəti nəyə bərabər olar?
Bu iki şeyi tapmağa çalışın,
və əgər istəsəniz ikisi arasındakı
əlaqəni də anlaya bildiyinizə baxın.
İndi isə gəlin birlikdə ilk olaraq
bucaq sürətinə baxaq.
Təxmin edirəm ki, başa düşürsünüz.
Bir öncəki videodan yadınızdadırsa,
bucaq sürəti bərabərdir bucaq dəyişməsi,
bunu delta teta kimi adlandırırdıq
və bu vektorial bir kəmiyyətdir.
Və bölünsün zamandakı dəyişiklik.
Yəni delta T.
Belə olduqda bucaq
sürətinin qiyməti neçə olar?
Əgər bucaq dəyişməsinə baxsaq,
son bucağımız pi-dir.
Pi radian çıxılsın ilk bucaq,
pi böl 2 radian.
Bunu da zaman dəyişməmizə bölməliyik,
o da 6 saniyə, yəni son zaman
çıxılsın ilk zamanımız, 3 saniyə
Bunun nəticəsində, kəsrin surətində
müsbət istiqamətdə
pi böl 2 radian qədər dönmüş olduq.
Müsbət olmasından da saat əqrəbinin
əksinə döndüyümüzü anlıyırıq.
Və bu da 3 saniyədə baş verdi.
Əgər təkrar yazsaq,
cavabı pi böl 6 tapmış olarıq.
Birdə cavabın vahidlərini təkrar edək.
Bucaq dəyişməmiz radyanla,
zaman isə saniyəylə olduğu üçün,
bucaq sürətimizi
pi böl 6 radian böl saniyə
tapmış oluruq.