Mənfi 3/4 çıx 7/6 çıx 3/6. Bunu həll etməyin bir neçə üsulu var. Burada bir məqam diqqət çəkir. İki kəsrin məxrəcində 6 yazılıb. Bu haqda bir qədər düşünək. Mənfi 7/6 çıx 3/6. Mənfi 7/6 çıx 3/6 mənfi 7 çıx 3 böl 6-ya bərabərdir. Qarşıdakı mənfi 3/4 kəsrini də buraya əlavə etməliyik. Bu iki həddin cəmini tapaq. Mənfi 7 çıx 3 = mənfi 10. Mənfi 10 böl 6. Buna mənfi 3/4 əlavə etməliyik. Ortaq məxrəc tapmağa çalışaq. Onları eyni ölçüdə yazaq. Bu iki kəsrin ortaq məxrəcini tapaq. 4 və 6-nın ən kiçik bölünəni neçədir? 12. 4-ün vuruqlarına nəzər salaq. Bu iki ədədi sadə vuruqlara ayıraq. Bu iki ədədin ən kiçik ortaq bölünəni neçədir? Burada 2 ədəd 2 var. Burada 2 və 3 var. 2 ədəd 2 və 3, yəni 4 vur 3 = 12. Bu kəsrləri məxrəci 12 olan kəsrlər kimi yazaq. Məxrəcdə 4-dən 12 almaq üçün məxrəci 3-ə vururuq. Surəti də 3-ə vurmalıyıq. Mənfi 3 vur 3 mənfi 9-a bərabərdir. Məxrəcdə 6-dan 12-ə getmək üçün 2-yə vurmalıyıq. Kəsrin qiymətini dəyişməmək üçün surəti də 2-yə vurmalıyıq. Mənfi 20 alınır. Toplayaq. Ortaq məxrəc 12-dir. Mənfi 9 üstəgəl mənfi 20 alınır. Bunu çıx 20 böl 12 kimi yaza bilərik. Mənfi 29 böl 12. 29 sadə ədəddir. 29 və 12-nin 1-dən başqa ortaq vuruğu yoxdur. İfadəni sadələşdirdik.