Əgər bir əl çəksəydim, qoy elə sürətli şəkildə əl çəkim, sol əli çəkəcəm. Bu belə bir şeyə oxşayır. Bu sol əldir. Əgər mən bunun güzgü şəklini çəksəydim, gəl deyək ki, burda güzgü var və mən onun güzgü şəklini çəkəcəm. və güzgü şəklini yaşıl rəngdə çəkəcəm. Onun güzgü şəkli belə bir şeyə oxşayır. Tam yox, ancaq sən fikri anladın. Sol əlin güzgü şəkli daha çox sağ ələ oxşayır. Bunun hansı şəkildə dəyişdiməyin və ya fırlatmağın önəmi yoxdur, Bəlkə, bunu 180 dərəcə döndərməyə cəhd edə bilərəm, baş barmaq digər tərəfdədir, tam burdakı şəkil kimi. Mənim nə etməyimin önəmi yoxdur, Mən heç vaxt bunu bu şəkilə oxşada bilmıəcəm. Bunu dəyişdirə və fırlada bilərəm, bu heç vaxt baş vermiyəcək. Mən heş vaxt mavi əli yaşıl əlin üstünə qoya bilməyəcəm. Üst-üstə qoymaq dedikdə, tam olaraq bunu yaşıl əlin üstünə qoymağı nəzərdə tuturam. Əgər, bir şey güzgü şəklinin üstünə qoyulmursa, qoy bunu yazım, biz bunu kiral adlandırırıq. Tam burda çəkilmiş əl kiral obyektin nümunəsidir. Ya da düşünürm ki, əl kiral obyektin nümunəsidir. Bu güzgü şəkli ilə üst-üstə düşmür.